United we stand: President George Bush. (inklüziv)
We shall leave in two hours’ time. (eksklüziv)
İkinci şəxsi bildirən əvəzlik mövcud olduğu müddətcə, həmişə tək olacaqdır. Çünki You həm ikinci şəxsin təki, həm də cəmi üçün istifadə olunur. You şəxsi istəyə uyğun olaraq jestlərlə də istifadə oluna bilər:
You can’t train an old monkey for new tricks. (simvolik)
You should go there at once. (jest ilə)
İfadələrlə işlənən üçüncü şəxs əvəzliyi semantik cəhətdən nöqsan və ya natamam sayılır, yəni onların təsviri məzmunu bir referent müəyyən etmək üçün kifayət deyil. Bu baxımdan qeyri-müəyyən artiklı və şəxs əvəzlikləri ən defektli qrammatik vahidlər sayıla bilər:
someone, she – the woman – the beautiful woman – Aisha
Ünsiyyət zamanı iştirakçı rolu dəyişikliklərə məruz qalır, məsələn, söhbət əsnasında danışma növbəsini almaq, konfranslarda məruzə üçün söz almaq və s. Bu zaman deyiktik mərkəz də onlarla birlikdə dəyişir. Deyiktik mərkəz danışanın olduğu yer və zaman ətrafında formalaşır. Bununla yanaşı, bir çox deyiktik ifadələr başqa bir deyiktik mərkəzə köçürülə və ya yenidən qurula bilər. Nitq prosesinə qoşulmuş şəxsə istinad yiyəlik əvəliklərinin, sifətlərin istifadəsi və feillərin hallanması zamanı da açıq aydın görünür. Məsələn, indiki qeyri-müəyyən zamanda üçüncü şəxsin təkində feillərin sonuna –s şəkilçisinin əlavə edilməsi, to be feilinin formalarının şəxslər üzrə dəyişməsi də buna nümunə ola bilər.
Şəxs deyiksisləri digər dillərdə sosial münasibət də ifadə etmək üçün istifadə olunur. Məsələn, tanış insanlara xitab etmək üçün sən, yadlara isə siz əvəzliyinin istifadə olunması. Alman dilində du/Sie, fransız dilində tu/vous və s. Amma ingilis dilində hər ikisi üçün də you əvəzliyindən istifadə edildiyi üçün tələffüz zamanı bu fərq ifadə edilə bilmir.
Qarşılıqlı diskurs zamanı xitab edərkən 1-ci və 2-ci şəxs əvəzliklərindən istifadə edilir. Ancaq kinayə və zarafat üçün bəzən 3-cü şəxs olaraq iştirakçı və xitab edilən şəxs nəzərdə tutula bilər. Məsələn, ana otağını təmizləməyən uşağına deyir: Somebody hasn’t cleaned his room today. We should clean up our rooms ourselves. Verilən nümunələrdən aydın olur ki, 1-ci cümlədə işlətdiyimiz somebody və 2-ci cümlədə işlətdiyimiz we əvəzlikləri əslində eyni şəxsə, yəni uşağa xitab etmək üçün istifadə olunur. We əvəzliyi iki fərqli formada istifadə edilə bilər. We həm biz və başqalarını ifadə edərək daha çox referent bildirə bilər, həmçinin danışan və dinləyəni nəzərdə tutaraq daha məhdud sayda şəxsi bildirə bilər.
Şəxs deyiksisləri özünə və ya dinləyənə xitab etmək üçün şəxs əvəzliklərinin istifadə edildiyi bir vasitədir. Şəxs əvəzliklərinin ifadə etdiyi istinad iştirakçının xarakterinə uyğun olaraq dayanmadan dəyişir. Danışan insan birinci şəxs olur, əgər həmin şəxs danışmırsa, yenidən dinləyici olur və bu zaman ikinci şəxsə dəyişir. Həmin söhbətdə iştirak etməyən şəxs isə üçüncü şəxs adlanır.
Birinci şəxs kateqoriyasına birinci şəxsin təki və cəmi daxildir və tək birinci şəxs deyiksislərinə I, my, myself, mine and me, birinci şəxsin cəminə isə we, us, our, ours və ourselves əvəzlikləri daxildir.
I’ll put this book here.
Dostları ilə paylaş: |