Azərbaycan respublikasi konstitusiyasi və HÜququn əsaslari


Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını təyin edir



Yüklə 0,63 Mb.
səhifə3/7
tarix10.06.2018
ölçüsü0,63 Mb.
#53283
1   2   3   4   5   6   7

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını təyin edir:

  1. Azərbaycan Respublikasının Prezidenti
    B) Ali Məclisin sədri
    C) Azərbaycan Respublikasının Baş naziri
    D) Ali Məclis sədrinin təqdimatı əsasında Prezident
    E) Azərbaycan Respublikası Baş nazirinin təqdimatı ilə Prezident

  • Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilir:

    1. Sadə
      B) Üçdə iki
      C) Beşdə dörd
      D) Dördə üç
      E) Mütləq

  • Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində hesabat təqdim edir:

    1. Baş nazirə
      B) Məhkəməyə
      C) Prezident Administrasiyasının rəhbərinə
      D) Nazirlər Kabinetinə
      E) Milli Məclisə

  • Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan aktlar:

    1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
      B) Dünya ölkələri tərəfindən qəbul edilən aktlar
      C) Beynəlxalq müqavilələr
      D) İnsanların hüquq və azadlıqlarına xidmət edən beynəlxalq müqavilələr
      E) Beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

  • Azərbaycan Respublikası qanunvericilik sisteminin əsası:

    1. Qanunlar
      B) Konstitusiya
      C) Qanun, fərman və Konstitusiya qanunları
      D) Qanun və fərmanlar
      E) Qanunlar və sərəncamlar

  • Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi uyğun olmalıdır:

    1. Avropa Şurası ölkələrinin qanunvericilik sisteminə
      B) Muxtar respublikaların qanunvericilik sisteminə
      C) Avropa İttifaqı ölkələrinin qanunvericilik sisteminə
      D) Federasiya subyektlərinin qanunvericilik sisteminə
      E) Azərbaycan Respublikasının qanunvericilik sisteminə

  • Referendumla qəbul olunmuş aktlar qüvvəyə minir:

    1. Üç gündən sonra
      B) Dərhal
      C) Beş gündən sonra
      D) Yalnız dərc edildikdən sonra
      E) Yeddi gündən sonra

  • Qanunlar Konstitusiyaya:

    1. Uyğun olmalıdır
      B) Zidd olmamalıdır
      C) Anlaşılmazlıq yaratmamalıdır
      D) Xalqın iradəsini təmsil etməlidir
      E) Bənzəməlidir

  • Naxçıvan Muxtar Respublikasının statusu:

    1. Naxçıvan dünyəvi dövlətdir
      B) Naxçıvan hüquqi və demokratik dövlətdir
      C) Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüuqi, dünyəvi muxtar respublikadır
      D) Naxçıvan muxtar dövlətdir
      E) Naxçıvan konstitusiyalı dövlətdir

  • Naxçıvan Muxtar Respublikasının tarixində ilk Konstitusiya qəbul edilmişdir:

    1. 1925-ci ildə
      B) 1927-ci ildə
      C) 1926-cı ildə
      D) 1938-ci ildə
      E) 1921-ci ildə

  • Naxçıvan Muxtar Respublikasının dördüncü adı:

    1. Müstəqil Naxçıvan diyarı
      B) Naxçıvan Respublikası
      C) Naxçıvan ölkəsi
      D) Naxçıvan Muxtar Respublikası
      E) Naxçıvan Muxtar Sovet Respublikası

  • Naxçıvan Muxtar Respublikasının ilk adı:

    1. Naxçıvan Sovet Respublikası
      B) Naxçıvan Sovet Muxtar Respublikası
      C) Naxçıvan Sovet Sosialist Respublikası
      D) Naxçıvan Respublikası
      E) Naxçıvan

  • Konstitusiyaya əlavələri təklif edə bilər:

    1. Milli Məclisin 72 deputatı
      B) Prezident
      C) Milli Məclisin azı 63 deputatı
      D) Milli Məclisin 68 deputatı
      E) Prezident və ya Milli Məclisin azı 63 deputatı

  • 161. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları qüvvəyə minir:

    1. İmzalandıqdan 10 gün sonra
      B) Sonuncu səsvermədən 3 gün sonra
      C) Dərc olunduqdan sonra
      D) Sonuncu səsvermədən sonra imzalandıqda
      E) İmzalandıqdan iki həftə sonra

  • Konstitusiyaya əlavələr barədə Konstitusiya Qanununa növbəti səsvermə:

    1. Birinci səsvermədən iki ay sonra keçirilir
      B) Birinci səsvermədən beş ay sonra keçirilir
      C) Birinci səsvermədən üç ay sonra keçirilir
      D) Birinci səsvermədən iki və ya beş ay sonra keçirilir
      E) Birinci səsvermədən altı ay sonra keçirilir

  • Konstitusiyaya əlavələr Milli Məclisdə qəbul edilir:

    1. 63 səs çoxluğu ilə
      B) Sadə səs çoxluğu ilə
      C) 95 səs çoxluğu ilə
      D) 120 səs çoxluğu ilə
      E) 83 səs çoxluğu ilə

  • Konstitusiyanın mətnində dəyişikliklərin aparılması Milli Məclis və ya Prezident tərəfindən təklif edildikdə, dəyişikliklərə dair rəyi alınır:

    1. Prezidentin
      B) Milli Məclisin
      C) Milli Məclisin və Prezidentin
      D) Konstitusiya Məhkəməsinin
      E) Milli Məclisin, Prezidentin və deputatların üçdə iki hissəsinin

  • Bələdiyyənin qəbul etdiyi aktın icrası məcburidir:

    1. Bələdiyyələrin ərazisində yaşayan və işləyən bütün şəxslər üçün

    2. Bələdiyyənin ərazisində yerləşən hüquqi şəxslər üçün
      C) Bələdiyyənin ərazisində yaşayan vətəndaşlar üçün
      D) Vətəndaşlığı olmasa da, həmin ərazidə yaşayan şəxslər üçün
      E) Bələdiyyənin ərazisində yaşayan vətəndaşlar və yerləşən hüquqi şəxslər üçün

  • Normativ-hüquqi aktların qüvvəsi geriyə şamil olunur:

    1. Hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırdıqda
      B) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırdıqda, hüquq məsuliyyətini aradan qaldırdıqda və ya yüngülləşdirdikdə
      C) Fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırdıqda
      D) Hüquq məsuliyyətini aradan qaldırdıqda və ya yüngülləşdirdikdə
      E) Fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdırdıqda

  • Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları zidd olmamalıdır:

    1. Qanunlara
      B) Konstitusiyaya
      C) Konstitusiyaya, qanuna və qərarlara
      D) Mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına
      E) Konstitusiya və qanunlara

  • Tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburi olan qanunlar:

    1. Demokratik qaydaları ehtiva edəndir
      B) Milli Məclisdə qəbul ediləndir
      C) Beynəlxalq hüquqi normaları əks etdirəndir
      D) Demokratik qaydalara uyğun olandır
      E) Yalnız dərc ediləndir

  • 169. Konstitusiya hüquq normalarının əsas tənzimləmə obyektləri hansılardır?

    1. Əmək, sosial münasibətlər, insan hüquqlarını və ideologiya
      B) Təhsil ,sosial münasibətlər, siyasət və ideologiya
      C) İqtisadiyyat, sosial münasibətlər, siyasət və ideologiya
      D) Vicdan azadlıgı, xarici siyasət, insan hüquqları və ideologiya
      E) Seçki huququ, xarici siyasət, sosial münasibətlər və iqtisadiyyat

  • Konstitusiya hüququnda əsasən hansı normalardan istifadə edilir?

    1. İstiqamətləndirici
      B) Repressiv
      C) Səlahiyyətverici
      D) İmperativ
      E) Stimullaşdırıcı

  • Konstiusiya hüquq münasibətləri hansı halda yaranır?

    1. Referendum nəticəsində
      B) Konstitusiya qəbul edildikdə
      C) Konstitusiya qüvvədən salındıqda
      D) Konstitusiyaya dəyişiklik edildikdə
      E) Müvafiq hüquqi faktlar yarandıqda

  • Bir-biri ilə uyğunlaşdırılmış, eyni hüquq sahəsi daxilində eynicinsli və qarşılıqlı əlaqədə olan ictimai münasibətləri tənzim edən normalar sistemi necə adlanır?

    1. Sabitləşdirici normalar
      B) Hüquq sahələri
      C) Hüquq bölmələri
      D) Hüquq institutu

    E) Prinsip normalar

    1. Nigahın bağlanma qaydası?

      1. Nigah müvafiq icra hakimiyyəti orqanında, ərizə verildiyi gündən bir ay sonra, nigaha girmək istrəyənlərin iştirakı ilə
        B) Nigah müvafiq icra hakimiyyəti orqanında nigaha girmək istrəyənlərin iştirakı ilə bağlanır
        C) Notariat orqanlarında nigaha girmək istrəyənlərin iştirakı ilə bağlanır
        D) Nigah müvafiq icra hakimiyyəti orqanında, ərizə verildiyi gündən üç ay sonra, nigaha girmək istrəyənlərin iştirakı ilə
        E) Müvafiq icra hakimiyyəti orqanında tərəflərdən birinin iştirakı ilə bağlanır

    2. Ər və arvadın hüquq və vəzifələri başlayır:

      1. Hər iki tərəfin şifahi razılığından sonra
        B) Nigahın bağlanmasının müvafiq dövlət orqanlarında və dini orqanlarda rəsmi qeydiyyatından sonra

      2. Nigahın bağlanmasının dini orqanlarda rəsmi qeydiyyatından sonra

      3. Nigahın bağlanmasının notarial qaydada təsdiqindən sonra
        E) Nigahın bağlanmasının müvafiq dövlət orqanlarında qeydiyyatı

    3. Ər və arvadın soyad seçmək hüququ:

      1. Öz istəkləri ilə tərəflərdən hər hansı birinin soyadını seçə bilər, nigaha qədərki soyadında qala bilər və ya öz soyadını digər tərəfin soyadı ilə birləşdirə bilər
        B) Yalnız ərin soyadını götürə bilər
        C) Yalnız arvadınsoyadını götürə bilər
        D) Yalnız soyadlarını birləşdirə bilərlər
        E) Yalnız icra hakimiyyəti orqanının təklif etdiyi soyadı seçə bilər

    4. Ər və arvadın birgə mülkiyyəti hesab olunur:

      1. Nigah dövründə əldə edilmiş əmlak və nigahdan əvvəl ərə məxsus olan əmlak
        B) Nigah dövründə əldə edilmiş əmlak
        C) Nigah dövründə əldə edilmiş əmlak və nigahdan əvvəl arvada məxsus olan əmlak
        D) Nigah dövründə əldə edilmiş əmlak və bu müddət ərzində bağışlama yolu ilə əldə edilmiş əmlak
        E) Nigah dövründə əldə edilmiş əmlak və bu müddət ərzində vərəsəlik yolu ilə əldə edilmiş əmlak

    5. Ər arvadın boşanması haqqında məsələ qaldıra bilməz:

      1. Ailədə ümumiyyətlə uşaq yoxdursa
        B) Ailədə üç yaşında iki nəfər uşaq vardırsa
        C) Əgər arvad hamilədirsə və uşağın bir yaşı tamam olmamışdırsa
        D) Arvad heç vaxt hamilə olmamışdırsa
        E) Əvvəllər başqa kişi ilə nigah münasibətində olmuşdursa

    6. Bir uşaq üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

      1. Əmək haqqının və digər gəlirlərin 3/4həcmində
        B) Əmək haqqının və digər gəlirlərin 1/3 həcmində
        C) Əmək haqqının və digər gəlirlərin 2/3 həcmində
        D) Əmək haqqının və digər gəlirlərin 1/4 həcmində
        E) Əmək haqqının və digər gəlirlərin yarısı həcmində

    7. Üç və daha artıq uşaq üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı:

    A)Əmək haqqının və digər gəlirlərin 1/4 həcmində
    B) Əmək haqqının və digər gəlirlərin 3/4həcmində
    C) Əmək haqqının və digər gəlirlərin 1/3 həcmində
    D) Əmək haqqının və digər gəlirlərin yarısı həcmində
    E) Əmək haqqının və digər gəlirlərin 2/3 həcmində

    1. İki uşaq üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

      1. Əmək haqqının və digər gəlirlərin 2/3 həcmində
        B) Əmək haqqının və digər gəlirlərin 1/3 həcmində
        C) Əmək haqqının və digər gəlirlərin yarısı həcmində
        D) Əmək haqqının və digər gəlirlərin 1/4 həcmində
        E) Əmək haqqının və digər gəlirlərin 3/4həcmində

    2. Aşağıdakı hallarda nigahın bağlanmasına yol verilmir:

      1. а) yaxın qohumlar arasında; b) övladlığa götürülənlər və övladlığa götürənlar arasında; c) tərəflərdən biri və ya hər ikisi faktiki nigahdadırlarsa; d) tərəflərdən biri və ya hər ikisi məhkəmə fəaliyyət qaydasında qabiliyyətsiz hesab edilmişdirlərsə.
        B) а) yaxın qohumlar arasında; b) övladlığa götürülənlər və övladlığa götürənlar arasında; c) əvvəllər məhkum olunmuş şəxslər arasında.

      2. а) tərəflərdən biri və ya hər ikisi faktiki nigahdadırlarsa; b) tərəflərdən biri və ya hər ikisi məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilmişdirlərsə, c) əvvəllər aralarında nigah münasibəti olmuşdursa.
        D) a) tərəflərdən biri və ya hər ikisi məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilmişdirlərsə, b) qadın hamilədirsə.

    E) a) а) yaxın qohumlar arasında; b) övladlığa götürülənlər və övladlığa götürənlar arasında; c) tərəflərdən biri və ya hər ikisi faktiki nigahdadırlarsa; d) hər iki tərəfin nigahdan övladı vardirsa.

    1. Kimlər yaxın qohumlar hesab olunurlar:

      1. Nənə, baba, ata, ana, uşaqlar, bacı, qardaş, nəvə, əmi, dayı, xala və bibi
        B) Nənə, baba, ata, ana, uşaqlar, bacı, qardaş, xala və bibi

      2. Nənə, baba, ata, ana, uşaqlar, bacı, qardaş, nəvə, əmi və dayı
        D) Nənə, baba, ata, ana, uşaqlar, bacı, qardaş və nəvə
        E) Nənə, baba, ata, ana, uşaqlar, bacı, qardaş, nəvə, əmi, dayı, əmi və dayı uşaqları

    2. Vərəsəlik nədir:

      1. Ölmüş şəxsin əmlakının başqa şəxslərə yalnız vəsiyyət üzrə keçməsidir
        B) Ölmüş şəxsin əmlakının yalnız yaxın qohumlara qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki hal üzrə keçməsidir
        C) Ölmüş şəxsin əmlakının yalnız vəsiyyətnamə üzrə yaxın qohumlara keçməsidir
        D) Ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki hal üzrə keçməsidir
        E) Ölmüş şəxsin əmlakının miras qoyanla heç bir qohumluq əlaqəsi olmayan şəxslərə keçməsidir

    3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən vərəsəliyin hansı növləri vardır:

      1. а)Qanun üzrə vərəsəlik, b) vəsiyyət üzrə vərəslik, c) qohumların məsləhəti üzrə vərəsəlik
        B) а)Qanun üzrə vərəsəlik, b) vəsiyyət üzrə vərəslik,

      2. а)Qanun üzrə vərəsəlik, b) vəsiyyət üzrə vərəslik, c) həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik

      3. а) vəsiyyət üzrə vərəslik, b) həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik

      4. а) yaxın qohumlara olan vərəsəlik, b) həm yaxın, həm də uzaq qohumlara olan vərəsəlik c)yalnız dövlət təşkilatlarına olan vərəsəlik

    4. Vəsiyyət üzrə vərəsələr kimlər ola bilərlər?

      1. а) Miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, b) miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər

      2. а) Miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, b) miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, c) vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər
        C) а) Miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, b) vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər
        D) а) Miras qoyanın öldüyü məqamda sağ olan şəxslər
        E) a) miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, b) vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər

    5. 186. Hansı vaxt mirasın açıldığı vaxt hesab olunur:

      1. Miras qoyanın anadan olduğu gün
        B) Miras qoyanın öldüyü gün və onun övladının dünyaya gəldiyi gün

      2. fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün

      3. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün
        E) Miras qoyanın anadan olduğu gün və fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün

    6. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay almaq hüququna malikdir:

      1. Ölənin uşağları, arvad (ər) valideynlər (övladlığa götürənlər)
        B) Ölənin uşağları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər), ölənin bacı və qardaşları

      2. Ölənin uşağları, arvad (ər) valideynlər (övladlığa götürənlər), ölənin bacı və qardaşları, xala və bibiləri
        D) Ölənin uşağları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər)

    E) Ölənin uşağları, arvad (ər) valideynlər (övladlığa götürənlər), ölənin bacı və qardaşları, xala və bibiləri, əmi və dayıları

    1. Mirasda məcburi pay nədir?

      1. Qanuni vərəsəlik üzrə şəxsə çatası əmlakın 1/3 hissəsinə bərabər paydır.

      2. Vəsiyyət edənin uşaqlarının, arvadının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir.

      3. Vəsiyyət edənin uşaqlarının, ərinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir.

      4. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir.

      5. Vəsiyyət edənin valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir.

    2. Mülki hüququn predmetini nə təşkil edir?

      1. Mülki hüququn bütün normaları ilə tənzimlənən ictimai münasibətlərdir
        B) Mülki hüququn ümumi hissəsinin normaları ilə tənzimlənən ictimai münasibətlərdir.
        C) Mülki hüququn predmeti əmlak və qeyri-əmlak münasibətləridir.
        D) Mülki hüquqa yaxın olan digər hüquq sahələrinin normaları ilə tənzimlənən ictimai münasibətlərdir

    E) Mülki hüququn xüsusi hissəsinin 32-ci fəslinə daxil edilmiş normalarla tənzimlənən ictimai münasibətlərdir

    1. 190. Mülki hüququn subyektləri:

      1. Yaşı 18-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərdir
        B) 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərdir
        C) 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və hüquqi şəxslərdir
        D) Hüquqi və fiziki şəxslərdir
        E) Yalnız aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərdir

    2. 3-cü növbə vərəsələr kimlərdir:

      1. Həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba
        B) Ölənin bacı və qardaşları, xalalar və bibilər, dayılar və əmilər
        C) Ölənin bacı və qardaşları, xalalar və bibilər, dayılar və əmilər və onların uşaqları
        D) Həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası

    E) Miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan yaxın qohumlar

    1. Vəsiyyət nədir:

      1. Fiziki və hüquqi şəxsin ölməsi halı üçün öz əmlakını tam həcmdə həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etməsidir

      2. Fiziki şəxsin ölməsi halı üçün öz əmlakını tam həcmdə həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etməsidir

      3. Fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etməsidir

      4. Fiziki və hüquqi şəxsin ölməsi halı üçün öz əmlakını bir neçə şəxsə vəsiyyət etməsidir
        E) Fiziki və hüquqi şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etməsidir.

    2. Azərbaycan Respublikasi Milli Məclisi çağırışının səlahiyyət müddəti:

      1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Bu müddət yalnız və yalnız Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən uzadıla bilər.

      2. Azərbaycan Respublikasi Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasi Milli Məclisinin səlahiyyət müddətini artıra bilməz

      3. Azərbaycan Respublikasi Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasi Milli Məclisinin səlahiyyət müddətini artıra bilər . Lakin bu barədə Respublika Prezidentinin xüsusi sərəncamı olmalıdır.

      4. Azərbaycan Respublikasi Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasi Milli Məclisinə seşkilərin keşirilməsini mümkün etmədikdə Azərbaycan Respublikasi Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır.

    Е) Azərbaycan Respublikasi Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 7 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasi Milli Məclisinə seşkilərin keчirilməsini mümkün etmədikdə Azərbaycan Respublikasi Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır.

    1. Kimlər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər:

      1. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər.

      2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər.

      3. İkili vətəndaşlığı olan, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər.

      4. Yaşı 25-dən aşağı olmayan istənilən Azərbaycan Respublikası vətəndaşı.

      5. Yaşı 25-dən aşağı olmayan, ali təhsili olmayan, hərbi xidmət keçməyən istənilən Azərbaycan Respublikası vətəndaşı.

    2. Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətlidir:

      1. 63 deputatın səlahiyyətləri təsdiq edildikdə.

      2. 83 deputatın səlahiyyətləri təsdiq edildikdə.

      3. 125 deputatın hamısının səlahiyyətləri təsdiq edildikdə.

      4. Deputatların yarıdan çoxunun səlahiyyətləri təsdiq edildikdə.

      5. Milli Məclisin sədri seçildikdən sonra

    3. Azərbaycan Respublikasının Milli Məclisinin növbədənkənar sessiyası:

      1. Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin 125 deputatının tələbi əsasında çağrılır.

      2. Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi əsasında çağrılır.

      3. Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağrılır.

      4. Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Prezidenti və ya daimi komitələrin hər hansı birinin sədrinin tələbinə əsasən çağrılır.

      5. Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Prezidenti, Baş nazir və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağrılır.

    4. Yüklə 0,63 Mb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin