3.1. Leksik-qrammatik sözdüzәltmә Dilin ən sürətlə dəyişən bölməsi hesab olunan leksika dildaxili və dilxarici amillərin təsiri nəticəsində daim inkişaf edir. Qohum türk dilləri ilə, o cümlədən də qohum olmayan digər dillərlə siyasi, iqtisadi cəhətdən əlaqələrin olması dilin leksik qatının zənginləşməsinə gətirib çıxarmışdır.Oğuz qrupu türk dillərində mənəvi mədəniyyət leksikasının formalaşması tarixi, təbii ki, qədim dövrlərə təsadüf edir. Tədqiqat zamanı dilin bu semantik qrupuna daxil olan terminləri yaranma üsuluna görə (1) leksik-semantik; 2) morfoloji; 3) sintaktik) və tematik qruplarına görə (toyla,doğuşla, yasla, dini-inancla, bayramla, bayram və ya müəyyən mərasimlərlə bağlı rəqs və mahnı adları ilə) qruplaşdırdıq. Dilin daimi inkişafını təmin edən sözyaratma prosesi lüğət tərkibinin zənginləşməsində mühim amillərdən biridir. Demək olar ki, sözyaratma prosesi dilin bütün qatlarında intensivliyi ilə səciyyələnir.