Azərbaycan respublikasi məDƏNİYYƏt və İNCƏSƏNƏt turizm naziRLİYİ



Yüklə 45,09 Kb.
tarix21.10.2017
ölçüsü45,09 Kb.
#8541


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ

HAQDAN GƏLƏN HARAY
ZƏLİMXAN YAQUB - 60
( BİBLİOQAFİK YADDAŞ )


GƏNCƏ 2010
DUR AYAĞA, MƏMLƏKƏTİM!

Düşmən bilir bu torpağın altı nədir, üstü nə,

Onunçün də od yağdırır gecə - gündüz üstünə.

Qurban olum dumanına, qurban olum tüstünə,

Qılınca dön həqiqətim, qalxana dön qeyrətim.

Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Zəlimxan Yaqub

Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycan xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonu-nun Kəpənəkçi kəndində anadan olmuşdur. ADU-nun Kitabxanaçılıq-fakültəsində təhsil almışdır (1967-1972).


1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin üzvü olmuşdur.

İlk mətbu əsəri 1966-cı il oktyabrın 4-də, Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda nəşr olunub



Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaraları", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), «Şöhrət» ordeniGürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 1983-cü ildən AYİ-nın üzvüdür.

2005-ci ildən sonra üç il sərbəst yaradıcılıqla məşğul olub. 2008-ci il

avqust ayının 29-da Azərbaycan Aşıqlarının V qurultayında

Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.


2005-ci ildə “Xalq şairi” fəxri adına layiq görülüb.

1994-cü ildən Respublika Prezidenti yanında əfv Komissiyasının üzvü kimi ictimai fəaliyyət göstərir. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, Amerikada, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransadaİraqda işgüzar səfərlərdə olub.

Azərbaycan Beynəlxalq Universitetinin professorudur.

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. 60 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2010-cu il tarixli Sərəncamı ilə “ Şərəf ” ordeni ilə təltif edilmişdir.




Kitabları:

1. Zəlimxan Yaqub. Seçilmiş əsərləri.Iki cilddə.I cild.-Bakı: “Şərq – Qərb”, 2006.-248 Səh.

2. Zəlimxan Yaqub. Seçilmiş əsərləri. Iki cilddə.II cild.-Bakı:”Şərq–Qərb”,2006.-288 Səh.

3. Zəlimxan Yaqub. Bir əli torpaqda, bir əli haqda – Bakı.- “Azərbaycan” nəşriyyatı.-1997.-488 Səh.

4. Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq.- Bakı: Yazıçı, 1989.-192 Səh.

5. Zəlimxan Yaqub. Peyğəmbər: [Poema ].- Bakı: “Pedaqogika” nəşriyya-tı, 2009.- 320 Səh.

6. Zəlimxan Yaqub. Yolum eldən başlanıb. - Bakı: Yazıçı, 1981. -71 Səh.

7. Zəlimxan Yaqub. Ziyarətin qəbul olsun.- Şeirlər və poemalar.-B.Gənçlik.- 1991.-232 Səh.

Dövrü mətbuatda çıxan əsərləri:

1. Zəlimxan Y. Peyğəmbər: [Poema] // Azərbaycan.-2009.-№2.-S.35-97.

2. Zəlimxan Y. Peyğəmbər: [Poema] // Azərbaycan.-2009.-№3.-S.23-83.

3. Zəlimxan Y. Zəlimxan dilində ... :[Şeirlər] // 525-ci qəzet.-2007.-27 oktyabr.-№198.-S22

Zəlimxan Yaqub haqqında :

Kitabda:

1. Zəlimxan Yaqubdan yazılanlar (məqalələr toplusu).-Bakı : “Vətən” nəşriyyatı, 2004.- 400 Səh.

2. Zəlimxan Yaqub / Azərbaycan yazıçıları ( Ensiklopedik mə’lumat ki-tabı).-Bakı: “Önər” nəşriyyatı, 1995.- Səh.214

33. Zəlimxan Yaqub / Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı).-Bakı: Yazıçı, 1987.- Səh.250.

Dövrü mətbuatda:

1. Seyidov Hacı Tofiq . Zəlimxan Yaqubun 60 yaşı tamam oldu // Azad Azərbaycan.- 2010.- 26 yanvar.- №12.-S.7

2. Zəlimxan Yaqubun yubiley tədbiri keçirildi // Səs.- 2010.- 26 yanvar.- № 14.- S.12.

3. İbrahimxəlil. Poeziya yağışının səsi // Ədalət.- 2010.- 23 yanvar.- № 13.- S.13.

4. İsmayılqızı Xuraman. Poeziya gülşənində sözlə, sazla gəzən şair // İki sahil.- 2010.-22 yanvar.- №12.-S.12

5. Kəbutər. Şərəfli ömür üçün “Şərəf” mükafatı // Yeni Azərbaycan.-2010.-23 yanvar.- №13.-S.12

6. Mədətoğlu Əbülfət Poeziyamızın Zəlimxanı // Ədalət.- 2010.-23 yan-var.-№13.-S.12.

7. Əliyev İlham. Z.Y. Yaqubovun ( Zəlimxan ) “ Şərəf ” ordeni ilə təltif edilməsi haqqında : Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

// Respublika.- 2010.- 22 yanvar.- № 15.-S.1.



8. Xəlilov Səlahəddin . Sazla havalıyam, sözlə diriyəm ! // Xalq qəzeti.- 2010.-21 yanvar.- №15. S.7.

9. Etibar Nadiroğlu. / Xalq şairi Zəlimxan Yaquba açıq məktub // Kaspi.- 2008.- 14 noyabr.- №206.- S.11.

İNTERNET saytlarında :

www.google.az

www.adalet-az.com

www.ikisahil.com

www.edebiyyatqezeti.az

Tərtib edən : Məlumat-biblioqrafiya şöbəsinin biblioqrafı Abbasova Leyla

Redaktor : Məlumat-biblioqrafiya şöbəsinin müdiri Məmmədova Tamella
Yüklə 45,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin