Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Oğuz qrupu türk dillәrindә doğumla bağlı leksik vahidlər



Yüklə 306,26 Kb.
səhifə22/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   18   19   20   21   22   23   24   25   ...   47
2.2. Oğuz qrupu türk dillәrindә doğumla bağlı leksik vahidlər
İnsan həyatının geçid mərhələlərinin ilki olan doğum, dünyaya gəlmə çoxalma qabiliyyətinə sahib olan insanın ilkin başlanğıcıdır. Ümumiyyətlə, türk xalqlarında uşağı nəslin davamçısı kimi dəyərləndirirlər. Bəzi qədim mənbələrdə (əsasən də Çin mənbələrində) türk soyunun bir qurddan-canavardan yaranması qeyd olunsa da, türkün ən qədim yazılı abidələri hesab olunan Orxon-Yenisey abidələrində yeri, göyü yaradan və yaratdığı insanlara xaqanları özünün vəkili təyin edən “Tanrı//Tenqri” adı ilə qarşılaşırıq. Qədim türklərdə, o cümlədən də oğuzlarda uşağın dünyaya gəlişi ailə üçün, nəslin davam etdirilməsi, daimiliyi üçün vacib sayılırdı və övladı olmayanların Allah tərəfindən cəzalandırıldığını fikirləşirdilər: “...oğlı kızı olmayanı Allah Taala karğayupdur, biz dahı karğaruz...” [136, s.4]. Qədim türk təfəkküründən gələn bu fikirlər müasir türk xalqlarında hələ də yaşayır və yeni ailə qurmuş ailələrin uşaq sahibi olmaları üçün müəyyən adət və mərasimlər keçirirlər. Qeyd etmək lazımdır ki, doğum da digər keçid mərhələləri kimi sosial xarakter daşıyır. Oğuz türklərinin lüğət tərkibində doğumla bağlı bir sıra ortaq ümumutürk leksik vahidlərin işlənmə tezliyinə malik olmasına baxmayaraq, bəzi sözlərin fonetik tərkibində nəinki digər türk dillərində, hətta eyni dilin dialektlərində də müəyyən fərqliliklərin olduğunun şahidi olduq.

Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin