AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 496,99 Kb.
səhifə3/7
tarix17.01.2017
ölçüsü496,99 Kb.
#424
1   2   3   4   5   6   7

b) xoreoqrafiya məktəbində:

17-ci dərəcə: tələbələrin sayı 250-dək olduqda;

18-ci dərəcə: tələbələrin sayı 250-dən çox olduqda.

 

Heyvanat parkının direktoru

 

Əmək funksiyası. Əsasnaməsinə (nizamnaməsinə) uyğun olaraq heyvanat parkının bütün elmi və təsərrüfat-istehsal fəaliyyətinə rəhbərlik edir. Heyvanat parkına gələnlərin dünyagörüşünün formalaşmasına kömək edən təbii-elmi bilikləri təbliğ edir. Heyvanat parkının müvafiq heyvan növləri ilə komplektləşdirilməsini, heyvanat parkının kolleksiyasında olan vəhşi heyvanların bu şəraitdə biologiyasını və törəmələrinin tədqiqini təşkil edir. Heyvanların saxlanılmasına və onlara qulluq göstərilməsinə nəzarət edir. Heyvanat parkında heyvanların ekspozisiyasının, stasionar və səyyar sərgisinin, onların teatrının, ekspozisiya və sərgilərə ekskursiyalarının, gənc təbiətçilər stansiyalarının yaradılması və mühazirələrin və məsləhətləşmələrin keçirilməsi işlərini təşkil edir. Bağ-park təsərrüfatının inkişafını və mühafizəsini təmin edir. Kadrların seçilməsini və səmərəli yerləşdirilməsini həyata keçirir. Heyvanat parkının işçilərinin ixtisaslarının artırılmasına və yaradıcılıq təşəbbüsünə imkan yaradır. İşin yekunlarına görə kollektivin məsuliyyətinin yüksəldilməsinə səy göstərir. Heyvanat parkının maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatının vaxtlı-vaxtında tərtib edilməsini təşkil edir. Rəhbərlik etdiyi işçilərin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; heyvanat parklarının işi ilə əlaqədar sənədləri; vəhşi heyvanların biologiyasının, zootexnika və baytarlıq xidmətinin əsaslarını; xarici və ölkədaxili heyvanat parklarının qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: II qrupa aid olan heyvanat parklarında;

16-cı dərəcə: I qrupa aid olan heyvanat parklarında;

17-ci dərəcə: respublika miqyaslı heyvanat parklarında.

 

Rayon (şəhər, qəsəbə, kənd) mədəniyyət evinin (sarayının) direktoru (müdiri);

Mərkəzi klubun (kənd klubunun) direktoru (müdiri)

 

Əmək funksiyası. Mədəniyyət evinin (sarayının), mərkəzi klubun fəaliyyət göstərdiyi ərazidə mədəni-maarif fəaliyyəti və asudə vaxtın təşkili üzrə tədbirlər hazırlayır və həyata keçirir. Yeni sosial-iqtisadi şərait və bazar münasibətləri nəzərə alınmaqla bədii istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti planlarını tərtib edir. Pul vəsaitinin düzgün xərclənməsini və əmlakın qorunmasını təmin edir. Təsərrüfat müqavilələrini və maliyyə sənədlərini imzalayır. Müəssisənin əmlakından və vəsaitindən istifadə edilməsi üçün əmr, sərəncam verir, etibarnamələri imzalayır. Müəyyən olunmuş qaydada işçilərin işə qəbul və işdən azad edilməsi üçün tədbirlər görür. Səlahiyyəti çərçivəsində olan məsələlər üzrə qərar qəbul edir. İşçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: mədəni quruculuq, iqtisadi tərəqqi məsələlərinə dair qanunvericiliyi; mədəni-maarif fəaliyyətinə və asudə vaxtın təşkilinə dair sənədləri; demoqrafik, yaş və milli xüsusiyyətlər nəzərə alınmaqla əhali arasında mədəni-maarif tədbirlərinin təşkilinin forma və üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a) rayon (şəhər) mədəniyyət evində (sarayında), mərkəzi klubda: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

14-cü dərəcə: III qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

15-ci dərəcə: II qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

16-cı dərəcə: I qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

17-ci dərəcə: respublika əhəmiyyətli elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən, 2 mindən artıq oturacaq yerləri olan mədəniyyət müəssisələrində.



b) qəsəbə, kənd mədəniyyət evində və kənd klubunda:

12-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili, IV qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda;

13-cü dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili, III qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda;

14-cü dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı, II qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda;

15-ci dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, I qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda.

 

Baş fond mühafizəçisi

 

Əmək funksiyası. Muzey ekspozisiyasında yerləşən muzey fondlarının mühafizəsini təmin edir. Muzey fondlarının tam uçotunu, eksponatların elmi təsvirinin verilməsini (pasportlaşdırılmasını) təşkil edir. Fond xəzinəsini lazımi muzey təchizatı ilə təmin edir. Mühafizə rejiminə riayət edilməsinə, həmçinin muzey eksponatlarının vaxtlı-vaxtında və keyfiyyətli konservasiyasına nəzarət edir. Bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi işini təşkil edir. Muzey fondunun mühafizəsinin və uçotunun mükəmməlləşdirilməsi, bərpa işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır. Fond xəzinəsi işlərinin asanlaşdırılması üzrə tədbirlər görür, bərpa işlərinin aparılması cədvəlini hazırlayır. Lazımi materialların vaxtında alınması üçün sifarişin verilməsini təşkil edir. Fondun uçotunun və mühafizənin təşkili üsullarını müəyyənləşdirən, müəssisə və təşkilatların ərizələri əsasında sərgi ekspozisiyaları üçün muzey eksponatlarının verilməsini tənzimləyən, həmçinin gələnlərin fond xəzinəsinə buraxılışını müəyyənləşdirən qaydaları işləyib hazırlayır. Kolleksiya kataloqlarını, fond materiallarının icmalını, metodik tövsiyələri nəşrə hazırlayır. Elmi-tədqiqat işi aparır, keçirilən müşavirə, konfrans və seminarlarda mühazirə və məruzələrlə çıxış edir, məsləhətlər verir. Müəyyən olunmuş forma üzrə uçot və hesabat işlərini təşkil edir. İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və digər sənədlərini; muzey fondunun uçot və mühafizə qaydalarını; eksponatların bərpası texnologiyasını; fond xəzinəsinin təchizatını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsasları; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

12-ci dərəcə: IV qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə;

13-cü dərəcə: III qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə;

14-cü dərəcə: II qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə;

15-ci dərəcə: I qrupa aid olan muzeylərdə və yaxud muzey tipli müəssisələrdə, muxtar respublika miqyaslı muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

16-cı dərəcə: respublika əhəmiyyətli muzeylərdə və yaxud muzey tipli müəssisələrdə (təsdiq edilmiş siyahı üzrə);

17-ci dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə və yaxud muzey tipli müəssisələrdə.

 

Mədəniyyət və istirahət parkının direktoru

 

Əmək funksiyası. Əsasnaməsinə (nizamnaməsinə) uyğun olaraq mədəniyyət və istirahət parkının bütün mədəni-maarif və təsərrüfat-istehsal fəaliyyətinə rəhbərlik edir. Əhalinin müxtəlif təbəqələrinin tərbiyəsi məqsədilə kütləvi istirahət və mədəni xidməti təşkil edir. Cari və perspektiv iş planlarının hazırlanması, müəyyən olunmuş qaydada təsdiq edilməsi işlərinə rəhbərlik edir və onların yerinə yetirilməsinə nəzarət edir. Parkın və onun filiallarının ərazisində yaşıl teatrların, kinolektoriyaların, planetariyaların, kitabxanaların, qiraətxanaların, rəqs və estrada meydançalarının, oyun pavilyonlarının, sürüşmə meydançalarının, xizək və qayıq stansiyalarının, mədəni-məişət və idman əmlakı kirayəsi bazalarının, müxtəlif attraksionların, eləcə də nəfəsli alətlər və estrada orkestrlərinin, bədii özfəaliyyət kollektivlərinin, müxtəlif növ seksiya və dərnəklərin və sair əhaliyə mədəni xidmət obyektlərinin yaradılması işlərini təşkil edir. Bağ-park təsərrüfatının inkişafı və mühafizəsini təmin edir. Parkın yenidən qurulması və müasirləşdirilməsi məqsədilə layihələrinin hazırlanması üçün müqavilələr bağlayır. Park təsərrüfatının özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyəti üçün maliyyə imkanlarını təhlil edir. Parkı ixtisaslı kadrlarla təmin etmək üçün səy göstərir. Parkın strukturunu və ştat cədvəlini təsdiq edir. Park işçilərinin ixtisaslarının artırılmasına və yaradıcılıq təşəbbüsünə imkan yaradır. Uçot və hesabat işlərini təşkil edir. Rəhbərlik etdiyi işçilərin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; yuxarı orqanların mədəni-maarif işinə dair sənədlərini; xarici və ölkədaxili parkların qabaqcıl iş təcrübəsini; mədəni-maarif işinin forma və üsullarını; iqtisadiyyatın əsaslarını; əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: III qrupa aid olan mədəniyyət və istirahət parklarında;

14-cü dərəcə: II qrupa aid olan mədəniyyət və istirahət parklarında;

15-ci dərəcə: I qrupa aid olan mədəniyyət və istirahət parklarında;

16-cı dərəcə: respublika miqyaslı mədəniyyət və istirahət parklarında, elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəniyyət və istirahət parklarında.

 

Kitabxana filialının müdiri;



Mərkəzləşdirilmiş kitabxana sisteminin filialının müdiri

 

Əmək funksiyası. Kitabxananın kitab fondunun düzülüşünü, uçotunu və saxlanılmasını təşkil edir. Oxucu sorğularının öyrənilməsi əsasında kitabxana fondunun komplektləşdirilməsi üzrə təkliflər hazırlayır. Oxuculara göstərilən abonement və oxu zalı xidmətlərinə nəzarət edir. Ədəbi gecələr təşkil etməklə fərdi və kütləvi kitab təbliği işini aparır. Oxucu konfransları, ədəbiyyat icmalları, kitab sərgiləri və başqa tədbirlər təşkil edir. Oxucu sorğuları əsasında yeni daxil olmuş ədəbiyyat siyahıların, biblioqrafıq məlumatların tərtib edilməsini təmin edir. Başqa kitabxanalarla qiyabi və kitabxanalararası abonement üzrə əlaqəni həyata keçirir. Kitabxana filialının fəaliyyəti haqqında uçot və hesabat işlərini aparır. İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir. Filialı olduğu kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) və filialın perspektiv inkişaf proqramlarının və iş planlarının hazırlanmasında iştirak edir.



Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif, turizm müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə anunvericiliyi, dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

15-ci dərəcə: respublika miqyaslı kitabxanalarda;

16-cı dərəcə: milli statusa malik kitabxanalarda.

 

 Muzey filialının müdiri



 

Əmək funksiyası. Filialın ekspozisiya, təbliğatı, metodiki və digər fəaliyyətinə rəhbərlik edir. Muzey filialı fondunun zənginləşdirilməsi və tədqiqini təşkil edir. Muzey filialının kolleksiyasının bütün eksponatlarının mühafizə və dəqiq uçotunun aparılmasını təmin edir. Filialın iş planını, illik və perspektiv planlarını işləyib hazırlayır, onların müəyyən edilmiş qaydada təsdiq edilməsini təmin edir. Muzeyə gələnlərin estetik tərbiyəsini və mədəni səviyyəsini yüksəltmək məqsədilə daima ekspozisiyanın təkmilləşdirilməsi işinə diqqət yetirir. Kadrların seçilməsini və səmərəli yerləşdirilməsini təmin edir. Filial işçilərinin müəssisədaxili intizam qaydalarına, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; muzeyşünaslığı; muzeyin elmi-tədqiqat, elmi-təbliğat, ekspozisiya-sərgi, metodik, bərpa və nəşriyyat işlərinin aparılması üsullarını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan muzeylərin tabeliyindəki filialda;

12-ci dərəcə: III qrupa aid olan muzeylərin tabelindəki filialda;

13-cü dərəcə: II qrupa aid olan muzeylərin tabeliyindəki filialda;

14-cü dərəcə: I qrupa aid olan muzeylərin, muxtar respublika miqyaslı muzeylərin, nadir kolleksiyalı muzeylərin (təsdiq edilmiş siyahı üzrə), memarlıq abidələri binalarında və respublika əhəmiyyətli qoruqlarda yerləşən muzeylərin, digər təşkilatlar üçün elmi-metodiki mərkəz sayılan muzeylərin tabeliyindəki filialda;

15-ci dərəcə: respublika əhəmiyyətli muzeylərin (təsdiq edilmiş siyahı üzrə) tabeliyindəki filialda;

16-cı dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərin tabeliyindəki filialda.

 

Kitabxananın şöbə müdiri;



Kitabxananın bölmə müdiri

 

Əmək funksiyası. Kitabxana fondunun komplektləşdirilməsi, düzəldilməsi, işlənilməsi, kataloqların qurulması, elmi-metodiki, elmi-tədqiqat və oxuculara xidmət göstərilməsi işlərini təşkil edir. Kitabların yüksək səviyyədə təbliği, kitabxana fondunun istifadəsinin təhlili, oxucu sorğusunun öyrənilməsi, onlara səmərəli xidmət göstərilməsi üzrə təkliflərin hazırlanması və sorğuların təmin edilməsi işlərini aparır. Perspektiv və cari fəaliyyət planlarının işlənməsini, şöbənin (bölmənin) fəaliyyət uçotunu və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin oxucu, kitab verilməsi modulları vasitəsilə oxuculara kitab verilməsini həyata keçirir. Kitabxanaşünaslıq, biblioqrafiya və kitab tarixi sahəsində elmi tədqiqatlar aparır. Xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini, kitabxana işlərinin mexanikləşdirmə və avtomatlaşdırma məsələlərini öyrənir. [7]



Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; kitabxana işlərinin mexanikləşdirmə və avtomatlaşdırma məsələlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri; [8]

11-ci dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri, III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri[9]

12-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri, II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri;

13-cü dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri, I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri;

14-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri;

15-ci dərəcə: respublika miqyaslı kitabxanalarda şöbə müdiri, milli statusa malik kitabxanada bölmə müdiri;

16-cı dərəcə: milli statusa malik kitabxanalarda şöbə müdiri.

 

Muzeyin şöbə müdiri

 

Əmək funksiyası. Muzeydə ekskursiya işini təşkil edir. Tematik mühazirə və ekskursiyaları planlaşdırır, onların keçirilməsi cədvəlini tərtib edir. Ekskursiya və mühazirələrə ərizə qəbulunu təşkil edir, onları ixtisaslı bələdçi və mühazirəçi ilə təmin edir. Mühazirə və ekskursiyaların keçirilməsinə dair hesabat aparır. Muzey ekspozisiyası, sərgiləri üzrə icmal və tematik ekskursiyalar aparan bələdçilərin, eləcə də mühazirələrin və ekspozisiya zallarındakı məsləhətçilərin işinə nəzarət edir. Şagird və tələbələr arasında elmi-təbliğat işinin aparılması məqsədilə ictimai təşkilatlar, müəssisələr, təhsil ocaqları ilə daima əlaqə saxlayır. Şöbənin işçiləri arasında iş bölgüsünü aparır, onların düzgün yerləşdirilməsini təmin edir. İşçilərin yaradıcı təşəbbüsünün inkişafına, onların ixtisaslarının artırılmasına kömək edir. Şöbə işçilərinin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının muzey işi ilə əlaqədar qərar, sərəncam, əmr və digər sənədlərini; muzeyşünaslığın əsaslarını; ekskursiya-mühazirə işinin keçirilməsi metodikasını; muzey ekspozisiya tematikasını; xarici və ölkədaxili muzeylərinin ekskursiya işi üzrə qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan muzeylərdə;

12-ci dərəcə: III qrupa aid olan muzeylərdə;

13-cü dərəcə: II qrupa aid olan muzeylərdə;

14-cü dərəcə: I qrupa aid olan muzeylərdə, muxtar respublika miqyaslı muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

15-ci dərəcə: respublika əhəmiyyətli muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

16-cı dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə.

 

Kitabxananın elmi katibi

 

Əmək funksiyası. Elmi şuranın işini təşkil edir, onun qərarlarının, eləcə də kitabxananın direktorunun aidiyyəti əmrlərinin icra olunmasına nəzarət edir. Kitabxanaçılıq, biblioqrafiya və kitab tarixi sahələrində elmi-tədqiqat və təhqiqat planlarına dair təkliflər irəli sürür. Qəbul olunmuş planların vaxtında və keyfiyyətlə icra olunmasına nəzarət edir. Kitabxana fəaliyyəti haqqında ümumi plan və hesabatlar hazırlayır. Kitabxanada kargüzarlıq işlərini təşkil edir. Nəşriyyat-redaksiya fəaliyyəti planının icrasına nəzarət edir. Hazır işlərə rəylərin yazılmasını təmin edir. Ümumi kitabxana tədbirlərinin (elmi müşavirələr, konfranslar, seminarlar və s.) təşkilində iştirak edir. Kitabxana əməkdaşlarının və peşə kitabxanaları şəbəkəsi işçilərinin ixtisasartırma, staj keçmə planlarını tərtib edir. Direktorun tapşırığı ilə kitabxana işini nizamlayan normativ sənədləri hazırlayır. Kitabxananın beynəlxalq əlaqələrini uzlaşdırır. İşçilərin attestasiyasının keçirilməsi işlərinin təşkilində iştirak edir, onların fəaliyyətinin qiymətləndirilməsi meyarı və üsullarını hazırlayır.

Bilməlidir: kitabxananın bütün struktur bölmələrinin işini; elmi-tədqiqat işlərinin planlaşdırmasını, təşkilini və maliyyələşdirilməsi qaydalarını; müəllif hüquqlarının müdafiəsi haqqında qanunları və normativ hüquqi sənədləri; işçilərin müsabiqədən və attestasiyadan keçirilməsi qaydalarını; müqavilə əsasında işlərin təşkilini; kargüzarlığın aparılmasına dair sənədləri; kütləvi informasiya vasitələri üçün məlumatın hazırlanmasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) və muxtar respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: respublika miqyaslı kitabxanalarda;

16-cı dərəcə: milli statusa malik kitabxanalarda.

 

Muzeyin elmi katibi;



Heyvanat parkının elmi katibi

 

Əmək funksiyası. Muzeydə (heyvanat parkında) fəaliyyətin əsas istiqamətləri üzrə elmi-tədqiqat və təhqiqat işləri aparılarkən elmi-təşkilati məsələlərlə məşğul olur. Muzeyin (heyvanat parkının) elmi-tədqiqat sərgi-ekspozisiya və digər işlərinin perspektiv və illik plan layihəlilərinin, eləcə də muzeyin (heyvanat parkının) fəaliyyətinin əsas istiqamətləri ilə bağlı bölmələrin iş planlarının tərtib olunmasını təşkil edir. Muzeyin (heyvanat parkının) fəaliyyəti ilə bağlı məsələlərin araşdırılmasında, iş planlarının yerinə yetirilməsinə aid tədbirlərin həyata keçməsində, elmi-tədqiqatların səmərəliliyinin artırılmasında, onların nəticələrinin tətbiqində iştirak edir. Digər aidiyyəti elmi-tədqiqat və ixtisas müəssisələri ilə əlaqələndirmə, yaradıcılıq həmrəyliyi üzrə işləri təşkil edir. Elmi əsərlərin nəşri üçün planların tərtibində iştirak edir, elmi kadrların yerləşdirilməsi və ixtisaslarının artırılması üzrə tədbirlər görür. Elmi konfransların, müşavirələrin, seminarların və sair elmi-mədəni tədbirlərin təşkili və keçirilməsi işlərinə rəhbərlik edir. Elmi şurada baxılacaq sənədlərin hazırlanması işlərinə rəhbərlik edir.



Yüklə 496,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin