Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Leksik-semantik üsulla yaranan leksik vahidlər



Yüklə 306,26 Kb.
səhifə34/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
3.1.1. Leksik-semantik üsulla yaranan leksik vahidlər:
Leksik-semantik üsul, demək olar ki, öz sadəliyi ilə həm morfoloji, həm də sintaktik yolla sözyaratma prosesindən fərqlənir. İnkişaf tarixi və mənşəyi etibarilə bu yolla əmələ gələn sözlər hər bir dilin lüğət tərkibində çoxluq təşkil edir. Leksik-semantik üsulla yaranmış sözlərdə məna dəyişmələri, daralma və genişlənmələr özünü açıq şəkildə göstərir. Təbii ki, bu proses də qohum türk dilləri, dialekt və şivələr, alınma sözlər, yeni sözlər hesabına inkişaf edir.

Toyla bağlı:“hana//hənə”(Borçalı),“hanqa”(rəsmi hesab edilən kişi elçiliyi),“mehriyə”(başlıq) , “şəltə”, “bəlyə” (Şəki), “sirə”(toy pulu),“yol”(oğlan evinin qız evinə verdiyi toy xərcinə) (Qubadlı), “nesə” (ərə gedən qıza valideynləri tərəfindən verilən torpaq payı); “xop”, “nərə” “nəmət”, “insanları toya dəvət edən adam” mənasında (Naxçıvan)[6, s.374],“xəlfə”[6, s.386], “xələt”,“oku”, “seymen”, “damak”; “hədiyyə” mənasında “pey”,“satu”,“yelü”,“dutu” (Türk); “dever” (sağdışın köməkçisi), “emiş”, “goda”, “çotra”, “kolada”, “zestre”(qız tərəfindən bəyə verilən pul), “left” (bəyin atasının gəlinin atasına verdiyi qızıl), “duak”,“val” (fata), “adaş”, “sadık” (sağdış), “koltuk” (sağdıçın köməkçisi)(qaq), “musayıb”, “kürte”, “telpek”, “yenne”, “baca” (bacanaq), “guda” (Türkm), “güy”(kürəkən) (İraq türkm.) [198, s.73].

Doğuşla bağlı ifadələr:naşa” (vaftiz ana), “hadım”, “kısır” (uşağı olmayan), “gebe”, “babu”, “luysa”, “beremennıy” (qaqauz.) [160, s.422], “nefse”(uşaq dünyaya gətirən ana), “hudi”, “hamla”, “boğaz”, “maşğala”(uşaq)(Türkm.) [272, s.32], “xaşal” (Azərb.), “göde” “hamilə”, “şehit” (doğuş anında ölən qadın), “nefse//nevse”,“nusa” (Türk) [109 s. ,274], “arma”(aşermək)(Kaşkay türk) [163, s.43] və s.

Yasla bağlı: “tamah”, “nahar”(ölümün üçünə qədər verilən yemək), “aş”(ölünün ilində verilən yemək), “sal”(qəbir üstə qoyulan baş daşı), “xələt”, “cəsət”, “gor”, “kəfən”, “mərəkə” (yas yeri) (qazax), “ağı”, “edi”(Azərb.), “acal”. “hazzar”, “övlüya” (məzar), “pata”(türkm), “pomana”(ölü üçün xeyrat), “ruba”, “soyka”(ölü paltarı) “kör”, “gömi” (məzar) (qaqauz.) [133, s.124], “himar”, “sabu”(ağı) (Türk.) [186, s.47] və s.: “Yaylar olsam mənim gorum olsun, Altun akçan harçayur olsam menüm kefenüm olsun, Binər olsam menüm tabutum olsun”[136, s.67].

Bayramla bağlı: “çağan”, “cərimə//cərmə”, “kul”, “çillə”(Azərb.) [7, s.284], “oraza” (türkm.), “troyta”, “Trimur”, “Vedeniye”, “sava”, “ispasa”(dini) (qaqauz.) [144, s.112]və s.

Dinlə bağlı: “ayoz”(mələk), “denon” (rahib), “devol” (şeytan), “altar”(kilsədə ibadət mərkəzi),“sveti” (dini müqəddəslər), “miru”, “minnet”(din, məzhəb), “aydimu”(məbəd), “drakon” (şeytan), “geur” (müsəlman olmayan) (qaqauz.) [256, s.142], “nasağ” (tövbə), “şəddət” (dinə qarşı çıxan) , “oruc”, “namaz”, “aşura” (Azərb.), “ahıret” , “Alla”, “doğa” , “dovzah”, “gonam”, “Huday”, “işan”, “kazı”, “kıyamat”, “parz”, “pitre”, “sahet”, “taret”, “sadaka”(türkm.) [269, s.295], “tın”, “süne”. “yula” (ruh), “imam”, “qurban”, “zəkat”, “zikr”, “ibadət” , “cami” (İraq Türkm.) [163, s. 33] və s.

Mahnı və rəqs adları: “halay”, “zeybek”, “bengi”, “mengi”, “samah”, “bar”, “horon”(Türk.) [113, s.42], “Araba” , “Tərəkəmə”, “Şalaxo”(Azərb.) [7, s.285] və s.

Oyun adları: “Omada”, “Çar”, “Tura” (qaqauz) [149, s. 104] və s

Oğuz qrupu türk dillərinin leksik fondunda bu üsulla yaranan mənəvi-mədəniyyət leksikasının bir qismi həm fonetik, həm də semantik, bir qismi isə yalnız leksik-semantik cəhətdən eynilik daşıyır. Bu leksik vahidlərin arasında sinonimlik, omonimlik xüsusiyyətləri də özünü göstərir: Qaqauz dilində işlənən “adaş” termini “bəyin sağdişi” mənasını ifadə edir. Azərbaycan dilində isə bu termin “eyniadlı insanları” adlandırır. “Toy” sözü Azərbaycan dilində “toy”, türk dilində isə “nişan”; “şehit” leksik vahidi türk dilinin dialektlərində həm “ölən əsgəri”, həm də “doğuş anında ölən qadını” ifadə edir. Oğuz qrupu türk dillərinin hamısında “boğaz” sözü omonimlik xüsusiyyəti daşıyaraq “hamilə” və “insanın boğazı” anlamını ifadə edir. “Xələt” sözü Azərbaycan dilinin dialektlərində həm “kəfənin bir hissəsi”, həm də “yas yerində yığılan pul”; “ləçək” ifadəsi “yaylıq”, “kəfənin bir hissəsi”; “sal” həm “çayı keçmək üçün vasitə”, həm də “başdaşı”; qaqauz dilində “sofra” vahidi həm “süfrə”, həm də “ölünü ruhu üçün verilən ehsan” mənalarını ifadə edərək omonimlik xüsusiyyəti daşıyır. Türkmən dilində “ölünün basırıldığı yer” mənasında sinonim səciyyəli türk mənşəli “qonam”, fars mənşəli “gor”, ərəb mənşəli “qəbir”“məzar” terminlərindən istifadə olunur .

Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin