Azərbaycan respublikasi konstitusiyasi və HÜququn əsaslari



Yüklə 0,63 Mb.
səhifə1/7
tarix10.06.2018
ölçüsü0,63 Mb.
#53283
  1   2   3   4   5   6   7


AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASI VƏ HÜQUQUN ƏSASLARI

  1. Dövlət ərazi quruluşunun hansı iki əsas forması vardır?

    1. Parlamentli və prezidentli

    2. Respublika və monarxiya

    3. Daxili və xarici

    4. Siyasi və iqtisadi

    5. Unitar və federativ

  2. Federativ dövlətin tərkib hissələri necə adlanır?

    1. Muxtariyyət

    2. Respublika

    3. Federasiya subyekti

    4. İnzibati ərazi

    5. Vilayət

  3. Əsas demokratiк prinsiplərə aid deyil:

    1. Xalq hakimiyyətinin tanınmasi

    2. Əsas dövlət orqanlarinin seçkili olmasi

    3. Əsas qərarların çoxluq tərəfindən qəbul edilməsi

    4. Dövlət idarəetməsində vətəndaşların hüquq bərabərliyi

    5. Güclu ordunun mövcudlugu

  4. Azərbaycan Respublikasının dövlət ərazi quruluşu hansıdır?

    1. Konfederasiya

    2. Federasiya

    3. Respublika

    4. Unitar

    5. Suveren

  5. 1936-cı ilə kimi ZSFSR tərkibində Azərbaycan SSR-in konstitusион statusu necə idi?

    1. Müttəfiq respublika

    2. İttifaq dövləti

    3. Suveren dövlət

    4. Muxtar respublika

    5. Muxtar vilayət

  6. Azərbaycan SSR-in ilk Konstitusiyası neçənci ildə qəbul edilmişdir?

    1. 1918

    2. 1921

    3. 1924

    4. 1927

    5. 1936

  7. Sovet dövründə Azərbaycanda hakimiyyətin siyasi əsasını nə təşkil edirdi?

    1. Bələdiyyələr

    2. Parlament

    3. İnqilab komitələri

    4. Kommunist partiyası

    5. Sovetlər

  8. Ən yüksək hüquqi qüvvəli pozitiv hüquq mənbəyi hansıdır?

    1. Məhkəmə presedentləri

    2. Konstitusiya nəzarətinin aktları

    3. Konstitusiya

    4. Konstitusiya adətləri

    5. Qanun

  9. Konstitusiya hüquq normaları ilə tənzimlənən münasibətlər necə adlanır?

    1. Hüquq münasibətləri

    2. Konstitusiya münasibətləri

    3. Konstituiya hüquq münasibətləri

    4. İnzibati münasibətlər

    5. Hüquq normaları

  10. Müstəqil Azərbaycan dövlətinin ilk konstitusiya aktı hansıdır?

    1. Suverenlik Aktı

    2. Referendum haqqında

    3. Parlament haqqında

    4. Milli Məclis haqqında

    5. 18 oktyabr 1991-ci il tarixli Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı

  11. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası hansı yolla qəbul edildi?

    1. Milli Məclis

    2. Konstitusiya Komissiyası

    3. Nazirlər Kabineti

    4. Referendum

    5. Parlament

  12. Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi kimdir?

    1. Xalq

    2. Konstitusiya Məhkəməsi

    3. Ali Məhkəmə

    4. Milli Məclis

    5. Prezident

  13. Xalqın suverenliyi nədir?

    1. Hökumət qurmaq

    2. Öz hakimiyyətini yaratmaq

    3. Öz müqəddaratını sərbəst və müstəqil həll etmək

    4. Öz parlamentini yaratmaq

    5. İstədiyi qanunu qəbul etmək

  14. Xalqı kim təmsil edə bilər?

    1. Siyasətçilər

    2. Bələdiyyələr

    3. İdmançılar

    4. Xalqın seçdiyi səlahiyyətli nümayəndələr

    5. Veteranlar

  15. Xalqın vahidliyi Konstitusiyanın hansı maddəsi ilə təsbit edilmişdir?

    1. 4

    2. 5

    3. 3

    4. 6

    5. 7

  16. Azərbaycan Respublikası Konstitusiyasına görə xalqa qarşı ən ağır cinayət hansıdır?

    1. Korrupsiya

    2. Dövlət çevrilişinə cəhd

    3. Oğurluq

    4. Dövlətə xəyanət

    5. Hakimiyyətin mənimsənilməsi

  17. Azərbaycan dövlətinin ali məqsədi nədir?

    1. İnsan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi

    2. İşğal olunmuş torpaqların geri qaytarılması

    3. Təbii ehtiyatlardan səmərəli istifadə

    4. Silahlı qüvvələrin inkişafı

    5. Mülkiyyətin toxunulmazlığı

  18. Azərbaycan Respublikasının Milli Məclisi neçə palatadan və üzvdən ibarətdir?

    1. 1;150

    2. 2; 250

    3. 2;124

    4. 1;130

    5. 1; 125

  19. Azərbaycan Respublikasının Milli Məclisi hansı yolla formalaşır?

    1. Təyinat və seçki

    2. Seçki

    3. Müsabiqə

    4. Müsahibə

    5. Təyinat və müsabiqə

  20. 20 Azərbaycan Respublikasının Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti neçə ildir?

    1. 8

    2. 7

    3. 4

    4. 3

    5. 5

  21. Azərbaycan Respublikasının Milli Məclisinin növbəti sessiyaları ildə neçə dəfə çağırılır?

    1. Beş

    2. Üç

    3. Dörd

    4. İki

    5. Altı

  22. Azərbaycan Respublikasının Milli Məclisinin komitələri kimlərdən təşkil edilir?

    1. Deputatlardan

    2. Aparat işçilərindən

    3. Nazirlərdən

    4. Dəvət olunanlardan

    5. Seçicilərdən

  23. Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətlərinə əlavələr hansı aktla edilir?

    1. Qanunula

    2. Konstitusiya Qanunu ilə

    3. Referendumla

    4. MM-in qərarı ilə

    5. Prezidentin fərmanı ilə

  24. Azərbaycan Respublikasının Milli Məclisinin təşkilati fəaliyyət formaları hansılardır?

    1. Plenumlar

    2. İclaslar

    3. Seminarlar

    4. Sessiyalar, komitələr

    5. Konfranslar

  25. Azərbaycan Respublikasının Milli Məclisində konstitusiон qanunlar neçə səs çoxluğu ilə qəbul edilir?

    1. 83

    2. 95

    3. 63

    4. 94

    5. 84

  26. Qanunvericilik prosesinin neçə mərhələsi var və hansılardır?

    1. 4; layihənin təklif edilməsi; müzakirə; qanunun qəbul edilməsi; imzalanma

    2. 3; layihənin təklif edilməsi; müzakirə; imzalanma

    3. 1; qanunun qəbul edilməsi

    4. 5; layihənin təklif edilməsi; müzakirəsi; qanunun qəbul edilməsi; imzalanmasi; dərc edilməsi

    5. 2; layihənin təklif edilməsi; müzakirə

  27. Konstitusiyanın sosial funksiyası nədir?

    1. Forma və məzmunun vəhdətidir

    2. Konstitusiyanın formasıdır

    3. Konstitusiyanın məzmunudur

    4. Konstitusiyanın mənasıdır

    5. Konstitusiyanın sosial təyinatı və realizə üsuludur

  28. Dövlət hakimiyyətinin həyata keçirilməsində dövlət başçısının rolu nədən asılıdır?

    1. Əhalinin sayından

    2. Siyasi rejimdən

    3. Ərazi quruluşundan

    4. Hakimiyyət bölgüsündən

    5. İdarəçilik formasından

  29. Prezident öz vəzifəsinə nə zaman başlayır?

    1. Milli Məclisin qərarı ilə

    2. And içdikdən sonra

    3. Seçkilərdən sonra

    4. And içdikdən bir ay sonra

    5. Məhkəmənin qərarından sonra

  30. Dövlət başçısının səlahiyyətləri hakimiyyətin hansı qanadına aiddir?

    1. Heç birinə

    2. İcra hakimiyyətinə

    3. Məhkəmə hakimiyyətinə

    4. Qanunvericilik hakimiyyətinə

    5. Hər üçünə

  31. Hansı idarəçilik formasında prezident real hakimiyyətə malikdir?

    1. Prezidentli respublika

    2. Parlamentli respublika

    3. Demokratik respublika

    4. Qarışıq tipli respublika

    5. Yarımprezidentli respublika

  32. Hansı Azərbaycan Respublikası Prezidentinin konstitusiya-hüquqi statusuna aid deyil?

    1. Qanunların dərci

    2. Müqavilələrin təsdiqi

    3. Veto hüququ

    4. Qanunların qəbulu

    5. Qanunların imzalanması

  33. Hansı qurum hakimlərin fəaliyyətini qiymətləndirir?

    1. Əfv Məsələləri Komissiyası

    2. Məhkəmə-hüquq Şurası

    3. Ədliyyə nazirliy i

    4. Təhsil üzrə Komissiya

    5. Hakimlərin Seçki Komissiyası

  34. Azərbaycan Respublikasınда Prezidentliк institutu nə vaxt təsis edilmişdir?

    1. 1988-ci ildə

    2. 1992-ci ildə

    3. 1991-ci ildə

    4. 1989-cu ildə

    5. 1990-cı ildə

  35. Hansı müddəa Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsi ilə nəzərdə tutulmayıb?

    1. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatı

    2. Məhkəmə hakimlərinin vəzifəyə təyin edilməsi

    3. Xalqın vahidliyi

    4. Dövlətçiliyin varisliyi

    5. Dövlət müstəqilliyinin təmin edilməsi

  36. Azərbaycan Respublikası hökumətinin konstitusiоn statusu Azərbaycan Respublikası Konstitusiyasının hansı maddələri ilə müəyyən edilir?

    1. 114-128

    2. 114-124

    3. 113-123

    4. 114-123

    5. 118-131

  37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını kim müəyyənləşdirir?

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti

    2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

    3. Azərbaycan Respublikasının Prezidenti

    4. Azərbaycan Respublikasının Ali Məhkəməsi

    5. Azərbaycan Respublikasının Milli Məclisi

  38. Azərbaycan Respublikasının hökuməti kimlərdən ibarətdir?

    1. Baş nazir, onun müavinləri, nazirlər və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri

    2. Baş nazir, onun müavinləri, nazirlər, idarə rəisləri

    3. Baş nazir, onun müavinləri, nazirlər, onların müavinləri

    4. Baş nazir, onun müavinləri, nazirlər, icra başçıları

    5. Baş nazir, onun müavinləri, nazirlər

  39. Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı halda mütləq istefa verir?

    1. Baş nazir vəzifəsindən azad edildikdə

    2. Milli Məclisin ilk iclas günü

    3. Azərbaycan Respublikasının Prezidenti səlahiyytlərini icra etməyə başladığı gün

    4. Hər ilin əvvəlində

    5. Konstitusiya Məhkəməsinin qərarı ilə

  40. Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə kim təyin edir?

    1. Milli Məclis

    2. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Milli Məclis

    3. Milli Məclisin razılığı ilə Prezident

    4. Azərbaycan hökuməti

    5. Konstitusiya Məhkəməsi

  41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid deyil

    1. Dövlət büdcəsinin layihəsini hazırlamaq

    2. Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsiniн təmin etmək

    3. Dövlət büdcəsinin icrasını təmin etmək

    4. Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək

    5. Yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv etmək

  42. Azərbaycan Respublikası Nazirlər Kabineti hansı aktları qəbul edir?

    1. Konstitusiya qanunları

    2. Qərar və qanunlar

    3. Qərar və sərəncamlar

    4. Qanun layihələri

    5. Əmr və qərarlar

  43. Dövlət büdcəsinin layihəsini hazırlayan orqan hansıdır?

    1. Vergilər Nazirliyi

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti

    3. Milli Məclis

    4. Azərbaycan Respublikası Prezidenti

    5. Maliyyə Nazirliyi

  44. Azərbaycan Respublikasının Baş nazirinin toxunulmazlığına kim xitam verə bilər?

    1. Azərbaycan Respublikasının Prezidenti

    2. Milli Məclis

    3. Baş prokurorluq

    4. Nazirlər Kabineti

    5. Ali Məhkəmə

  45. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

    1. Azərbaycan Respublikasının Prezidenti

    2. Milli Məclis

    3. Baş prokurorluq

    4. Ali Məhkəmə

    5. Nazirlər Kabineti

  46. Yerlərdə icra hakimiyyətlərini kim həyata keçirir?

    1. Məhkəmələr

    2. Bələdiyyələr

    3. Yerli icra hakimiyyətlərinin başçıları

    4. İcraiyyə komitələri

    5. Seçki komissiyaları

  47. Yerli icra hakimiyyətləri başçılarını vəzifəyə kim təyin edir?

    1. Milli Məclis

    2. Ali Məhkəmə

    3. Nazirlər Kabineti

    4. Azərbaycan Respublikasının Prezidenti

    5. Baş prokurorluq

  48. Azərbaycan Respublikasının Baş naziri hansı hallarda tutula bilər?

    1. Cinayət başında yaxalanarsa

    2. Qaydaları pozduqda

    3. Vəzifəsinin öhdəsindən gəlmədikdə

    4. Cinayət törədərsə

    5. Hüquq qaydasını pozduqda

  49. Azərbaycan Respublikasının Baş nazirinin şəxsiyyəti hansı dövr ərzində toxunulmazdır?

    1. Beş il ərzində

    2. Milli Məclisin sessiyası ərzində

    3. Nazirlər Kabinetinin iclaslarında

    4. Təqvim ili ərzində

    5. Səlahiyyət müddəti ərzində

  50. Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər nə zaman edilmişdir?

    1. 24 avqust 2002-ci və 19 mart 2009-cu illərdə

    2. 22 avqust 2009-ci və 18 mart 2002-cu illərdə

    3. 24 avqust 2002-ci və 18 mart 2009-cu illərdə

    4. 22 avqust 2002-ci və 18 mart 2009-cu illərdə

    5. 24 avqust 2002-ci və 21 mart 2009-cu illərdə

  51. Hansı orqan məhkəmə hakimiyyətini həyata keçirmir?

    1. Yerli icra hakimiyyətləri

    2. Konstitusiya Məhkəməsi

    3. Ümumi məhkəmələr

    4. Ali Məhkəmə

    5. Appelyasiya məhkəmələri

  52. 18 mart 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasının neçə maddəsinə əlavə və dəyişiklik edilmişdir?

    1. 33

    2. 31

    3. 29

    4. 35

    5. 37

  53. Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklərin qəbul edilmə qaydası

    1. Hökumətin qərarı ilə

    2. Milli Məclisdə

    3. Konstitusiya Məhkəməsinin qərarı ilə

    4. Yalnız referendumla

    5. Prezident tərəfindən

  54. Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddələrində dəyişiklik təklifi referenduma çıxarıla bilməz?

    1. 1,2,4,7,8,21

    2. 1,2,6,7,8,23

    3. 1,2,6,7,8,21

    4. 1,2,5,7,8,21

    5. 1,2,6,7,9,21

  55. Hansı akt daha üstün qüvvəlidir?

    1. Prezidentin fərmanları

    2. Qanunlar

    3. Hökumətin qərarları

    4. Bələdiyyə aktları

    5. Hökumətin sərəncamları

  56. Bələdiyyə aktları kimin üçün məcburidir?

    1. Bələdiyyənin ərazisində yaşayan vətəndaşlar üçün

    2. İşləyən əhali üçün

    3. Hamı üçün

    4. Seçicilər üçün

    5. Bələdiyyə üzvləri üçün

  57. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr Milli Məclisdə neçə səs çoxluğu ilə qəbul edilir?

    1. 63

    2. 83

    3. 95

    4. 55

    5. 84

  58. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstituisya qanununu kim imzalayır?

    1. Ali Məhkəmənin sədri

    2. Milli Məclisin sədri

    3. Baş prokuror

    4. Baş nazir

    5. Azərbaycan Respublikasının Prezidenti

  59. Hansı normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir?

    1. Qərarlar

    2. Qanunlar

    3. Konstituisya qanunları

    4. Sərəncamlar

    5. Fərmanlar

  60. Azərbaycan Respublikasının Konstitusiyasının hansı müddəaları ilə əlaqədar ona əlavələr təklif edilə bilməz?

    1. Üçüncü bölməsində əks etdirilmiş müddəalarla əlaqədar

    2. Dördüncü bölməsində əks etdirilmiş müddəalarla əlaqədar

    3. Birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar

    4. İkinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar

    5. Beşinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar

  61. Hakim vəzifəsinə namizədin hansı ixtisas üzrə və nə qədər iş stajı olmalıdır?

    1. Hüquq – mühafizə orqnlarında çalışanlar üçün 3 ildən artıq

    2. Hüquqşünaslıq ixtisası üzrə 5 ildən artıq

    3. Hüquqşünaslıq ixtisası üzrə iş stajı tələb olunmur

    4. Beynəlxalq hüquq ixtisası üzrə 5 ildən artıq

    5. İqtisad məhkəmələrində iqtisadçı ixtisası üzrə 5 ildən artıq

  62. Məhkəmə icraatı hansı prinsip əsasında həyata keçirilir?

    1. Cavabdehin təqsirliliyi

    2. Tərəflərdən birinin üstünlüyü

    3. Çəkişmə

    4. Hakimin ittiham əsasında qərar çıxarması

    5. Dövlət ittihamçısının haqlılığı

  63. Ədalət məhkəməsi hansı əsasda keçirilir?

    1. Vətəndaşların bərabərliyi əsasında

    2. Tərəflərdən birinin üstünlüyü ilə

    3. Tərəf kimi iştitrak edən dövlət orqanın üstünlüyü ilə

    4. Yuxarıdakılardan hər biri doğrudur

    5. Dövlət ittihamçısının tələbi əsasında hakimin qərarı ilə

  64. Məhkəmə icraatının hansı mərhələsində şəxsin müdafiə hüququ təmin olunur?

    1. Hazırlıq мərhələsində

    2. İstənilən mərhələsində

    3. Sübutların təqdim olunması mərhələsində

    4. Hakimin mülahizəsi əsasında istənilən mərhələdə

    5. İlkin baxış мərhələsində

  65. Ədalət mühakiməsi hansı prezumpsiyaya əsaslanır?

    1. Ədalət

    2. Qanunçuluq

    3. Təqsirsizlik

    4. Bərabərlik

    5. Azadlıq

  66. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü kim irəli sürə bilər?

    1. Milli Məclis

    2. Baş prokuror

    3. Məhkəmə - Hüquq Şurasının sədri

    4. Azərbaycan Respublikasının Prezidenti

    5. Konstitusiya Məhkəməsinin sədri

  67. Azərbaycan Respublikasının Prezidenti hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü kimin qarşısında irəli sürə bilər?

    1. Konstitusiya Məhkəməsinin

    2. Baş prokurorun

    3. Ali Məhkəmənin Plenumunun

    4. Məhkəmə - Hüquq Şurasının

    5. Milli Məclisin

  68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?

    1. 7

    2. 9

    3. 5

    4. 11

E)13

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimlərini vəzifəyə kim təyin edir?

    1. Məhkəmə - Hüquq Şurasının sədri

    2. Prezident

    3. Azərbaycan Respublikasının Milli Məclisi

    4. Məhkəmə - Hüquq Şurasının təqdimatı ilə prezident

    5. Ali Məhkəmənin təqdimatı ilə Prezident

  2. Azərbaycan Respublikasının Konstitusiyasını şərh etmək hansı orqanın səlahiyyəti dairəsindədir?

    1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

    2. Nazirlər Kabineti

    3. Milli Məclis

    4. Prokurorluq

    5. Ali Məhkəmə

  3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətinə dair işlər üzrə hansı aktı qəbul edir?

    1. Qətnamə

    2. Fərman

    3. Qərar

    4. Hökm

    5. Yuxarıdakılardan heç biri

  4. Kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən orqan hansıdır?

    1. Appelyasiya Məhkəməsi

    2. Məhkəmə - Hüquq Şurası

    3. Konstitusiya Məhkəməsi

    4. Ail Məhkəmə

    5. Baş Prokurorluq

  5. Azərbaycan Respublikası Ail Məhkəməsinin hakimlərini vəzifəyə kim təyin edir?

    1. Prezident

    2. Konstitusiya Məhkəməsi

    3. Məhkəmə - Hüquq Şurası

    4. Milli Məclis

    5. Məhkəmə - Hüquq Şurasının təqdimatı ilə Konstitusiya Məhkəməsi

  6. Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrinin hakimlərini vəzifəyə kim təyin edir?

    1. Konstitusiya Məhkəməsi

    2. Məhkəmə - Hüquq Şurası

    3. Milli Məclis

    4. Prezident

    5. Məhkəmə - Hüquq Şurasının təqdimatı ilə Konstitusiya Məhkəməsi

  7. Məhkəmədə dövlət ittihamını müdafiə edən orqan hansıdır

    1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

    2. Məhkəmə - Hüquq Şurası

    3. Azərbaycan Respublikasının Prokurorluğu

    4. Ali Məhkəmənin hakimlərindən biri

    5. Mərkəzi icra hakimiyyəti orqanının vəzifəli şəxsi

  8. Məhkəmə qərarlarından protest verən dövlət orqanı hansıdır

    1. Azərbaycan Respublikasının Prokurorluğu

B ) Məhkəmə - Hüquq Şurası

C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

D) Ali Məhkəmənin hakimlərindən biri

E) Mərkəzi icra hakimiyyəti orqanının vəzifəli şəxsi



  1. Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə kim təyin edir?

    1. Azərbaycan Respublikasının Prezidenti

    2. Məhkəmə - Hüquq Şurası

    3. Milli Məclis

    4. Nazirlər Kabineti

    5. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

  2. Yüklə 0,63 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin