Tədqiqatın metodları. Aparılan elmi tədqiqat zamanı təsvir, müqayisə və kontekstual təhlil metodlarından istifadə olunmuşdur. Qeyd olunan tədqiqat metodları aparılan elmi-tədqiqat işinin mahiyyətini üzə çıxarmağa tam imkan vermişdir.
Müdafiəyə çıxarılan əsas müddəalar. Dissertasiya mövzusu üzrə aparılan elmi tədqiqata rəğmən aşağıdakı müddəalar müdafiəyə çıxarılır:
Makromətn mikromətnlərin təmsil etdiyi yarımsistemlərin iyerarxiyası əsasında qurulur;
Mikromətnlərin komponentləri arasında mövcud olan semantik və formal əlaqə vasitələri makromətnin təşkilində analoji rolu oynayır, yəni eyni məzmunlu vahidlər funksiyaca yarımsistemdən qlobal sistemə daxil olur;
Mətnin törəməsi yaradıcılıqdır, o, fəlsəfi və psixolinqvistik baxımdan çoxplanlılıqdan xəttiliyə keçidi nümayiş etdirir;