Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə13/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
- Dostuq da biz! Dilimiz bir, sirrimiz bir, hə?” [27, s.57]

Bu tipli MSB-lərdə birinci qarşılaşdırma birinci halda “gözlərimi Ədilədən çəkib sirkin meydançasına qarşı qoyulan “amma özümdən asılı olmadan Ədiləyə baxdım”, ikincisi isə “ürəyimdə qəribə hisslər əmələ gəlmişdi” fikrinə qarşı qoyulan “amma mən həmin hisslərdən baş aça bilmirdim” fikridir. Belə silsilə qarşılaşdırmalar bədii mətndə ifadə olunan dərin psixoloji durumun, hadisələrin gərginliyi ilə bağlıdır.

Bəzən isə “amma”, “ancaq” və ya “lakin” bağlayıcısı işlənmir, lakin ziddiyyətli qarşılaşdırma sintaktik yolla ifadə olunur:

Səhərdən bəri ətraf obalara adamlar getmiş, heç biri xeyir xəbər gətirməmişdi. Axşamdan elə bil hamı yasa batmışdı. Qohum-qardaşı Dədə bəyə ürək-dirək verməyə yığılmışdı. Uşaqları alaçıqlardan bayıra buraxmırdılar. Oynayıb-güləndə Dədə bəyin xətrinə dəyə bilərdi. Atları sürüb ilxıya qatmışdılar. Biri atlı getsə, onun yadına Alapaşanı salardı” [27, s.109].

Birinci cümlədə adamlar getmiş, heç bir xeyir xəbər gətirməmişdi məzmunundadır. Cümlənin sintaktik qurumu elədir ki, ziddiyyətli qarşılaşdırma bağlayıcısız da reallaşmışdır.

VI. MSB-nin komponentləri arasında qarşılıq-güzəşt əlaqəsi.

Mətn dilçiliyinə aid yazılmış kitablarda MSB-nin komponentləri arasında bu tipli əlaqələrdən bəhs olunmur, lakin belə faktların bolluğu və komponentlər arasında əlaqənin qabarıqlığı bu əlaqə tipindən bəhs etdiyini labüdləşdirir. Məsələn:

Əbih Sultan Ərdəbildə Hüseyn Lələ bəyin əlinə keçəndə o, Muradı danışdırmış, Əbih Sultana harada rast gəldiyini öyrənməyə çalışmış, ona inansa da, Əbih Sultanın qaçaqlıqla məşğul olan bir adamla dostluq eləməyinə inanmamışdı. Təbrizdə dayandıqları ilk gecə o, Muradı təzədən danışdırmaq fikrinə düşdü. Səfəri onu tapmağa göndərdi. Səfər də çox çətinliklə Muradı tapıb Hüseyn lələ bəyin yanına göndərdi” [27, s.17].

Bu tipli MSB-lərdə ziddiyyət-qarşılaşdırmada olduğu kimi, qarşılaşdırma var, lakin o, güzəştli qarşılaşdırmadır. (Əbih Sultan lələ bəyin əlinə keçir, bu vaxt o qaçaq Muradı danışdırır, Əbih Sultanın Muradla əlaqəsini öyrənməyə çalışsa da, onların əlaqəsinə inanmır). Əgər -sa da, komponenti “amma” bağlayıcısı ilə əvəz olunsaydı, tam ziddiyyətli qarşılaşdırma olardı, bağlayıcıdan sonrakı hissə birinci hissəni (bağlayıcıdan əvvəlkini) tam inkar edərdi. Lakin burada güzəştli qarşılaşdırma vardır. Güzəştli qarşılaşdırma ziddiyyətliyə nisbətən yumşaqdır, konsensius əlamətləri onda vardır. Təqribən yuxarıdakı mətndə belə bir düstur vardır: inansa da, inanmır (Murada inansa da, Əbih Sultanın onunla əlaqəsinə inanmır). Ziddiyyətli qarşılaşdırmada isə fikir birtərəflidir: inanmır.

VII. MSB-nin komponentləri arasında səbəb-nəticə əlaqəsi.

MSB-nin komponentləri arasında səbəb əlaqəsi bədii mətnlərdən ziddiyyət qarşılaşdırma əlaqəsi kimi çox geniş yayılmışdır. “Çünki” tabe edən bağlayıcı bu əlaqənin formalaşmasında xüsusi rola malik olur. MSB-nin komponentlərindən birində fikir ifadə olunur, sonrakında isə “çünki” bağlayıcısı verilməklə sonrakı komponentlərdə səbəb açıqlanır:

Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamdan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa, yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi” [27, s.34].

Mikromətndə verilən birinci cümlə (Yorğa at yüksək qiymətləndirilirdi) “çünki” bağlayıcısı ilə sonrakı komponentlərdə açılış və birinci cümlədə ifadə olunan fikrin səbəbi əsaslandırılır. Deməli, dörd komponentli bu MSB-də sonuncu üç komponent arqument statusunda çıxış edir. Başqa bir misal:

Bu evdə əndərun yox idi. Şeyx Heydər and içmişdi ki, Aləmşahbəyim də öz taleyindən çox razı qalmışdı. Hər hansı bir şahzadəyə versəydilər o bir neçə ildən sonra yenə dul qalacaqdı. Çünki şahzadələr hələ hakimiyyətə keçməmiş qanlarına qəltan olurdular. Ya da hərəmxanadakı arvadlarına vaxt ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkişməsi vardı, nə hərəmxana qiybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona məhbus idi”[35, s.49].

Bu misalda da “çünki” bağlayıcısı ilə mətn iki yerə ayrılmış və ondan sonrakı hissə arqument olmaqla sonuncu komponentdə nəticəyə keçir. Deməli, bu bağlayıcı həm də MSB-nin komponentləri arasında səbəb-nəticə əlaqəsi yaradır.

MSB-nin komponentləri arasında olan səbəb əlaqəsinin əsas xüsusiyyəti “çünki” bağlayıcısından sonrakı hissənin arqument statusunda çıxış etməsi ilə əlaqədardırsa, səbəb-nəticədə isə arqumentlə yanaşı nəticə də verilir.

Bəzən isə MSB-nin komponentləri arasında “çünki” bağlayıcısı işlənməsə də, komponentlərin semantikasından səbəb-nəticə məzmunu doğur:

Rüstəm Mirzə son iki gündə zəncirlədiyi divarda qarşısındakı hürufi ilə çox danışırdı. Elə özü deyir, özü eşidirdi. Pirani qoca isə ona cavab vermək istəmir, bir kəlmə də cavab qaytarmırdı. Dünən keşikçi içəri girəndə görmüşdü ki, qocanın son nəfəsidir. Zəncirdən azad eləyib samanın üstünə uzatmışdı. Qocanın saqqalının və bığlarının arasında görünən dodaqları tərpənib son sözlərini pıçıldamışdı:



- Mən hələ çox yaşayacaqdım. Bu nadanın sözləri məni öldürdü” [35, s.16].

Qeyd etdiyiniz kimi, mikromətndə “Dünən keşikçi içəri girəndə görmüşdü ki, qocanın son nəfəsidir” tamamlıq budaq cümləsi MSB-nin sonrakı hadisələri üçün səbəb komponentinə çevrilir, hadisələrin sonrakı inkişafı üçün yeni başlanğıc verir. Qeyd olunan cümlədən sonra “ona görə də”, “o səbəbdən” bağlayıcı sözlərini işlətmək də olardı. Lakin mətn müəllifi nitqi elə ustalıqla qurmuşdur ki, ona ehtiyac qalmır, mətnin özündə situasiyadan asılı olaraq səbəb məzmunu yaranır.



Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin