Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycan xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-dəBorçalının Bolnisi rayonu-nun Kəpənəkçi kəndində anadan olmuşdur. ADU-nun Kitabxanaçılıq-fakültəsində təhsil almışdır (1967-1972).
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Milli Məclisin üzvü olmuşdur.
İlk mətbu əsəri 1966-cı il oktyabrın 4-də, Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda nəşr olunub
Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaraları", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), «Şöhrət» ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 1983-cü ildən AYİ-nın üzvüdür.
2005-ci ildən sonra üç il sərbəst yaradıcılıqla məşğul olub. 2008-ci il
avqust ayının 29-da Azərbaycan Aşıqlarının V qurultayında
2005-ci ildə “Xalq şairi” fəxri adına layiq görülüb.
1994-cü ildən Respublika Prezidenti yanında əfv Komissiyasının üzvü kimi ictimai fəaliyyət göstərir. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, Amerikada, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
Azərbaycan Beynəlxalq Universitetinin professorudur.
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. 60 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2010-cu il tarixli Sərəncamı ilə “ Şərəf ” ordeni ilə təltif edilmişdir.