Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti Mühasibat uçotu və audit kafedrası



Yüklə 1.7 Mb.
səhifə1/21
tarix20.05.2018
ölçüsü1.7 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
Mühasibat uçotu və audit kafedrası

Mühasibat uçotu və audit “ fənni üzrə tədris


PROQRAMI


050806 – “Əczazçılıq (baytarlıq)” ixtisasının ali təhsilin

bakalavryat səviyyəsi üzrə təhsil alan tələbələr üçün

ADAU- nun Elmi Şurasinin 28 aprel 2016-cı il

tarixli qərarı ilə nəşr olunması nəzərdə

tutulmuşdur

Gəncə -2016

Proqram “Mühasibat uçotu və audit” kafedrasının müdiri, dosent Məmməd Həbib oğlu İsmayılov, dos. Qəşəm Allahyar oğlu Bədəlov, dosent əvəzi Mehman Məzahir oğlu Hüseynov, baş müəllim Zirəddin Məcid oğlu Hüseynov , Cavahir Cavanşir gızı Allahverdiyeva tərəfindən hazırlanmışdır.

Redaktor: Mühasibat uçotu və audit kafedrasının proffessoru,

i.e.n.Y.B.Əhmədov

Rəyçilər : Muxtarova P.E. İqtisad elmləri üzrə fəlsəfə doktoru

“Mühasibat uçotu və audit kafedrası” və “Maliyyə

Iqtisadi nəzəriyyə” kafedrasının dos. i.e.n.

C.N.İsmayılov

Giriş
Mühasibat uçotu və audit fənninin tədrisi üçün 30 saat (o cümlədən mühazirə 16 saat, təçrübə məşğələsi 14 saat) nəzərdə tutulmuşdur.
Ölkədə baş verən sosial-iqtisadi dəyişikliklər öz əksini tədrisdə və təhsildə də əks etdirir. Bununla bağlı Respublikada bazar iqtisadiyatı şəraitində inkişafı həyata keçirilən iqtisadi islahatlar qəbul olunmuş, qanunverici və normativ sənədlər aspektləri düzgün idarə olunması ilə əlaqədar olaraq mühasibat uçotu və auditin əsaslarını geniş həcmidə öyrənilməsini tələb edir.

Mühasibat uçotu iqtisadi siyasətin əsas hisəsidir, müəsssiənin istehsalat təsərrüfat fəaliyyətinin və kapitalın dövriyyə prosesinin idarə edilməsinin mühüm mexanizmidir, uçot informasiyaların toplanması və sistemə salınması ilə məşğul olur.

Hal-hazırda Respublikamızda uçotun beynəlxalq standartlara keçirilməsi və yeni hesablar planınının tətbiqi ilə bir çox işlər həyata keçirilməkdədir. İndiki şəraitdə mühasibat uçotunun obyektlərini və hesabatını əhatə edən normativ-hüquqi aktlar qəbul edilmişdir, digər bir tərəfdən isə bazar münasibətləri şəraitində mühasibat uçotunun təşkili və aparılması qaydaları sahəsində müəyyən səviyyədə təcrübə toplanmasıdır.

Bu proseslərin düzgün və dəqiq yerinə yetirilməsinə audit nəzarət edir və əczaçıların mühasibat uçotu və audit əsaslarını bilmələri günün əsas vacib tələbidir.

Əczaçılıq ixtisası üçün “Mühasibat uçotu və audit” fənnindən tədris saatlarının bölüşdürülməsi.


Sıra

№si

Mövzuların adı


Cəmi

O cümlədən

Mühazirə

Təcrübə

Məşğələsi



1

Müasir təsərrüfatçılıq şəraitində mühasibat

uçotunun mahiyyəti, məqsədi və vəzifələri. Mühasibat uçotunun predmeti və metodu



4


2


2


2.

Mühasibat balansı. Hesablar sistemi və ikili yazılış

4

2

2

3.

Əczaçılıq sahəsində torpaq tikili və avadanlıqlar qeyri-maddi aktivlərin uçotu. Əczaçılıq sahəsində pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının uçotu.


4

2

2


4.

Əczaçılıq sahəsində istehsal ehtiyatlarının uçotu, əməyin və onun ödənişinin uçotu.

4

2

2

5.


Əczaçılıq sahəsində mühasibat (maliyyə) hesabatı.

4


2


2

6.



Bazar iqtisadiyyati şəraitində auditin mahiyyəti, məqsədi və vəzifələri.

4

2


2


7.

Auditin standartlari, planlaşdirilmasi və auditor rəyləri.

.


4

2


2

8.


Əczaçiliq sahəsində pul vəsaitlərinin, hesablaşmalarin və torpaq, tikili və avadanlıqların auditi.

2

2

-





Cəmi

30

16

14


MÖVZU 1. Müasir təsərrüfatçılıq şəraitində mühasibat

uçotunun mahiyyəti, məqsədi və vəzifələri.
Təsərrüfat uçotu haqqında anlayış və onun yaranma tarixi. Təsərrüfat uçotunun növləri. Uçotda istifadə edilən ölçülər: natural, əmək və pul. Müasir dövrdə mühasibat uçotunun inkişaf səviyyəsi.

Mühasibat uçotunun obyektləri. Mühasibat uçotunun predmeti, təsərrüfat vəsaitləri, təsərrüfat prosesləri, onun nəticələri, təsərrüfat vəsaitlərinin mənbələri mühasibat uçotunun predmeti kimi.



MÖVZU 1. Mühasibat uçotunun predmeti və metodu
Mühasibat uçotunun predmeti və metodunun ümumi xarakteristikası. Mühasibat uçotunun tətbiqi sahələri. Mühasibat uçotunun obyektləri. Mühasibat uçotunda təsərrüfat subyektləri haqqında anlayış.

Müəssisə əmlakı, onun əmələgəlmə mənbələrinin təsnifatı. Bazar iqtisadiyyatı ilə əlaqədar olaraq mühasibat uçotunun obyektlərinin tərkibində əmələ gələn dəyişikliklər. Mühasibat uçotunun predmetinin və obyektlərinin mülkiyyət formalarından və xalq təsərrüfatı sahələrinin xüsusiyyətlərindən asılılığı. Təsərrüfat əməliyyatları və onların nəticələrinin xarakteristikası. Mühasibat uçotunun predmetinin tarixi.


MÖVZU 2. Mühasibat balansı
Mühasibat balansı haqqında anlayış, onun əczaçılıq sistemində rolu və əhəmiyyəti.

Mühasibat balansının quruluşu və məzmunu. Balansın tərəfləri: aktiv (aktivlər) və passiv (xüsusi kapital, maliyyə öhdəlikləri). Balans maddələri və onların qruplaşdırılması. Balansın təsnifatı. Balansın valyutası. Milli Mühasibat Uçotu standartlarına uyğun tərtib ediləcək balansın quruluşu və məzmunu. Təsərrüfat əməliyyatlarının təsiri nəticəsində balansda əmələ gələn dəyişikliklər. Əczaçılıq, idarə etmək üçün balansın əhəmiyyəti.


MÖVZU 2. Hesablar sistemi və ikili yazılış.
Mühasibat uçotu hesablarının mahiyyəti, onların quruluşu. Təsərrüfat əməliyyatlarının mühasibat hesablarında əks etdirilməsi. Hesabların debet və krediti, dövriyyəsi və son qalığı. Aktiv və passiv hesablar, onların quruluşu.

Hesablarda ikili yazılışın mahiyyəti. İkili yazılışın əsaslandırılması və onun nəzəri əhəmiyyəti.

Hesabların müxabirləşməsi. Mühasibat yazılışları, onun növləri.

Sintetik və analitik hesablar, onların qarşılıqlı əlaqəsi, subhesablar.

Sintetik və analitik uçot. Mühasibat hesabları və balans arasındakı qarşılıqlı əlaqə.

Sintetik və analitik hesablar üzrə dövriyyə cədvəlləri.




MÖVZU 3. Əczaçılıq sahəsində torpaq tikili və avadanlıqlar qeyri-maddi aktivlərin uçotu.
Torpaq, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin iqtisadi məzmunu və onların uçotunun vəzifələri. Torpaq, tikili və avadanlıqların tərkibi:

Qeyri-maddi aktivlər. Uçotun vəzifələri.

Torpaq, tikili və avadanlıqların təsnifatı və onun qiymətləndirilməsi. Torpaq, tikili və avadanlıqların və sənədlərlə rəsmiyyətə salınması, inventarların analitik və sintetik uçotu. Torpaq, tikili və avadanlıqların uçotu üzrə sənədləşmə. Torpaq, tikili və avadanlıqların amortizasiyasının hesablanması.

Torpaq, tikili və avadanlıqlarin təsərrüfatdan çıxmasının uçotu. Silinmə qaydasında torpaq, tikili və avadanlıqların inventarizasiyası. Ümumi qayda. İnventarizasiyanın aparılma qaydası.


MÖVZU 3. Əczaçılıq sahəsində pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının uçotu.
Pul vəsaitlərinin uçotunun təşkilinin əhəmiyyəti və vəzifələri. Kassa əməliyyatlarının uçotu. Kassa əməliyyatlarının aparılması haqqında əsasnamə.

Apteklərin kassasında olan pul vəsaitlərinin uçotu. Banklarda olan nağd pul vəsaitlərinin uçotu. İşçilərlə hesablaşmaların uçotu. Kassanın və bankın mədaxili və məxarici əməliyyatlarının vaxtında aparılması. Pul vəsaitlərinin hərəkətinə və ondan düzgün istifadə olunmasına ciddi nəzarət edilməsi. Pul ehtiyatlarının dövriyyəsini sürətləndirmək. Büdcəyə vergilər üzrə ödəmələrin vaxtında rəsmiləşdirilməsi. Mal-material göndərən təşkilatlarla hesablaşmaların uçotu.


MÖVZU 4. Əczaçılıq sahəsində istehsal ehtiyatlarının uçotu.
İstehsal ehtiyatlarının tərkibi, təsnifatı. İstehsal ehtiyatlarının mədaxili və məxaricinin sənədləşdirilməsi. İstehsal ehtiyatlarının qiymətləndirilməsi. Apteklərdə və anbarlarda olan materialların, dərmanların və dərman bitki xammalının uçotu. Tikinti materialları, köməkçi materiallar və yarımfabrikatların uçotu. Yanacaq və sürtkü materiallarının uçotu. Materialların sintetik və analitik uçotu, material qiymətlilərin satın alınması üzrə sənədləşmə.

Anbara materialların daxil olmasının sənədləşməsi. Anbardan material qiymətlilərin buraxılış qaydası və sənədləşməsi.


MÖVZU 4. Əczaçılıq sahəsində əməyin və onun ödənişinin uçotu.
Əməyin və onun ödənişi üzrə hesablaşmaların uçotunun vəzifələri. İlkin sənədləşmə. Tabel uçotu. İş vaxtının və işçilərin yerinə yetirdikləri işlərin uçotu üzrə ilk sənədlər. Əmək haqqının hesablanması qaydası. Əmək haqqının növləri: əsas əmək haqqı. Əlavə əmək haqqı. Əmək haqqından tutulmalar və onların uçotu. Nağd hesablama ödəniş cədvəllərində ödəniş üçün əmək haqqının hesablanması. Əməyin uçotu üzrə məlumatların ümumiləşdirilməsi və qruplaşdırılması.

Əməyin ödənişi üzrə hesablaşmaların mühasibat uçotu və əmək haqqı fondundan istifadəyə nəzarət.

Əməyin ödənişi üzrə hesablaşmaların mühasibat uçotunun registrlərində əks etdirilməsi.
MÖVZU 5. Əczaçılıq sahəsində mühasibat (maliyyə) hesabatı.
Müəssisənin təsərrüfat fəaliyyəti haqqında informasiya mənbəyinin mühasibat (maliyyə) hesabatı. Hesabatın əhəmiyyət və növü. Bazar iqtisadiyyatında mühasibat hesabatının əhəmiyyəti və funksiyaları.

Mühasibat hesabatının növləri: cari və illik. Cari hesabatın tərkibi və məzmunu, onun tətbiqi qaydası və təqdim edilmə vaxtları.

Mühasibat hesabatının normativ bazası. Mühasibat uçotu və mühasibat hesabatının aparılması üzrə qaydalar.

Hesabatın tərtibi üzrə təlimatlar, illik və rüblük mühasibat hesabatının tərkibi.

Mühasibat (maliyyə) hesabatının təqdim edilməsi vaxtı və qaydası.

MÖVZU 6. Bazar iqtisadiyyati şəraitində auditin mahiyyəti, məqsədi və vəzifələri.

Auditor və auditor fəaliyyəti haqqında anlayış və onların mahiyyəti. Auditin məqsədi və bazar iqtiadiyyatı şəraitində onun qarşısında duran vəzifələr.

Auditin növləri və onların xarakteristikası. Auditorun hüquqları və vəzifələri.

Auditin fəaliyyəti və onun tənzimlənməsinin hüququ bazası. Azərbaycan Respublikasında auditor fəaliyyətinin tənzimlənməsi.

Daxili audit. Daxili audit standartları. “Auditor xidməti haqqında” AR-nın Qanunu.

Auditor palatası haqqında əsasnamə. Daxili audit haqqında Azərbaycan Respublikasının qanunu.


MÖVZU 7. Auditin standartlari, planlaşdirilmasi və auditor rəyləri.
Auditor standartları onların məqsədi və əsas prinsipləri. Firmadaxili audit standartları. Beynəlxalq audit standartları. Azərbaycanda audit standartları.

Audit yoxlamalarının planlaşdırılması. Auditorun iş sənədləri.İş sənədlərində auditor planlaşdırılması.

Auditor rəyi. Auditor rəyinin formalaşması. Auditor rəyinin məzmunu və quruluşu. Auditor rəylərinin növləri.
MÖVZU 8. Əczaçiliq sahəsində pul vəsaitlərinin,hesablaşmalarin və torpaq, tikili və avadanlıqların auditi.
Pul vəsaitlərinin auditinin məqsəd və vəzifələri. Pul vəsaitləri auditinin normativ hüquqi bazası. Pul vəsaitlərinin auditinin məlumat mənbələri. Pul vəsaitləri əməliyyatlarının ümumi prinsipləri. Kassa əməliyyatlarının auditinin aparılma metodikası.

Bank əməliyyatlarının auditinin metodikası. Pul vəsaitləri əməliyyatlarının auditinin nəticələrinin yekunlaşdırılması.

Hesablaşma və kredit əməliyyatlarının auditinin məqsədi və vəzifələri. Hesablaşma və kredit əməliyyatlarının auditinin metodikası və onların məlumat mənbələri.

Malsatan və podratçılarla hesablaşmaların, avanslar üzrə hesablaşmaların və digər hesablaşmalarda olan vəsaitlərin auditi.

Hesablaşma və kredit əməliyyatlarının normativ hüquqi bazası. Hesablaşmalar və kredit əməliyyatlarının auditinin nəticələrinin yekunlaşdırılması.

Torpaq, tikili və avadanlıqları auditinin məqsədi və vəzifələri. Torpaq, tikili və avadanlıqlarının auditinin normativ hüquqi bazası. Bu vəsaitlərin auditi üçün məlumat mənbələri. Auditin aparılma metodikası.

Torpaq, tikili və avadanlıqlarının mexaniki vəziyyətinin və saxlanmasının hərəkətinin auditi.

Torpaq, tikili və avadanlıqlarının köhnəlməsinin (amortizasiyasının) auditi. Əsas vəsaitlərin auditinin nəticəsinin yekunlaşdırılması.



ƏDƏBİYYAT


    1. Azərbaycan Respublikası “Mühasibat uçotu haqqında” Qanunu. Bakı- 1995.

    2. Azərbaycan Respublikasınin “Mühasibat ücotu haqqında” Qanunu. Bakı-2004.

    3. Azərbaycan Respublıkasının “ Auditor xidməti haqqinda” Qanunu. Bakı-1994.

    4. M.H.İsmayılov,Y.B.Əhmədov,Q.A.Bədəlov,Z.M.Hüseynov ”Mühasibat ucotunun nəzəriyyəsi”. Bakı-2011.

    5. M.Sadıqova, Ş Cabbarova. Əczacılqın idarə olunmasi və iqtisadiyyatı (20-ci fəsil, Aptek təşkilatlarinda ucot və hesabat. 2013.

    6. Milli mühasibat ucotu standartları. Bakı- 2008.

    7. Müəssisələrin mühasibat ucotunun hesablar plahı və onun tətbiqinə dair təlimat. Bakı- 1995.

    8. F.S.Hacıyev.S.H.Əliyev “Audit”. Bakı-2011.

    9. Abdulov Ş.V., Əhmədov Y.B. Kənd təsərrüfatında mühasibat (maliyyə) uçotu (dərslik). Bakı – 2001


ƏCZAÇILIQ İXTİSASI ÜÇÜN “MÜHASİBAT UÇOTU VƏ AUDİT” FƏNNİNDƏN PROQRAM VƏ

MÜHAZİRƏ MƏTİNLƏRİ


Mövzu 1. MÜASİR TƏSƏRRÜFATÇILIQ ŞƏRAİTİNDƏ MÜHASİBAT

UÇOTUNUN MAHİYYƏTİ, MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

P L A N


  1. Təsərrüfat uçotu haqqında anlayış və onun yaranma tarixi.

  2. Təsərrüfat uçotunun növləri.

  3. Mühasibat uçotunda istifadə edilən ölçülər.

  4. Müasir dövrdə mühasibat uçotunun inkişaf səviyyəsi və tərkib hissələri.

  5. Mühasibat uçotunun aparılmasına dair əsas tələblər və vəzifələr.

  6. Mühasibat uçotu – müəssisənin idarəetmə və informasiya sisteminin tərkib hissəsidir.

  7. Mühasibat uçotunun prinsipləri.

  8. Mühasib peşəsi və peşəkarlıq etikası.



Mühasibat uçotunun yaranma tarixi
Mühasibat uçotu İtaliyanın intibah dövründə yaranmışdır . İkili yazılış prinsipinin müəyyənləşdirilməsi insan cəmiyyətinin həyatı və yaradıcılığı üçün yaradılmış rifahına, gələcəkdə xüsusi kapitalın inkişafına təkan vermişdi. İkili yazılış sistemi XIII-XVI əsrlərdə yaranmış, ondan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada bələdiyyə yazılarında tapılmış ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər), həmçinin Şampan (Fransa) əyalətində ticarət edən firmalarda aşkar edilmişdir. Birinci olaraq fransalı rahib Luka Paçoli özünün “Hesablar və yazılışlar haqqında traktat” böyük əsərilə uçotu sistemləşdirmiş və o, uçot yazılışları fikrini aça bilmişdir. Onun bu kitabı indi də aktual olaraq qalır.

Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli saxlanılmış; həmin dövrdə mülkiyyətçi ilə müəssisənin əmlakı arasında məhdudiyyət qoyulmamış: müəssisənin mövcud və hesabat dövrləri haqqında anlayış olmamış; çoxlu pul vahidlərinin mövcud olması ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Burada uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışlar xüsusilə mal haqqında məlumatlar (çəki, miqdarı, ölçü vahidi qiyməti) təsviri xarakter daşımışdır.

Luka Paçolinin tərəfdarları müxtəlif sahələrdə xüsusilə Alvize Kazanova (1558-ci il) – gəmiqayırmada; A.di Pietro (1586-cı il) – kilsə təsərrüfatı və banklarda; D.A.Masketti (1610-cu il) – sənayedə; Lyudoviko Flori (1636-cı il) – hərbi xəstəxanalarda və dövlət müəssisələrində; Bastiano Venturi ( 1655-ci il) – kənd təsərrüfatında uçotun sistemləşdirilməsinin tətbiqini geniş yaymışlar. 1581-ci ildə tarixdə ilk dəfə olaraq Venesiyada mühasiblər cəmiyyəti yaradılmışdır.

XIX əsrin axırlarında əsası Luka Paçoli tərəfindən qoyulmuş mühasibat uçotu sistemində köklü dəyişikliklər olmuşdur. İctimai istehsalın inkişafı ilə xüsusi mülkiyyətdən ayrılmış şirkətlər yaranmış; kapital və mənfəətin bölgüsü aparılmış; “qüvvədə olan müəssisə” anlayışı meydana gəlmiş; fond birjaları işləməyə başlamış; sənaye və ticarətin gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Nəticədə mühasibin işi müstəqil peşəyə çevrilmişdir.

1973-cü ildə Edinburq məlumatına görə cəmi yeddi mühasib var idisə , XIX əsrin əvvəlinə İngiltərə və Şotlandiyanın iri şəhərlərinin məlumatına görə mühasiblərin sayı əllidən yuxarı olmuşdur. 1844-cü ildə şirkətlər haqqında qanun qəbul edilərkən müflisləşmiş firmalarda mütləq auditor yoxlamasının aparılması nəzərdə tutulmuşdur. Artıq 1854-cü ildə Edinburqda mühasiblər Cəmiyyəti təşkil edilmişdir. Bu cür Cəmiyyətin hər bir üzvünə Kral xartiyası “inamlı mühasib” titulu hüququ verilmişdir. 1880-ci ildə Viktoriya Kralının təşəbbüsü ilə İngiltərə və Şotlandiyada inamlı mühasiblər institutu yaradılır.

Amerika sənayesi xarici kapital axınının xüsusilə xeyli artması hesabına inkişaf etmiş və bununla da Amerikada Britaniyanın inamlı mühasibləri auditor işləmişlər. Buna görə əksər Amerika auditor firmaları köklü auditorlar hesab olunurlar. 1887-ci il tarixə amerika peşəkar mühasiblərinin az olmasına baxmayaraq Amerika ictimai mühasiblər assosiasiyası yaradılmışdır. Sonralar bu cür assosiasiyalar ayrı-ayrı ştatlarda da yaradılmış və 1896-cı ildə Nyu-York ştatında yaradılmış assosiasiyada cəmiyyətin vəzifələrini “Diplomlu ictimai (inamlı) mühasiblər” adlandırmışlar. 1917-ci ildə sertifikata malik olmadan ciddi ixtisas tələbi ilə Amerika mühasiblər institutuna çevrilmişdir. Sonralar sertifikat verilməklə Amerikanın diplomlu ictimai mühasiblər cəmiyyəti yaranmışdır. 1936-cı ildə hər iki cəmiyyət birləşdirilmiş, 1957-ci ildə isə “Amerika inamlı mühasiblər institutu” adı verilmişdir. Bundan başqa, Amerikada mühasibat təşkilatları da vardır.

Mühasibat uçotu Rusiyada bir elm kimi XIX əsrin birinci yarısında öz inkişafını tapmışdır. Onun baniləri K.İ.Arnold, İ.N.Axmetov, E.A.Mudrov, A.M.Volf, E.E.Suvers və başqaları olmuşlar. K.İ.Arnold Almaniyadan gəlmiş və Moskvada ilk mühasibat uçotu müəllimi olmuş; İ.N.Axmetov – Peterburq ticarət firmasında qulluqçu; E.A.Mudrov – Olenski (Petrozavodski şəhəri) gimnaziyasında riyaziyyat və fizika müəllimi işləmişdir.

XIX əsrdə Rusiyada mühasibat uçotu üzrə ilk dərslik çıxmışdır. 1831-ci ildə K.Klark və V.Nemçinovun “Hesablama elmi” dərs vəsaiti nəşr edilmişdir; 1866-cı ildə Sankt_Peterburqda kommersiya məktəbinin müəllimi Q.Reynbortun nəzəri və təcrübəvi hissədən ibarət olan “Sadə və ikili sistem üzrə kommersiya mühasibatlığının tam kursu” çapdan çıxır; 1883-cü ildə Moskva Kommersiya elmləri akademiyasında Moskva texniki və Kommersiya hesablamaları məktəbinin müəllimi A.Prokofyevin “İkili mühasibatlıq kursu” çapdan çıxır.

1883-cü ildə peşəkar mühasib A.M.Folf “Hesabdarlıq” jurnalı buraxmağa başlamış; 1892-ci ildə məşhur mühasib E.E.Sivers hesabdarlıq dedikdə təsərrüfat fəaliyyətinin hesabdarlığı, hesabdarlıq dedikdə isə - uçot haqqında elmi başa düşməyi təklif etmişdir. 1906-cı ildə Sankt_- Peterburqda İ.Maksimovun “Hesabdarlıq” kitabı çapdan çıxmışdır. Kitabda ticarət-sənaye və kənd təsərrüfatı müəssisələrində hesabdarlığın inkişafı və onun əhəmiyyətinin qısa tarixi xülasəsi verilmişdir.

Rusiyada maliyyə də daxil olmaqla bütün iqtisadiyyat sahəsinə toxunan Dövlət quruculuğu Böyük Pyotrun adı ilə bağlıdır. XVII əsrdə I Pyotr Rusiyanın geridə qalmasını etiraf etmiş və ölkənin bütün təsərrüfat və sosial həyatına toxunan hərtərəfli islahatlar həyata keçirmişdir. Uçotun qurulması və onun kökündən dəyişdirilməsi məsələsi də yaddan çıxmamışdır. Artıq 1710-cu ildə “Hərbi və digər işlər haqqında cədvəl” hökumət qəzetində çox az məlumat olan “mühasib” sözü haqqında yazı verilmişdir. Bu vaxtdan etibarən uçot və nəzarətə daha çox diqqət yetirilir. Uçotun təşkili üzrə təlimat dövlət aktı kimi nəşr olunur. 22 yanvar 1714-cü ildə birinci dövlət aktında uçot məsələsinə xüsusi yer verilmişdir. Bu sənəd dövlət aparatı və dövlət sənayesi üçün mütləq sənəd kimi qəbul edilmiş və aşağıdakı tələbləri qarşıya qoymuşdur:



  • yazılışların vaxtlı-vaxtında aparılması və “hesabların bağlanılması”;

- məsul şəxslərin ciddi surətdə tabeçiliyi.

İdarəetmə haqqında mühasibat uçotu sistemini xüsusilə materialların anbar uçotunu, ilk sənədlərin köməyi ilə təsərrüfat fəaliyyətinin bütün hallarında ümumdövlət metodunun təsir dərəcəsini özündə əks etdirən 5 aprel 1722-ci il tarixli hərbi flot haqqında qərar Rusiyanın uçotu tarixində mühüm əhəmiyyət kəsb etmişdir. Beləliklə Rusiyada ikili yazılış və mühasibat hesabları anlayışı meydana gəlmiş və bir elm kimi mühasibat uçotunun inkişafı XX əsrin görkəmli alimlərinin işlərində əks etdirilmişdir.

Azərbaycanda mühasibat uçotunun meydana gəlməsində mühasibat uçotu üzrə mütəxəssislərdən Fridon Akimoviç Mərdanov, Hacı Məcid Əfəndi Əfəndizadə, Əbülqasım Nurməmməd oğlu Hüseynzadə, Mirhəbib Seyidəhməd oğlu Seyidməmmədov, Mir Məhəmməd Seyidov və başqaları mühüm rol oynamışlar. Onlar dəfələrlə Bakı quberniyasına müraciət edərək Bakıda şirkət və sahibkarların təsərrüfat fəaliyyətinin idarə olunmasında hesabdarlıq və mühasibatlığın yerini və rolunu geniş açıqlamış və buna görə də mühasibat uçotuna dair ixtisaslar üzrə müvafiq tədris müəssisələrinin – kursların, məktəblərin açılmasını xahiş etmişlər. Mühasibat uçotunun qurulması və inkişafında Əliqulu Fərəcovun rolu böyük olmuşdur.

Prof. A.Fərəcov Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından biri olmuşdur. O, birinci olaraq Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, kənd təsərrüfatının iqtisadiyyatına, kənd təsərrüfatı və iqtisadi fikir tarixinə dair əsərlər yazmışdır.



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə