Tədqiqatın aprobasiyası və tətbiqi. Tədqiqatın əsas məzmunu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi məcmuələrdə nəşr olunmuş məqalələrdə, eləcə də beynəlxalq simpozium və konfranslardakı məruzələrdə öz əksini tapmışdır. Nəşr olunmuş 37 məqalə və tezis dissertasiyanın məzmununu əhatə edir.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində yerinə yetirilmişdir.