Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi



Yüklə 297,74 Kb.
səhifə24/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
b) He is keen on seeing children around him.

c) Fatma has a week of vacation before her.

d) Fatma left all her mishaps behind her.

9-da verilmiş cümlələrdəki kimi əvəzliklər eyni cümlə daxilindəki antesedent ilə əlaqəlidir və buna görə də birgə istinad ifadə edirlər. 9-da verilmiş cümlələrdən fərqli olaraq, 10 a-da bu əvəzliklərlə işlənən sözönülü ifadələr əsasən bu antesedentlərin birgə arqumenti hesab edilə bilmir. Eyni zamanda semantik cəhətdən birgə istinad tək seçimdir. 10-da verilmiş cümlələrdə işlənən əvəzliklər başqa ismi ifadələr ilə əvəz edilə, həmçinin vurğulana da bilmirlər. Başqa sözlə Fatma öz problemlərini başqasının arxasında buraxa və Fuadın başqasının üstündə öz pulu ola bilmir.

Ayrılmayan qayıdış feiləri. Qayıdış əvəzliklərinin digər ismi birləşmə ilə təzad təşkil etmədiyi hallar haqqında da qısa qeyd edilməlidir. Belə hallarda qayıdış əvəzlikləri müvafiq feilin yeganə mümkün tamamlığı olur. Bu zaman qayıdış əvəzliklərinin referenti olmur və məna da ifadə etmir. Belə işlənmə yerlərini ifadə etmək üçün istifadə olunan çoxlu terminlər vardır. Bunlardan biri də ayrılmayan qayıdış feilləridir. Çünki onların xüsusiyyətlərini ən yaxşı ifadə edən söz budur. Bu feillər self forması ilə birləşib müəyyən leksik məna ifadə edirlər. Alman (sich beeilen, sich wundern, sich schämen, sich ereignen, etc) və başqa avropa dillərində belə feillər geniş yayılmışdır. İngilis dilində isə onlar say baxımından (to pride oneself, to absent oneself from, to avail oneself of something, to perjure oneself, etc) çox azdır. Həmçinin ingilis dilində qayıdış əvəzlikləri alman dilindən fərqli olaraq daha çox semantik xüsusiyyətlərə malikdir. Ona görə də qrammatik funksiyada daha az işlənirlər. Bundan başqa, onlar daha yeni yaranmış və tarixi dəyişikliklərə çox məruz qalmamışdır.

İntensivlər. Self formalarının əsas növlərindən biri olan qayıdış anaforalarının işlənmə yerlərini və öz daxilində bölündüyü kateqoriyaları nəzərdən keçirdikdən sonra, müəyyən kriteriyalara görə yuxarıda qeyd olunanlardan fərqlənən başqa bir növə diqqət yetirək. Qüvvətləndiricilər kimi də adlanan əvəzliyin bu növü emfatik təsiri artırmaq üçün istifadə olunur. Aşağıdakı nümunələrlə fikrimizi daha aydın ifadə edə bilərik:

11. a) As fresh breezes never reach the way through the walls, dust covered everywhere. Even the painter herself had grey powder on her.

b) The documentation, meetings and political manipulation can take as much time as the inquiry itself.

c) The overhead of the heath itself glittered with the shoots on the grasses and the bushes and there was a feel of spring in the air.

d) She is tenderness itself.

2-də verilmiş cümlələr kimi, 11-də verilmiş cümlələr də qayıdış əvəzlikləri ilə qüvvətləndiricilər arasında formal bir fərqin olmadığını göstərir. Hər iki kateqoriyaya məxsus əvəzliklərin eyni quruluşu var və hər iki kateqoriyadan olanlar eyni cümlə daxilində ismi birləşmə ilə uzlaşırlar. Buna görə də bir çox qrammatiklər onları eyni kateqoriyaya daxil edirlər. Ancaq onların qayıdışlıq və ya emfatiklik yaratma xüsusiyyətlərinə görə fərqli işlənmə yerləri vardır. Qayıdış anaforaları ilə qüvvətləndiricilərin fərqləndiyi cəhətlər onların bölgüsü və ifadə etdikləri mənaslarıdır. 11-də verilmiş bütün nümunələrdə qüvvətləndiricilər özlərindən sonra uzlaşdıqları ismi birləşmələr qəbul ediblər. Bu da onu göstərir ki, cümlənin qrammatik quruluşuna xələl gətirmədən onları cümlədən çıxarmaq mümkündür. Amma təbii ki, cümlənin mənasında cüzi dəyişiklik olacaqdır. Qüvvətləndiricilərin ismi ifadələr ilə istifadəsi üzrə başqa nüanslara da rast gəldik. Onlardan bəziləri aşağıda sadalanmışdır.

Əvvəla, bütün qüvvətləndiricilər həmişə cümlə vurğusuna malik olur. Bu cümlənin semantik təsiri ilə əlaqədardır. Qüvvətləndiricilər verilən ismi arqument kimi qəbul edərək identiklik ifadə edir: Hillary Clinton herself = Hillary Clinton. “Hillary Clinton herself söz birləşməsi əslində elə “Hillari Clinton” deməkdir. Burada ifadə edilən fərq cüzidir. Lakin bu çoxlu alternativ funksiyalar yaradır. Həmin alternativ funksiyalar arqument olaraq ilkin yeri, yəni qüvvətləndirici tərkibin adlıq hissəsini (Hillary Clinton) tutur, eyni zamanda əlavə əhəmiyyət də kəsb edirlər. Burada identiklik funksiyası alternativ funksiya ilə ziddiyyət təşkil edə bilər. Məsələn, The assistant of Hillary Clinton. Beləliklə, “Hillary Clinton herselfvə “Hillary Clinton’s assistant ifadələri qarşı-qarşıya qoyulur.

Səciyyəvi olaraq qüvvətləndirici konstruksiyalar çoxlu alternativ referentlər doğurur. 2 a cümləsində verilən the writer sözünün alternativinə baxaq. Həmin cümlədə alternativ the writer’s assistants və ya assistants of writers ifadəsidir. Əslində bütün nümunələrdə qüvvətləndiricilər vasitəsilə vurğulanan alternativlər kontekst daxilində verilib və asanlıqla müəyyən edilə bilirlər.

11 a cümləsində the painter rəssam fəaliyyəti nəticəsində yaranan toz ilə qarşı-qarşıya qoyulub. 11 b cümləsində an inquiry ismi kağız işləri, iclaslar və siyasi manipulyasiyalar ilə qarşı-qarşıya qoyulub. 11 c cümləsində isə the overhead of the heath üzərində cücərən otlara təzad olaraq verilib. Qüvvətləndiricilər vasitəsilə cümlədə yaranan dəyişiklik bəzən xüsusi bir təsir yaradır. Biz A-nı B ilə nisbətdə müəyyən edəndə (məsələn, Leyla əvəzinə Ali’s wife və ya Ali əvəzinə Leyla’s husband), biz B-yə daha çox əhəmiyyət verir, onu mərkəzləşdiririk. Ona görə də qüvvətləndiricilər vasitəsilə vurğulanan alternativlər əsas diqqət mərkəzinə gətirilir. Eyni hal 2 a və 2 b cümlələrində də müşahidə olunur. Əslində həmin cümlələrdə alternativlər daha çox vurğulanır.

Zərflik kimi işlənən qayıdış əvəzlikləri. İndiyə kimi nəzərdən keçirilən fikirlər adnominal istifadəyə uyğun gəlirdi, yəni qüvvətləndiricilərin işlənmə yerləri mənalarını müəyyən etməyə imkan verirdi. Qüvvətləndiricilərin təhlilləri göstərir ki, zərflik olaraq işlənən intensivlər digərlərinin əksinə olaraq sintaktik və semantik cəhətdən fərqlənirlər. Aşağıdakı nümunələrdən də göründüyü kimi qüvvətləndirici əvəzliklər həmişə uzlaşdıqları ismi ifadələrlə yanaşı işlənmirlər, həmçinin feili ifadələrin də bir hissəsi ola bilir. Bu zaman onlar feili ifadənin ya sağında, ya da solunda gəlir.

12. a) How about her bag, can she carry that? Yes, she said, she always carried herself.


Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin