Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə9/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
Türkmən dilinin saitləri

Türkmən dilində Azərbaycan dilində olduğu kimi 9 sait səs vardır. a, ı, o, u, e, ə, i, ö, ü. Türkmən dilində a saiti Azərbaycan və türk dillərində olduğu kimi intensiv işlənir: adağ, adağlamak, ağalık, ağartmak, ağaççılık, ağarmak, ağartmak, ağırlaşmak, ağrımak və s.

Türkmən dilində ı saiti türk dilindəki kimi söz başında işlədilir: ıklamak, ınam, ınanç, ınaclık, ısıtma, ısnat, ıssı, ızlamak, ısnısık və s.

Türkmən dilindəki sözönü ı saiti Azərbaycan dilindəki i saitinin mövqeyində işlənir. Yəni Azərbaycan dilində türkmən dilindəkindən fərqli olaraq söz başında ı yox i işlənir: işıq, inanc, incəlik, isitmə, isnad, isti və s.



O saiti də türkmən dilində Azərbaycan dilindəki kimi işlənir: ovsar, ovsun, oyatmak, oyun, oynak, ovurt, otağ, oturumlu, otuz, otuzluk.

Türkmən dilindəki u saiti də işləkliyinə görə Azərbaycan və türk dillərindən fərqlənmir: uğramak, uğur, unlamak, urmak, ulus, utanç, uvuuldamak, uçma və s.

Türkmən dilində e saiti türk dilində olduğu kimi intensivdir. Azərbaycan dilindəkindən fərqli olaraq türkmən dilində e saitinin həm birinci, həm də ikinci hecada işlənməsinə rast gəlmək olur: eger, eye, egsilmek, egirme, elek, ekmek, elleşmek və s.

Türkmən dilində e saiti çox vaxt Azərbaycan dilindəki ə saitinin adekvatı kimi işlənir: əgər, əyişmək, əyirmə, ələk, əlləşmək və s.

Türkmən dilində e saiti türk dilindəki kimi intensiv olsa da bu dildə ə saitinin də norma kimi işlənməsinə rast gəlmək olur. Göründüyü kimi, türkmən dilində genetik e saiti öz qədimliyini saxlasa da nitq prosesi ə səsinin də inkişafına təsir etmişdir. Türkmən dilində ə səsinin işlənməsini aşağıdakı kimi sözlərdə müşahidə etmək olur: ləll, bəşim, bəş, bəşlik, bəşinci, ər, ərlik, ədim, ədimlik, ədişmek, ədinmek, ədik və s.

Ə səsi daha çox ərəb-fars alınmalarında işlənir: əhtimal, əhtleşmek, əlem, ətiyaç, əşgər, əşgərlik və s.

İ saiti türkmən dilində Azərbaycan və türk dillərində olduğu kimi intensiv işlənir: ikidilli, igleşmek, ideşmak, ilerlemek, ilginç, ilişdirmek, ilçilik, irişme, incelmek və s.

Ö saiti Türkmən dilində Azərbaycan və türk dillərində olduğu kimi işlənir. O saiti kimi ikinci hecada norma olmur: ödemek, ökdelik, ölmek, ölçmek, ölüşmek, önmek, örtülmek, övsümek, özelenmek, ötürmek və s.

Ü saitinin işlənməsində də Azərbaycan və türk dillərindən ciddi fərq görünmür: üflemek, ürkek, ütülmek, üstünde, üstünlük, ürküşmek, üzüşmek, üzərlik, üzdürmek, üzümçilik və s.

Türkmən dilinin samitləri

Türkmən dilinin fonetik sistemində 21 samit fonem formalaşmışdır. Türk dilində də 21 samit olduğu halda türkmən dili samitləri ilə onların arasında müəyyən fərq vardır. Türkmən dilinin samitlərinin bəziləri Azərbaycan dilindəkindən də fərqlənir.

Türkmən dilinin samitlərini tələffüz yerlərinə görə aşağıdakı kimi xarakterizə etmək olar.

1. Boğaz samiti.

Türkmən dilinin boğaz tələffüz yerində Azərbaycan və türk dillərində olduğu kimi, bir h samiti formalaşmışdır. Türkmən əlifbasında bu samit H h kimi işarə olunur. Türkmən dilində h samiti həm Azərbaycan dilindəki h səsinin, həm də x səsinin yerində işlənir: h səsinin yerində: hadisa, hakikat, halal, halva, hayat, hakıkılık, hammal, haray, haram, haramı, hasrat, hayasız, hekaya və s.



X səsinin yerində: habar (xəbər), halis (xalis), halıcı (xalıçı), harap (xarab), harlatmak (xarlatmaq), hancar (xəncər), hamut (xamut), hameleon (xamelyon), hamırlı (xəmirli), harap (xarab), hatıra (xatirə).

2. Dilarxası samitləri.

Dilarxası tələffüz yerində türkmən dili üçün kq samitləri formalaşmışdır. Türk dilindən fərqli olaraq türkmən dilində ğ səsi mövcud deyildir. Azərbaycan dilində dilarxası tələffüz yerində dörd samitin formalaşması o deməkdir ki, Azərbaycan dilinin şifahi nitq intensivliyi həm türk, həm də türkmən dillərindən üstün olmuşdur. Onu nəzərə almaq lazımdır ki, dildə fonetik vahidlər ixtiyari şəkildə formalaşmır. Burada yeni anlayışlar üzrə informasiya-vericiliyin təsiri və bu təsirin nəticəsində nitqin fəallığından asılı olaraq yeni səs reflekslərinin törəməsi zəruri amil hesab olunur.

Türkmən dilində Azərbaycan dilindəkindən fərqli olaraq sözün əvvəlində həm k, həm də q səsi intensiv işlənir. Q səsi söz başındakı intensivliyinə görə türkmən dili türk dilinin mövqeyini üstələyir. Söz əvvəlində kq samitlərinin müstəqil fonem kimi işlənməsini aşağıdakı nümunələrdən görmək olar: kakmak, kaka, kaşık, kovuşmak, kulak, kılmak, kırk, kırkayak, kovum, kırklık, kın, kınlık; qavak, qavarmak, qabarcık, qaldırmak, qalkan, qamaşık, qamçı, qandım, qapı, qara, qara-qura və s.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin