Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə24/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
O vaxtdan neçə-neçə qış, neçə-neçə bahar keçib. Artıq saçlarım çallaşıb. Anam da dünyadan köçüb. Ancaq...”

Nitqdə “o” işarə əvəzliyi mühüm bir hadisəyə işarə etməklə onu nitq anına yaxınlaşdırır, həmin faciənin nəticəsi əsərin əsas qayəsinə çevrilir. Deməli, qeyd olunan işarə əvəzliyinin nitqdəki funksiyası nitq hadisəsi kontekstində mikromətnlərin semantik-struktur bağlantısını yaratmaqdan ibarətdir.

Məlum olduğu kimi, əvvəlki hadisəyə işarə edərkən az qala mətnin böyük bir hissəsinin təsvir etdiyi məzmunu əhatə edir, onunla bağlanır. İşarə olunan hadisənin böyük-kiçikliyinin əvəzlik üçün fərqi yoxdur. Onun nitqdəki funksiyası mətn kontekstində həmin hissəyə işarə edib onu əyaniləşdirməkdən ibarətdir:

Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu. Özünə bir ümid verərək deyirdi:

Atamın yarası bir o qədər də qorxulu deyil. İndiki həkimlər ölünü dirildirlər. Atam üçün niyə qorxuram?” Klinikadan bu saat bir həkim alaram, təcili müalicəyə başlayaram.

Ramazan bu kimi fikirlərlə klinikanın qapısından içəri girdi. Bir tərəfdə qadınlar durmuşdu. Bunların duruş və baxışlarından xəstəlik yağırdı. Çoxunun qucağında azarlı uşağı vardı. Kiminin başı, üzü və ayağı sarğılı idi”[48, s.36].

İkinci mətndə işlənən “bu kimi” ifadəsində “bu” əvəzliyi əvvəlki mətndə verilən fikrə işarə edir. Həcmcə çox da böyük olmayan birinci mətndə qısa şəkildə verilən “fikirlər”lə “o” işarə əvəzliyi ilə bağlı əvvəlki mətndə verilən, daha doğrusu, işarə olunan hadisənin həcmi əvəzliklər üçün fərqsizdir.

İkinci mikromətnlər arasında əlaqələnmə də “bu” işarə əvəzliyinə nəzərən formalaşır.

Mikromətnlərarası aspektdə əvəzliklər konkret predmetə də işarə edə bilər və onlar arasında bağlama vasitəsi kimi əvəzliklər böyük fərqlərə malik deyil. Həm mikro, həm də makromətn kontekstində komponentlər arası əlaqələndirici kimi əvəzliklər kommunikasiyada mühüm rol oynayır.

Əvvəldə qeyd etdik ki, işarə konkret obyekt və ya subyektə də aid ola bilər: “Səhər gün qalxanda Məsmə köməyə gəldi. Fatmanı qoluxəmirli, qoluşirməkli, başında çalma, əynində önlük, pörtmüş halda qızmar təndir başında oturub kündə yayan, naxışlayan və yapan gördü.

O, Fatmaya həm acıqlanır, həm küsənirdi. Acıqlanırdı ki, əjdaha kimi işləyir, “yeddi kürdün işini görür” xəstələnə bilər. Küsənməyi də onun üçün idi ki, özündə bu bacarığı, “əl-qol gücünü” görmürdü” [46, s.97].

Əgər birinci mətndə Məsmədən danışılırsa, ikinci mətndə isə “o” işarə əvəzliyi ilə ona istinad olunur. Onların aid olduğu mikromətnlər arasında bağlantı da bu məqamla reallaşır; “o” əvəzliyi konkret subyektlə (Məsmə) ilə bağlıdır. Mətnlər arasında əlaqəliliyin bu forması universal xarakter daşıyır, başqa dünya dillərində də müşahidə olunur.

Azərbaycan dilçiliyində bu istiqamətdə (tipoloji aspektdə) bəzi tədqiqat əsərləri vardır.

Ellipsis. Makromətndə mikromətnlərarası əlaqələnməni reallaşdıran faktlardan biri də ellipsisdir. Ellipsis cümlədə cümlə üzvlərindən hansınınsa, söz birləşmələrində isə tərəflərindən birinin düşməsi ilə səciyyələnir. Mikro və makromətndə isə komponentlərarası əlaqələndirmə funksiyasını yerinə yetirir. Mahiyyətcə hansısa üzvün ixtisarı ilə səciyyələnən bu hadisə kommunikasiya prosesində - nitqin qurulmasında mühüm rol oynayır. Deməli, ellipsis söz birləşməsindən, cümlə üzvündən başlamış makromətnin təşkilinə qədər ehtiva edir.

Ellipsisin həm mikro, həm də makromətnin təşkilində əlaqələndirici funksiyası oxşardır, ancaq makromətndə o birilərindən fərqli olaraq informasiyanın qurulmasına, informasiyanın mikromətn həcmində bir-biri ilə əlaqələnməsinə yardım edir. Məsələn:

I.“Bədəl kişinin kefinin sazlığının səbəbini açıb briqada üzvlərinə sevinə-sevinə danışmışdı. Demişdi ki, onu öz qızından da çox Əsədin xeyir işi sevindirir. Onların hamısını Əsədin toyuna dəvət eləmişdi. Tapşırmışdı ki, hamı hökmən gəlsin. Demişdi ki, gərək elə eləyək ki, Əsəd təkliyini, kimsəsizliyi bilməzcə hiss eləməsin, kimin əlindən nə gəlir kömək eləsinlər ona. Sonra da qızını Əsədə vermək istəməyən, arxalı-köməkli yerə yıxılan qocanın ardınca alıb demişdi: demişdi, həlbət bir gün o qurumsağın saqqalı keçər onun əlinə... Cavanlardan bəzilərinin işdən hali olduqlarını və Əsədə kömək edəcəklərini eşidəndə lap sevinmişdi”.

II. “İndi də zümzümə eliyə-eliyə, evinə gedə-gedə yenə Əsədin xeyir işi barədə fikirləşdi – toya kimləri çağıracaq, qızın atası ilə necə danışacaq, onunla toydan əvvəl barışıq eləsin, ya sonra....

Gül mağazasının yanından sovuşanda yadına düşdü ki, bu gün Yeganənin son imtahanıdır. Mağazaya girdi, bir dəstə qərənfil aldı – qızı bu gülləri çox xoşlayırdı. İndi də qızının xeyir işi barədə götür-qoy eləyirdi. İstəyirdi bu şənbə gətiriləcək nişan barədə qızı ilə bir də danışsın. Düzdür, o dəfə bu barədə söz salanda Yeganə başını aşağı salmış, mızıldanmış və etiraz eləməmişdi. Amma istəyirdi bu gün ondan bütöv söz eşitsin”(51,s.30).

“Bədəl kişi” birinci mikromətndə işlənir, ikinci mikromətndə isə o, ellipsisə uğrayır. İkinci mətn birincinin davamı olaraq “Bədəl kişi” ilə bağlı hadisələri, fikirləri davam etdirir. Bu səbəbdən ikinci mikromətn birinci ilə bağlanır, birinciyə nəzərən onun məzmunu müəyyənləşir. Məsələ ondadır ki, ikinci mətnin həm birinci, həm də ikinci komponentləri elliptik formada “Bədəl kişi” ilə bağlanır.




Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin