Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Oğuz qrupu türk dillərində ölümlə bağlı fərqli adət və mərasimlәri adlandıran leksik vahidlər



Yüklə 306,26 Kb.
səhifə28/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   24   25   26   27   28   29   30   31   ...   47
2.3.2. Oğuz qrupu türk dillərində ölümlə bağlı fərqli adət və mərasimlәri adlandıran leksik vahidlər
Oğuz qrupu türk dillərində fərqli leksik qata malik olan dil qaqauz dilidir. Qaqauzlarda da ölüm doğum və evlənmə kimi insanın həyatında qarşılaşdığı ən önəmli mərhələlərdən biri hesab edilir. Ölüm də fərdi olmaqla bərabər, həm də ictimai bir hadisədir. Xalqın düşüncə və xəyal dünyasında ölümlə bağlı bir sıra inanclar vardır: bayquşun evin damında və ya ətrafında səs çıxartması, itlərin davamlı şəkildə ulaması, evin tavanının müəyyən səs çıxarması və s. Bu xüsusiyyətlərin davamlı şəkildə təkrarı türk xalqlarında zərər, xəstəlik, fəlakət və ölümün gəlişini göstərir.

Qaqauz türkləri də digər xalqlar kimi “ölüm” sözünü deməməyə çalışırlar. Əgər kimsə ölmüşsə, o mənanı ifadə etmək üçün “geçindi”, ölü üçünsə “raametli” leksik vahidlərindən istifadə edirlər [133, s.93]. Qaqauz türklərində ölümdən əvvəl bəzi hazırlıqlar görülür. “Ölümlük”( alt paltarı, baş örtüsü, paltar, ayaqqabı, üzünə sərmək üçün 2 m parça, tül) hazırlanır. Ölən son nəfəsini verəndə mütləq baş tərəfində yaşlı bir adam şam yandırmalıdır, bu da ölünün o biri dünyaya işıqla getməsini simvolizə edir. Ölünü yuduqdan sonra “ölümlük” və “ölümnük bez”(kəfən) geyindirərək tabutda dəfn edirlər. Qaqauz türkləri tabuta “tabut”, “sandık”, “koşçuk” deyirlər [160, s.194]. Ölünün kəfənlə və paltarla basırılması qədim türklərdən gələn bir adətdir. Belə ki, qədim türklər ölünü “eşük” adlanan parçaya büküb basırırdılar. Daha sonralar qaqauz türklərində “ölünü paltarla basırmaq” adəti xrisianlıqla əlaqələndirilmişdir. Qaqauz türkləri ölənə məxsus əşyaları “ölü dalı”, “ölü aacı” adlandırırlar və dəfndən sonra “ölü dalı”ndan bağışlanacaq əşyaları çıxarıb ehtiyacı olanlara verirlər, budağı isə məzarın aşağısından basırırlar [160, s.217]. Ölünün paltarlarına, demək olar ki, əksər türk xalqlarında“soyka” deyilir. Azərbaycan dilində isə həmin ifadə “so:xa” variantında işlənir. Qaqauz türkləri ölüyə aid bu əşyaları paylamamışdan əvvəl yuyub arındırırlar, daha sonra ehtiyacı olanlara bağışlayırlar[190, s.188]. Bundan sonra ölü evində gələn qonaqlara süfrələr açılır və həmin ailə yas mərasimlərinə başlayır. “Yas” cəmiyyət tərəfindən bizim üçün önəmli olaraq bilinən insanların və yaxınlarımızdan birinin ölümü ilə duyulan acı və üzüntünü ictimai qəliblər formasında ifadə etməkdir [188, s.222]. Ölünün ruhu üçün evdə hazırlanan mərasimə “sofra”, “ölü ekmaa” və ya “pomana” deyilir[160, s.225]. Qaqauzlar ölünün müəyyən günləri ilə (doqquzuncu gün, üçüncü ayında və altıncı ayında) bağlı mərasimlər keçirirlər. Ölü evində müəyyən yeməklərin hazırlanması və bütün qonşulara paylanması mərasimi “iileştirme” adlanır [190, s.180]. Qaqauzlar ölünün iyirminci günündə qonºulara “sofra kolacı”, “pusurka”, “pesmet” adlanan yas çörəkləri ilə bərabər yanar şam, koliva paylayırlar [160, s.227]. Qaqauz türklərinin ən önəmli bayramlarından biri “küçük paskalya”dır. İnsanlar bu gün də məzarları ziyarət edib qəbirlərin üzərinə “paskalya çöraa” və yumurta qoyurlar. Ölünün ardından yemək mərasimləri vermək qədim türklərdən gələn bir adətdir. “Ölü yeməyi” dəfn mərasimi ilə və ölülər kultü ilə bağlı ən əski və ibtidai mərasimlərdən biridir. Bu gün mədəniyyətin ən yüksək zirvəsinə ucalmış cəmiyyətlərin hamısında rastlaşdığımız ölüləri anma mərasimləri ibtidai dövrlərdə ölülərə aş vermə adətlərinin təkamül etmiş şəklindən başqa bir şey deyildir [156, s.189]. Qaqauz türkləri yas mərasimində söylənən ağılara “dizmek”,“sıralamak” deyirlər. Burada yalnız qadınlar “sıralamak” adətini yerinə yetirirlər, kişilər isə səssiz ağlayırlar. “Dizmək” ölən adamın xasiyyətinin, gördüyü yaxşı işlərin təriflənməsidir. Ölünü dəfn etdikdən sonra müəyyən günlərdə məzarlar ziyarət edilir. Dini bayramlarda isə məzara kilsədə rahib tərəfindən dua oxunmuş “ayazma suyu” səpilir [190, s.195]. Ölü dəfn olunan zaman “kruça stavro” adlanan taxdadan ilk məzar daşı qoyulur. Qırxı çıxdıqdan sonra isə onu daş məzarla əvəz edirlər. Qaqauz türkləri dəfndən sonra ölüləri anma törənləri keçirirlər. Bu mərasimlərdən biri “süüt pazarı”dır. Bu mərasim hər il Pasxa bayramından bir həftə əvvəl keçirilir. Həmin gün qadınlar əllərində söyüd budaqları kilsəyə gedər və ölülərin adına koliva oxutdururlar. Sonra koliva oxunmuş söyüd budaqlarını məzarların ətrafına basırır, məzarların üzərinə yanan şam, ölünün savabına bişirilmiş yeməklər və şərab qoyulur [160, s.233]. Dini bayramlarda qaqauz türkləri məzarları ziyarət edir, yemək və şərabları saçı edirlər. Belə bayramlardan biri “ak perşembe”dir. İnanca görə, bu gün ölülər öz evlərinə gəlirlər. Ona görə həmin gün səhər erkəndən qapı və pəncərələr açılır, həyətə yastıqlar qoyulur. Inanca görə, ölünün ruhu yeddi həftə ailəsi ilə birlikdə yaşayır, daha sonra evi tərk edir ki, bu da “ispasa” adlanan dini bayramla üst-üstə düşür [190, s.183]. “Ak perşembe”dən bir gün əvvəl ölü üçün “gugu”, “pesmedi”, “kolva” adlanan çörəklər bişirilib qonşulara paylanır. “İspas” günü insanlar məzarlıqda ölü ilə vidalaşıb ondan bir illik ayrılırlar ki, buna da “küsülü” deyirlər [190, s.184].

Qaqauz dilində bu tematik qrupa daxil olan leksik vahidlərin bir qismi oğuz qrupuna daxil olan digər dillərlə fonetik baxımdan oxşardır. Yəni bu sözlərin bir qismi ərəb və fars dillərindən keçmə ifadələrdir, bir hissəsi isə türk mənşəlidir. Yalnız mərasimlərin və yas mərasiminin müəyyən mərhələlərində verilən yemək adlarının bir qismi bolqar, moldavan, slavyan və başqa dillərdən alınmışdır.

Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin