Substantivləşmə (isimləşmə) türk dillərində geniş yayılmışdır. Orxon abidələrində bu hadisəyə aşağıdakı nümunələri göstərmək olar: kara “qara” – “xalq, qara camaat”, süŋüs “döyüş, müharibə” – “döyüşmək, vuruşmaq”, üləsik “hissə” və s. Adverbiallaşma (zərfləşmə) Orxon abidələrinin dilində yayılmışdır: ilgərü “irəli”, üzə “yuxarıda”, kiçig “az, azacıq”, buŋsız “dərdsiz”, yana “yenə”, tükəti “bütünlüklə”, başlayu “əvvəl” və s. Bu üsulun geniş yayılmasının səbəbi zərfin digər əsas nitq hissələrinə nəzərən sonradan meydana çıxmasıdır. Orxon abidələrində verballaşmaya (feilləşməyə) aşağıdakı sözləri nümunə göstərmək olar: aç “ac” – “acmaq”, bədiz “bəzək” – “bəzəmək”, yağı “düşmən” – “düşmən olmaq”, karı “qoca” – “qocalmaq”.
Dostları ilə paylaş: |