Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi


You şəxs əvəzliyi ikinci şəxsin təki və cəmi üçün işlədilir və xitab olunanı bildirir. İkinci şəxs deyiksislərinə you, your



Yüklə 297,74 Kb.
səhifə17/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
You şəxs əvəzliyi ikinci şəxsin təki və cəmi üçün işlədilir və xitab olunanı bildirir. İkinci şəxs deyiksislərinə you, your yourself aiddir.

I ask you not to go.

Üçüncü şəxsə üçüncü şəxsin təki və cəmi aiddir. Üçüncü şəxsin təkinə he, she, his, him, her, cəminə isə they, their, and them əvəzlikləri aiddir.



There was a girl and a boy in the park. They were talking and watching children playing in the park. The girl said something to the boy and they laughed.

Verilən nümunədə they əvəzliyi qız və oğlana aiddir, yəni üçüncü şəxs deyiksisidir və üçünçü şəxsin cəminə aiddir. Buradan da belə bir nəticə çıxır ki, şəxs deyiksisləri birinci, ikinci və üçüncü şəxsi bildirən əvəzliklərdir.

Şəxs deyiksislərinin istifadəsi həm şifahi, həm də yazılı dildə geniş yayılmışdır. Onun məqsədi referent dəyişikliyini asanlaşdıran bəzi sözlərin izahını verməkdir. Əgər onlar istifadə olunmasa, oxucuya və ya dinləyiciyə çaşqınlıq yarada bilər. O zaman oxucu və ya dinləyici referenti səhv salacaq, söhbətin kimdən getdiyini başa düşməyəcəklər.

Aşağıdakı nümunə ilə fikrimizi daha aydın ifadə edə bilərik:

I see no reason for that. You and the girls may go, or may send them by themselves. Perhaps that will be better because you are as pretty as any of them and Mr. Bingley might like you best.”( Pride And Prejudice, J.Austin, 1-ci hissə, s. 2).

Yuxarıda verilən hissəni oxuduqda referent olaraq kimlərin nəzərdə tutulduğu məlum olmur. Burada şəxs deyiksislərinin kimə istinad etdiyi haqqında heç bir kontekstual məlumat yoxdur. Əgər əsərdən götürülmüş bu hissənin izahını versək, daha yaxşı təhlil edə biləcəyik. Burada bu fikirləri söyləyən cənab Bennetdir və o, bu sözləri həyat yoldaşı xanım Bennetə deyir. Xanım Bennet həyat yoldaşına məsləhət görür ki, cənab Binqli gələndə gedib ona baş çəksin, çünki xanım Bennet qızlarından birinin onunla ailə qurmasını istəyir. Amma cənab Bennet buna razı olmur.




Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin