AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ salyan rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ salyan rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 83,5 Kb.
tarix20.01.2017
ölçüsü83,5 Kb.
#673
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

SALYAN RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ

SALYAN RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ünvan: AZ 5200, Salyan rayonu Tel.: (021) 255-53-67

M.Rəsulzadə küçəsi, 133 E-mail: salyanmks@box.az

www.salyan.cls.az



№ “ ” _ 2016 _cı il


Kitabxanalar Azərbaycan xalqının milli sərvətidir.”



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev.

Salyan rayon Mərkəzləşdirilmış Kitabxana Sisteminin

2015-ci ildə gördüyü işlər və keçirdiyi tədbirlər haqqında

MƏTN HESABATI
Kitabxanaları mədəniyyətimizin mühüm tərkib hissəsi, xalqımız üçün müqəddəs bir yer, bilik və zəka mənbəyi kimi qiymətləndirən,təhsil almaqda, elmlərə yiyələnməkdə özünü kitaba borclu hesab edən, böyük mütaliəçi və kitab həvəskarı olan Ümummilli Lider Heydər Əliyev müstəqil respublikamıza başçılıq etdiyi dövrdə, kitabxanaların cəmiyyətin mənəvi tərbiyəsində böyük məsuliyyət daşımasını ön plana çəkmişdir. Bununla yanaşı kitabxanaların mənəviyyat, bilik, zəka mənbəyi kimi xarakterizə etməsi onun cəmiyyət qarşısındakı elmi, informasiya, mədəniyyət, təhsil və tərbiyə kimi çox mühüm sosial funksiyaları yerinə yetirmək vəzifələrini elmi cəhətdən əsaslandırmışdır. Bütün dövrlərdə kitab mədəniyyətin silahı, sivilizasiyanın bünövrəsi, biliyin mənbəyi, təhsil, tərbiyə və informasiyanın əsas aparıcı vasitəsi kimi çıxış etmiş, cəmiyyətin biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandırmışdır. Məhz buna görədir ki, kitabı toplayan, qoruyan, saxlayan, əsrdən-əsrə, nəsildən-nəslə ötürən kitabxanalar həmişə ölkənin mədəni inkişafının əsas göstəricisi hesab edilmişdir.

Tariximizin lap qədim qatlarında formalaşan bu ideya ulu öndər Heydər Əliyev tərəfindən yüksək zirvəyə qaldırılmış, ona yeni məna və məzmun verilmiş, bilavasitə xalqın ümumi mədəni səviyyəsi ilə əlaqələndirilmişdir. Bu məsələni şərh edərkən Heydər Əliyev deyirdi: “Kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Həqiqətən də xalqımızın tarixi keçmişinə, mədəniyyət tarixinə nəzər saldıqda belə bir həqiqət aşkar olur ki, Azərbaycan xalqı tarixən kitaba və kitabxanaya böyük hörmət etmiş, onu qoruyub saxlamışdır.

Hər bir azərbaycanlı ailəsində kitab müqəddəs, ilahi qüvvə kimi qiymətləndirilmişdir. Heydər Əliyevin hər çıxışında dünyanın ən qədim peşələrindən biri olan kitabxanaçı peşəsini böyük hörmət və ehtiram hissi ilə qeyd etmişdir. Müasir dövrdə cəmiyyətə bilavasitə xidmət edən peşələr içərisində kitabxanaçı peşəsi də yüksək bir peşə kimi formalaşmış, böyük kitabxanaçılar ordusu yaranmışdır.

Bütün bunları əsas götürərək Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz işini günün tələbləri səviyyəsində qurmuşdur.

Mərkəzləşdirilmiş Kitabxana Sistemi 47 filial kitabxananı özündə birləşdirir.

Onlardan:


1-i Mərkəzi kitabxana

5 -i şəhər - qəsəbə

41-i kənd kitabxana filialı
Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə 2015-ci ilin statistik göstəricisi belə olmuşdur:
1.Kitab fondu- 495815 nüsxə

2.Oxucu sayı- 46028

3.Kitabxanaya daxil olan kitabların sayı- 1264 nüsxə

4.Kitabxandan silinən kitabların sayı- 2856 nüsxə

MKS işçilərin sayı 111 nəfər.

Onlardan:

Ali təhsilli -34 nəfər

Orta ixtisas təhsilli-32 nəfər

Orta təhsilli-45 nəfər



Mərkəzləşdirilimiş Kitabxana Sistemi hər il olduğu kimi 2015-ci ili də uğurla başa vurmuş və respublika əhəmiyyətli keçirilən tədbirlərdə iştirak etmişdir. Belə ki, kitabxana əməkdaşları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir.

Hesabat ilində Mərkəzi kitabxananın iki əməkdaşı Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.

Hesabat ili ərzində Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Neftçala rayonunda vətəndaşların qəbulunu keçirmiş, Mərkəzi Kitabxananın əməkdaşları da həmin qəbulda iştirak etmişdirlər.

 Qeyd edək ki,Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz istifadəçiləri üçün 2015-ci ili “Mütaliə ili” elan etmiş, “Kitaba tətil yoxdur” devizi altında müxtəlif ünvanlarda sərgilər, həmçinin açıq səma altında oxu zalları təşkil etmiş,diskussiya, dəyirmi masa, oxucu konfransları və kitab müzakirələri keçirmişdir.

Hesabat ili ərzində Mərkəzi Kitabxanada dövlət siyasətini təbliğ edən müxtəlif tədbirlər keçirilmişdir.

Hesabat ilində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar müzakirə olunmuşdur. Müasir dövrdə gənc nəsil üçün mənəviyyat xəzinəsi olan kitabxanada ən çox tarixi əsərlər,elm sahələri üzrə ədəbiyyatlar oxucu tərəfindən daha çox istifadə olunmuşdur . Keçirilən tədbirlərin məramı və məqsədi  kitabın və kitabxananın, tariximizin, mədəniyyətimizin, milli adət ənənələrimizin təbliğinə, oxucuların mədəni və intellektual səviyyəsinin yüksəldilməsinə, milli- mənəvi ideologiyasının, elmi dünyagörüşünün, mənəvi və estetik zövqünün formalaşmasına, gənc nəslin torpağa,vətənə, onun dəyərli insanlarına məhəbbət hisslərinin aşılanmasına, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Hesabat ili respublikamızın ictimai-siyasi və mədəni həyatında I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə yadda qalmışdır. Bununla əlaqədar Mərkəzi kitabxanada sərgilər təşkil edilmiş və konfranslar keçirilmişdir.

Ötən ili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ili “Kənd Təsərrüfatı” ili elan etmişdir. Bu da kənd təsərrüfatında əsaslı dəyişikliklərə səbəb olmuşdur. Sərəncama uyğun olaraq filial kitabxanalarında müxtəlif kitab sərgiləri,sahibkarlarla söhbətlər aparılmışdır.

Salyan Rayon İcra Hakimiyyətinin və Mirzə Fətəli Axundov adına Respublika Milli Kitabxanasının tərtib etdiyi tədbirlər planına uyğun olaraq il ərzində 52 müxtəlif tədbir, anım günü, ədəbi-bədii gecə, kitab sərgiləri keçirilmişdir. Bunlardan Cəmşid Naxçıvaniskinin 120 illik yubileyi,Rəşid Behbudovun 100 illik yubileyi , VII Ümumrespublika Kitab bayramı , Bəxtiyar Vahabzadənin 90 illik yubileyi , Müharibə veteranı Gülməmməd Gülməmmədovun 100 illik yubileyi keçirilmişdir.

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar “Şəhidlər unudulmur ”, 26 fevral Xocalı faciəsi ilə əlaqədar “ Haray Xocalım haray” adlı səyyar tədbirlər məktəbəqədər müəssisələrdə və kənd məktəblərində keçirilmiş, qisametrajlı filmlər nümayiş etdirilmişdir.



Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 -ci ildönümü ilə əlaqədar olaraq “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı tədbir, “Azərbaycan müstəqilliyi və Heydər Əliyev” adlı oxucu konfransı, Heydər Əliyev -92” başlıqlı kitab sərgisi,Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev fenomeni” adlı oxucu konfransı, “Sən həmişə qəlbimizdəsən” adlı kitab sərgisi təşkil olunmuşdur.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar söhbətlər, Azərbaycanın işğal olunmuş torpaqları mövzusunda mütamadi olaraq vətənpərvərlik mövzusunda söhbətlər, anım günləri, sərgilər təşkil olunmuşdur.

Hesabat ilində kənd kitabxana filiallarında əlamətdar və tarixi günlərlə əlaqədar olaraq müxtəlif tədbirlər, kitab sərgiləri, ərazidə yerləşən şəhid ailələri ilə görüşlər, məktəblilərlə birgə ədəbi-bədii gecələr keçirilmişdir. Bunlardan Novruz bayramı, “15 İyun Qurtuluş günü”, “28 May Respublika günü”, “18 Oktyabr Müstəqillik günü”, “Azərbaycan bayrağı günü”,

“17 Noyabr Milli Dirçəliş günü”, “Uşaqlar bizim gələcəyimizdir!” “Uşaq kitab bilik bayramı”, Kitab sənin ilk dostundur !”, “Ənənəvi İslam dəyərləri və müasirlik”, “Vətənin keşiyində”, “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Təbiəti qoruyun”, “Beynəlxalq əlillər günü”, “Narkomaniya və ölüm”, “Qadın azadlığı” və s. misal göstərmək olar.

Hesabat ili ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Gənc mədəniyyət işçilərinin “Koordinasiya kreativ qrupu” nun təsis toplantısında Mərkəzi kitabxananın əməkdaşları iştirak etmişdir.

Hesabat ili ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair Tədbirlər Planına (2015-2017-ci illər) uyğun olaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi də Tədbirlər Planı işləyib hazırlamışdır.

Hesabat ili ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən rayonlarda monitorinqlər keçirilmişdir. M.F.Axundov adına Respublika Milli Kitabxanasının, Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının , Firudin Bəy Köçərli adına Uşaq kitabxanasının əməkdaşları rayon Mərkəzi kitabxanasında, şəhər-qəsəbə və kənd kitabxanalarında monitorinqlər keçirmişdir. Mütəxəssislər kitabxana sahəsinə aid öz tövsiyyələrini vermiş, nöqsanların aradan qaldırılmasına köməklik göstərmişlər.

Müstəqil Azərbaycan Respublikasının müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlikdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kirill qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, son dörd il ərzində ümumi sayı doqquz milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir. O cümlədən Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 60672 nüsxə ədəbiyyat hədiyyə verilmişdir. Yeni nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını xeyli genişləndirmişdir.

Hesabat ili dövründə Mərkəzi Kitabxananın İnformasiya Resurs şöbəsi il ərzində kitabxanada keçirilən bütün tədbirləri kitabxananın veb saytında “Salyan.cls.az”“Salyan MKS” başlığı altında facebook səhifəsində yerləşdirir.

Azərbaycan Respublikasında Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi- mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan Kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə “ Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam Mərkəzi Kitabxanada uğurla həyata keçirilmişdir. Sərəncama əsaslanaraq son illərdə informasiyalaşdırma problemlərinin daha fəal işlənməsi və qloballaşdırma strategiyasının inkişafı ilə əlaqədar, informatika ilə bağlı olan sahələrdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Yalnız informasiya məhsullarının növləri və formaları deyil, həm də kitab nəşri, mühafizəsi, yayılması və sənəd-informasiya xidməti ilə bağlı olan qurumların rolu və ənənəvi funksiyaları da təkmilləşdirilir. Bu obyektiv proses kitabxanalarda da getdikcə daha çox öz əksini tapır. Belə ki, elektron nəşrlərin toplanması, yaradılması, sürətlə artımı, yığcam disklərin tətbiqi və internetin telerabitə imkanlarının istifadəsi ilə əlaqədar olaraq elektron kitabxanalar, informasiya resurs mərkəzləri yaradılır.
Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir.Bu şöbələr aşağıdakılardır:


  1. Oxuculara xidmət şöbəsi

  2. Uşaq şöbəsi

  3. Metodika və biblioqrafiya şöbəsi

  4. Komplektləşdirmə və kitabişləmə şöbəsi

  5. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

  6. İnformasiya-resurs şöbəsi



İnformasiya –resurs şöbəsi
İnformasiya Resurs şöbəsi fəaliyyət göstərdiyi dövrdə Mərkəzləşdirilmiş Kitabxana Sistemində innovasiya texnologiyalarının istifadəsini günün tələbinə çevirmişdir. İnformasiya-resurs şöbəsinin əsas fəaliyyəti informasiyalı cəmiyyətdə istifadəçilərin informasiyaya olan təlabatını ödəmək və işini günün tələblərinə uyğun şəkildə qurmaqdır. Bununla yanaşı imtiyazlı şəkildə dünya informasiya məkanına daxil olur, öz informasiya resurslarına həm ölkədaxili, həm də ölkədən kənar istifadəçilərin sərbəst müraciətini təmin edir, dünyanın bütün informasiya qurumları və iri kitabxanaları ilə operativ informasiya mübadiləsi edir, informasiya resurslarının formalaşmasında məkan baxımından təkrarçılığı və paralelliyi aradan qaldırır.

2015-ci ildə İnformasiya -resurs şöbəsi 1200 istifadəçiyə xidmət göstərmişdir. Bununla yanaşı rayonda fəaliyyət göstərən Mədəniyyət müəssisələrinə tədbirlərin proqramlaşdırılmasında köməklik göstərilmişdir.

Mərkəz fasiləsiz internetlə təmin olunmuşdur. Hər bir istifadəçinin şöbəyə gələrək internetdən azad şəkildə istifadə etmək hüququ vardır. İstifadəçiyə göstərdiyi xidmətlə yanaşı kitabxananın VEB – saytı (Salyan.cls.az ) bu şöbədə işlənib , hazırlanır. 2015-ci ildə sayta istər rayonda, istərsə də kitabxanada keçirilən 52 tədbir yerləşdirilmişdir.

Veb saytda Kitabxana, Salyan rayonu , Elektron Kitabxana, Elektron kataloq, Darülmöminin və digər əsas bölmələrdən başqa “ Qan yaddaşımızı unutmayaq” , “ İnsan hüquqları”, “2008-2013- cü il Dövlət Proqramı”, ”Yeni kitablar “ , “Turizm şöbəsi”, “Qədim tariximiz”, “Qədim kitab abidələri” bölməsi yaradılmışdır . Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan şairləri , yazıçıları , dramaturqları , alimləri haqqında verilmiş yubiley Sərəncamları haqqında məlumatlar saytımızda yerləşdirilir . Elektron kataloq, Elektron Kitabxana bölməsi tam şəkildə işlənib hazırlanmış və geniş istifadəçi marağına səbəb olmuşdur. Elektron kitabxana bölməsində yerləşdirilmiş kitablar oxucuların virtual istifadəsi üçün geniş imkan yaradır.

Yerləşdirilən daimi bölmələrlə yanaşı 2015-ci ildə Cəmşid Naxçıvaniskinin 120 illik yubileyi,Rəşid Behbudovun 100 illik yubleyi , VII Ümumrespublika Kitab bayramı , Bəxtiyar Vahabzadənin 90 illik yubileyi , Müharibə veteranı Gülməmməd Gülməmmədovun 100 illik yubileyi və s..keçirilmişdir .2015-ci ildə İnformasiya-resurs şöbəsində CD formatında 66 adda elektron kitab vardır. Bununla yanaşı azyaşlı uşaqlar üçün səsli nağıllar alınmışdır. Bu da kiçik yaşlı uşaqlarda kitabxanaya böyük maraq yaradır.

İnformasiya resurs Şöbəsinidə gözdən əlil insanlar üçün 123 adda səsli CD kitab və 50 adda brayl əlifbası ilə yazılmış kitablar Respublika Gözdən Əlillər kitabxanası tərəfindən hədiyyə alınmışdır.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının Tədbirlər Planının 2.3.8.bəndinə əsasən regionlarda XX əsrin 90-cı illərində nəşr olunmuş diyarşünaslığa aid olan maraqlı məlumatları skaner vasitəsi ilə elektron informasiya daşıyıcılarına köçürməli və onları kirill əlifbasından latın əlifbasına cevirilməsidir.Bu məqsədlə İnformasiya –Resurs şöbəsi bu sahədə öz işini həyata keçirir.

2015-ci ilin Yanvar ayında cənab nazirin tapşırığı ilə rayonlar üçün “Kitabxana Portalı “linki altında saytlar yaradılmış, İnformasiya –Resurs şöbələri üçün üç günlük treninqlər keçirilmiş ,hər bir rayonun saytı olmaqla yanaşı MKS-lərin Web saytlarında “Filiallar “linki yaradılmış,kitabxana filialları haqqında məlumatlar ,keçirtdikləri tədbirlər linkdə yerləşdirilmişdir .

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayevin tapşırığına əsasən rayonlar arasında Monitorinqlər keçirilmişdir .2015-ci ilin Oktyabr ayında Azərbaycan Milli Kitabxanası ,C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxnasından olan nümayəndələr Salyan rayon Mərkəzi Kitabxnasında və həmçinin şəhər ,kənd filial kitabxanalarında olmuşdular. Mütəxəssislər rəy və tövsiyələrini vermiş,nəzərə almağı xahiş etmişlər .

Mərkəzi Kitabxanada oxuculara xidmət sisteminin modernləşdirilməsi məqsədi ilə yeni informasiya texnologiyasının tətbiqi sahəsində çox işlər görülmüşdür.




Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
Ölkəmizdəki kitabxanaların dünya informasiya məkanına daxil olmasının təminatı, müvafiq dünya standartlarına uyğun olaraq elektron formaya keçirilməsi, Elektron kataloqun

yaradılması və cəmiyyətin inkişafına birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsinin təmini məqsədilə 06 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş “Azərbaycan



Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər sırasında Kitabxanaların avtomatlaşdırılması, Elektron kitabxana, Elektron kataloq yaradılması üçün İRBİS 64 Avtomatlaşdırılmış Kitabxana- İnformasiya Sistemi 2009-cu il noyabr ayından Salyan rayon Mərkəzi Kitabxanasında tətbiq edilmişdir. Bildiyimiz kimi “İRBİS-64” sistemi İnternet istifadəçilərinin Elektron kataloqa girişinin təmini üçün nəzərdə tutulmuşdur.Elektron kataloqunun ənənəvi kitabxana kataloqundan əsas üstünlüklərindən biri oxucu sorğusunun daha dolğun şəkildə yerinə yetirilməsidir. Elektron kataloq kitabxananın fondu haqqında biblioqrafik informasiyanın ənənəvi kataloqdan fərqli olaraq daha etibarlı şəkildə qorunmasını təmin edir. Belə ki, ənənəvi kataloqdan fərqli olaraq kataloq kartoçkaları hər hansı bir qəza nəticəsində məhv olarsa həmin ədəbiyyat haqqında olan bütün informasiya itmiş olur. Amma Elektron kataloqda bu mumkun deyil.Bu da kitabxana sahəsində ən önəmli hallardan biridir.

Hal-hazırda butun bu proseslər Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsində həyata keçirilir. Şöbənin əsas məqsədi kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resusların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu” modullarının işini təşkil etmək, habelə “Administrator” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət etmək funksiyasını həyata keçirir.

Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin əsas işi aşağıdakı elektron bazalarda aparılır:

Yeni kitablar bazası 2144 adda 62558 nüsxə kitab

Retro kitablar bazası 2491 adda 44376 nüsxə kitab

Diyarşünaslıq bazası 595 adda 793 nüsxə kitab və məqalə

Elektron resurslar bazası 217adda 1037 nüsxə

Uşaq ədəbiyyatı bazası 159 adda 1586 nüsxə kitab

Hədiyyə kitablar bazası 350 adda 520 nüsxə kitab

Dövrü mətbuat bazası 6154 məqalə

Elektron kataloqda iş davam etdirilir.


Metodika və biblioqrafiya şöbəsi
Hesabat ili dövründə Mərkəzi kitabxananın Metodika və Biblioqrafiya şöbəsi 46 kənd kitabxana filialına metodiki xidmət təşkil etmişdir.

Metodistlər arasında vəzifə bölgüsü aparılaraq metodik şuraya təqdim edilmiş, kitabxana filialları yoxlamaq üçün yaddaş, müntəzəm olaraq hər ay marşrut qrafikləri tərtib edilmişdir.

İl ərzində bir sıra kitabxana filiallarada yoxlamalar aparılmış, metodik tövsiyələr verilmişdir. Müddət ərzində yeni işləyən kadrların ixtisasını artırmaq üçün tövsiyələr verilmişdir. Hər ayda keçirilən seminar müşavirədə müntəzəm olaraq iş planları müzakirə edilmiş və düzgün tərtib edilməsi üçün əməli və metodik köməklik edilmişdir.

Oxucuların qeydiyyatdan keçirilməsinə dair kitabxana işçilərinə metodik məsləhətlər verilmişdir. Mərkəzi kitabxanada və kitabxana filiallarında kartotekaların təşkilinə daim diqqət yetirilmiş və aktual mövzularda mövzu kartotekası tərtib edilməsinə metodik və əməli köməklik edilmişdir

Kitabxanaya daxil olan ədəbiyyatların təbliği məqsədi ilə yeni kitabların tövsiyyə ədəbiyyat siyahısını hazırlamış, kənd kitabxana filiallarına gedişləri təşkil etmiş, müxtəlif tədbirlər haqqında 24 adda metodiki vəsait hazırlayıb kənd kitabxanalarına göndərmişlər.

Bunlardan



  1. İllik Tədbirlər planı

  2. Azərbaycan cəmiyyətində erkən nigah problemi(metodiki vəsait)

  3. Milli Dirçəliş Günü

  4. “Öz həyatını zəhərləmə, yaşamaq üçün hə de”

  5. Hərbi vətənpərvərlik tərbiyəsinin və milli mənəvi dəyərlərin təbliği

  6. “Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” və s.

Respublikamızın Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi, qəzəlxan şair Əliağa Vahidin 120 illiyi, Xalq artisti Rəşid Behbudovun 100 illiyi, görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illiyi, Azərbaycan Milli Mətbuatının 140 illiyi, “Kitabi-Dədə Qorqud”un alman dilində tərcüməsinin 200 illiyi, General Səməd bəy Mehmandarovun 160 illiyi, memar Mikayıl Hüseynovun 110 illiyi, publisist, nasir Ceyhun Hacıbəylinin 125 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulmuş, Metodika və biblioqrafiya şöbəsi tərəfindən bu yubileylərə aid tədbirlərin keçirilməsi üçün geniş həcmli tədbirlər planı və metodik tövsiyyələr hazırlanmışdır.

Metodika şöbəsi hər rübün sonunda filiallar arasında oxucuların sayını, kitab verilişini, oxucu borclarını, rədd cavablarını, hansı elm sahaləri üzrə ədəbiyyata təlabatın çox olmasını müəyyənləşdirir və buna uyğun olaraq tədbirlər görür.

Bundan əlavə biblioqraflar tərəfindən şifahi-yazılı və elektron arayışlar hazlrlanır.

Hesabat ili ərzində hər ayın 5-də seminar məşğələsi keçirilmiş, kənd filial kitabxanaçılarına muxtəlif metodiki tövsiyyələr və göstərişlər verilir.


Oxuculara Xidmət şöbəsi
Hesabat ili dövründə Xidmət şöbəsinin fondu 51390 nüsxə kitab olmuşdur. İl ərzində müxtəlif elm sahələri üzrə 784 nüsxə kitab və elektron resurslar fonda daxil olmuş, kitabların təqdimatı keçirilmiş, sərgilər təşkil edilmiş və yerli qəzetdə kitabların annotasiyası işıqlandırılmışdır.

Xidmət şöbəsi 8057 oxucuya xidmət göstərmişdir. Kitabxanaya müraciət edən ayrı-ayrı oxucu qrupları arasında gənclər çoxluq təşkil edir. Oxuculara verilən ədəbiyyatın tematik-tipoloji uçotu təşkil edilmiş, fəal və qeyri-fəal istifadə edilən nəşrlər müəyyən olunmuş, informasiya tələbatının öyrənilməsi, sorğuların keçirilməsi sayəsində əldə edilmiş nəticələr əsasında kitabxana fondu komplektləşdirilmişdir.

Hesabat ili ərzində oxuculara xidmətin təşkili geniş şəkildə həyata keçirilmişdir. MKS-də kitabxana işinin təşkilindən danışarkən oxucu marağının öyrənilməsi daim diqqət mərkəzindədir. İnformasiya cəmiyyətində kitabxanadan informasiya almaq hüququ geniş şəkildə təbliğ olunmuşdur.

Xidmət şöbəsinin nəzdində Oxu zalı və Abonement bölməsi fəaliyyət göstərir. Abonement bölməsi kənd filial kitabxanaları ilə sıx əlaqə saxlayir, Mərkəzi kitabxananın fondunda yerləşən filiallarda olmayan, oxucu təlabatına cavab verən kitablardan və digər informasiya daşıyıcılarından istifadə etmək üçün xidmət göstərir. Eyni zamanda Mərkəzi kitabxananın fondunda olmayan kitabların respublika kitabxanalarından abonement yolu ilə gətirilməsinə və rədd cavablarının aradan qaldırılmasına xidmət göstərir.

Oxu zalı oxucuların kitabxanaya cəlb olunmasında öz işini rayon təşkilatları ilə, məktəb və məktəbəqədər müəssisələrlə, rayon İcra Hakimiyyət və Gənclər təşkilatı ilə birlikdə tədbirlər təşkil edir. Yazıçı və şairlərlə görüşlər və ədəbi bədii gecələr təşkil edir.Keçirilən tədbirlərdə şəkillər çəkilir, protokollaşdırılır .

80 nəfər oxucu oxu zalından istifadə etmək hüququnqa malikdir. Fondda elmi-kütləvi kitablar, ensiklopediyalar və həmçinin 11 adda dövrü mətbuat yerləşir. Kitabxananın bütün kütləvi tədbirləri oxu zalında keçirilir.

2015-ci ildə Mərkəzi kitabxananın illik və aylıq iş planlarına uyğun olaraq, rayon İcra Hakimiyyətinin , Gənclər təşkilatı və məktəbəqədər və s. təşkilatlarla birgə tədbirlər keçirilir. Həmçinin hesabat ili ərzində Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarına əsasən bir sıra silsilə tədbirlər keçirilir. Bildiyimiz kimi oxuculara xidmət şöbəsi hər bir kitabxananın ən operativ şöbəsidir. Buradan müxtəlif oxucu qrupları , qulluqçular, İcra nümayəndələri, bələdiyyə,hüquq mühafizə işçiləri, tələbə və şagirdlər, ziyalı qrupları istifadə edir.

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar sərgi və tədbirlər təşkil

olunmuşdur, B.Vahabzadə mövzusunda biblioqrafik icmallar və dəyirmi masalar keçirilmişdir.

“Kitabi – Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyi ilə bağlı sərgilər və “Dədə Qorqud dastanının dili” adlı elmi konfrans keçirilmişdir.

Kitabxanada həmçinin 20 Yanvar Ümumxalq hüzn gününə həsr olunmuş “Şəhidlik

zirvəsi fəth olunan gün” , 31 mart Azərbaycanlıların soyqırımı, 26 Fevral Xocalı faciəsi, “Şuşa” başlığı adlı daimi sərgilər təşkil olunmuşdur.

Dünya şöhrətli müğənni, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Dünya şöhrətli müğənni Rəşid Behbudov- 100” başlıqlı sərgi təşkil olunmuşdur.

Azərbaycanın görkəmli hərbi xadimi Cəmşid Naxçıvanskinin 120 illiyi ilə bağlı sərgi və “Şərəfli döyüş yolu keçmiş general” mövzusunda kitabxana işçiləri ilə söhbətlər aparılmışdır. Bundan əlavə Çuxanlı kəndində yerləşən N saylı hərbi hissədə kitab sərgisi təşkil olunmuşdur.

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi ilə bağlı “Azərbaycan Milli Ensiklopediyası-50” adlı sərgi təşkil olunmuşdur.

Qurtuluş gününə və Azərbaycan silahlı qüvvələr gününə həsr olunmuş sərgi, Narkomaniya bəlası adlı diskussiyalar təşkil olunmuşdur.

Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Ana dili Milli sərvətimizdir” mövzusunda məktəb şagirdləri ilə birgə seir müsahibələri keçirildi.

Həmrəylik günü ilə əlaqədar “Dünya Azərbaycanlıları ” adlı söhbət və s. kimi söhbətləri nümünə göstərmək olar.

Komplektləşdirmə və kitabişləmə şöbəsi.
Hesabat ili ərzində Komplektləşdirmə və kitabişləmə şöbəsi kitabxanaya daxil olmuş kitab və elektron resursların elmi və texniki cəhətdən işləyərək Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər-qəsəbə və kənd kitabxana filiallarının fondunun təmin olunmasını və çatdırılmasını həyata keçirir.

İl ərzində Komplektləşdirmə və kitabişləmə şöbəsinə 1264 nüsxə 299 adda ədəbiyyat daxil olmuşdur ki, bu ədəbiyyatın 1139 nüsxəsi Azərbaycan dilində(latın qrafikası ilə), 125 nüsxəsi digər dillərdə olmuşdur. Hesabat ili ərzində şöbəyə 275 nüsxə 22 adda elektron nəşrlər daxil olmuşdur ki, bunlar da müvafiq olaraq 5 ktabxana filialına verilmişdir.

Komplektləşdirmə və kitabişləmə şöbəsinə daxil olan ədəbiyyatın uçot, əlifba və sistemli kataloqu tərtib edilmiş, onların “İRBİS-64” baza proqramında qeydiyyatı aparılmışdır.

Hesabat ili ərzində MKS-nin fondundan 2856 nüsxə ədəbiyyat fiziki cəhətdən yararsız olduğu üçün çıxarılmış, çıxarılan ədəbiyyat ümumi inventardan və baş əlifba kataloqundan silinmiş, ədəbiyyatın komplektləşdirilməsi və işlənməsi, ədəbiyyatın bölünməsi, sistemləşdirilməsi, kataloqlaşdırılması və təsnifləşdirilməsi işi aparılmışdır. İlin sonunda MKS-yə daxil olan və həmçının çıxarılan ədəbiyyatın uçotu, eləcə də hər bir filialın fərdi uçotu aparılmışdır.

Komplektləşdirmə və kitabişləmə şöbəsi prespektiv, mövzu, tipoloji komplektləşdirmə planı hazırlamış, komplektləşdirmənin illik və aylıq iş planlarının, hesabatların tərtib olunmasına nəzarət etmişdir.

Uşaq şöbəsi
Hesabat ili dövründə Mərkəzi kitabxananın Uşaq şöbəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur.

Uşaq şöbəsinə məktəbəqədər kiçik yaşlılar, orta qrup oxucular, böyük yaşlı oxucular müraciət edirlər.

Oxu zalında ( kiçik və böyük yaşlı oxucular üçün ) kitabxanadan istifadə etmək istəyən, yəni bütün oxucular,o cümlədən valideynlər, müəllimlər,uşaq mütaliəsi ilə məşğul olan hər bir şəxs məşğul ola bilər. Kitabxanaçı ilk dəfə kitabxanaya yazılan oxucunu kitabxana qaydaları ilə məlumatlandırır. Kitabxananın oxu zalından oxucular səmərəli istifadə edirlər.”Göy qurşağı”, “Sehirli dünya” jurnalları uşaqların geniş marağına səbəb olmuşdur.

Uşaq şöbəsi Musiqi məktəbi, Uşaqların yaradıcılıq mərkəzi, Dövlət Kukla teatrı,məktəbəqədər müəssisələrlə və məktəblərlə sıx əməkdaşlıq edirlər.

Uşaq şöbəsinin fondu 16538 nüsxədir. Latın qrafikalı kitablarını sayı 2345 nüsxədir.

Uşaq şöbəsi dərsdən sonra uşaqların vaxtının səmərəli keçməsi üçün ən yaxşı məkandır. Kitabxanada məktəblilərin marağına səbəb olan “Biz gənc Heydərçilərik”, “Anam və mən”, “Ana təbiətimizi qoruyaq”, Yeni kitablar”, “Uşaqların hüquqlarını qoruyaq” və sair kimi sərgilər təşkil edilmişdir.

F.Köçərli adına Respublika kitabxanasının göndərdiyi metodiki vəsaitlər kitabxanaıçıların stolüstü vəsaitinə çevrilmişdir

Uşaq şöbəsi oxucuların maraq dairəsini, düzgün mütaliəsini istiqamətləndirmək, kitab təbliğini müxtəlif forma və üsullardan istifadə etməklə oxucularla xidmət işi icra edir.Bu məqsədlə də, kitabxanada kütləvi tədbirlərə də geniş yer verilir.

Yanvar ayında -Yeni ilin gəlişi münasibətilə məktəbəqədər və ibtidai sinif şagirdləri üçün “Xoş gəlmisən təzə il” adlı bayram şənliyi təşkil edilmiş, 20 Yanvar Ümumxalq Hüzn Günü günü ilə əlaqədar “”- kitab sərgisi, foto-slayd təşkil edildi. “Sağlam bədəndə sağlam ruh olar”- Bu tədbir bir millət olaraq idmanı sevir və dəstəkləyirik deyərək oxuculara təqdim edildi.

Fevral ayında –“Yeni alınmış kitabların icmalı” keçirildi.Bu ədəbiyyatların oxuculara daha səmərəli çatdirılması üçün müntəzəm olaraq ,onların təqdimatı keşirilmiş, sərgilər təşkil olunmuşdur. “Xocalı facıəsi uşaqların gözü ilə” Hərbi vətənpərvərlik ideyalarının təbliği ilə bağlı Uşaq kitabxanasında il boyu silsilə tədbirlər keçirmişdir. “Uşaqların sevimli şairi İlyas Tapdığın şerlərindən silsilə şəklində kompozisiya “ keçirildi.

Mart ayında- “Kitablar bizim ən yaxın dostumuzdur.” Tədbir kitabları sevib-qorumaq məqsədilə keçirildi. “XX əsrin görkəmli nümayəndələrindən A.Şaiq,A.Səhhət ,M.Ə. Sabirin yaradıcılığını kiçik yaşlı oxucularla qeyd edidi.” “Yurdumuza bahar gəlir”Kitabxananın həyətində bayram şənliyi keçirildi.

Aprel ayında- 2 Aprel Beynəlxalq Uşaq Kitab Günüdür. Bu məqsədlə müxtəlif tədbirlər, kitab sərgiləri təşkil olunmuşdur.

Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq “Biz öz torpağımıza qayıdacağıq” adlı anım günü və kitab sərgisi təşkil etmək.

May ayında- Faşizm üzərində”Qələbə”günü qeyd edildi.

Şair Abbas Səhhətin “Gün dağlara yayıldı”, Abdulla Şaiqin “Ay pipiyi qan xoruz”, Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şerlər broşurası baxça uşaqları ilə müzakirə olundu. Məqsəd ədibləri uşaqlara tanıtmaqdır.

28 May Respublika günü münasibətilə “Mənim Vətənim Azərbaycandır” mövzusunda şeir müsabiqəsi keçirildi.

İyun ayında-“ Uşaqların Beynəlxalq Müdafiəsi günü”münasibətilə kitabxanada musiqili tədbir keçirildi. “Milli Qurtuluş günü”, “Silahlı Qüvvələr günü ”qeyd edildi.”Kiçik hekayələrin böyük ustası –Cəlil Məmmədquluzadə”- Bu tədbir məktəblilərin ədibin hekayələrinin tanıtımı məqsədilə keçirildi.

İyul ayında-“Azərbaycan Milli qəhrəmanlarının həyatı bizə örnəkdir” mövzusunda söhbət keçirildi. Məktəbəqədər yaşlı uşaqlarla”Şokolad kimi nağıllar” kitabının müzakirəsi keçirildi. Süleyman Sani Axundovun “Qaraca qız “ əsərinin Kukla teatrı ilə birgə tamaşası və müzakirəsi keçirildi.

Avqust ayında –“ Azərbaycan dilim dövlət dilimdir,qeyrət dilimdir”-mövzusunda ədəbi-bədii gecə keçirildi. “Mütaliədə informasiya, kommunikasiya texnogiyalarından istifadənin üstünlükləri” mövzusunda tədbir keçirildi.Tədbirin məqsədi kitabxanaya daxil olan elektron resursların uşaqlara təbliğ olunması idi.

Yazıçı Gülzar İbrahimovanın müəllifi olduğu “Qırmızıpapaqla qırmızı yanağın nağılı”,“Sirus və Virusun macəraları”kitabları kiçik yaşlı oxucularla müzakirə olundu.

Sentyabr ayında- “Hər bir şagird kitabları sevməli və qorumalıdır”, “Beynəlxalq Sülh günü”, “Ana təbiətimizi qoruyaq” mövzusunda tədbirlər keçirildi.

Oktyabr ayında- Müəllimlər günü ilə əlaqədar “ Müəllimlərimizi sevib, hörmət edək”, Ulu öndər Heydər Əliyevin xatirəsinə ünvanlanan şer müsabiqələri keçirilmişdir. “Uşaqların hüquqlarını qoruyuruq”, “Uşaqlar bizim gələcəyimizidir” və s. tədbirlər keçirilmişdir.

Noyabr ayında –“Üç rəngli,şanlı bayrağım” , 2-saylı, 4- saylı məktəbəqədər müəssisənin uşaqları ilə “Əhmədin nağılı”, “Ovçu Pirim nağılları ucadan oxu təşkil olunmuşdur. Milli dirçəliş gününə həsr olunmuş “Vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı” adlı tədbir keçirilmişdir.

Dekabr ayında- uşaq şöbəsinə yeni daxil olmuş “Dostumun kitabları”seriyasından - “Pişik və siçan”, “Keçinin oyunu”, “ Dovşanın tənbəlliyi” , “Zürafənin boyu necə uzandı?” nağılları 6 saylı məktəbəqədər müəssisənin uşaqları üçün ucadan oxu və müzakirəsi təşkil olunmuşdur.

Həmyerlimiz Əliağa Kürçaylının” Salam gələcək illər “(1954) şerinin müzakirəsi.

31 Dekabr Azərbaycanlıların həmrəyliyi günü münasibətlə kitabxananın həyətində bayram şənliyi keçirilmişdir.

Uşaq şöbəsində “Nağıl otağı” uşaqların sevimli əyləncə yerinə çevrilmişdir.Burada uşaqlar özlərini nağıllar aləmindəki kimi hiss edirlər, dibçəkdəki güllər, müxtəlif cizgi qəhrəmanlarından olan kuklalar balaca oxucuları nağılları sevmələrinə səbəb olmuşdur.

Hər ayın sonunda kitabı gecikdirən oxucuların valideyinləri ilə marifləndirmə söhbətləri aparılmışdır

Şöbənin kollektivi hər həftənin sonunda kitabxanada profilaktika işləri ilə məşğul olurlar.

2015 -ci ildə Mərkəzi Kitabxanada hər ayın 5-də kitabxana filialları üçün seminar məşğələlər və treniqlər keçirilir.

Hesabat ilində kadrların ixtisas səviyyəsinin yüksəldilməsi ilə əlaqədar müvafiq işlər aparılmış, 5 nəfər kitabxana işçisi Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ixtisasını artırmış, 2 nəfər F. Köçərli adına Respublika Uşaq kitabxanasında, 1 nəfər M.F.Axundzadə adına Milli Kitabxanada təlim kurslarında olmuşdur.

Hesabat ilində həmçinin kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Mədəniyyət və Turizm şöbəsinin balansında olan şəhərin 3 saylı kitabxana filialında təmir işləri aparılmışdır. Müddət ərzində bir sıra kitabxanalarımız komputer və digər avadanlıqlarla təmin edilmişdir.



Hesabat ilində Mərkəzi kitabaxanada cari təmir işləri aparılmış, otaqlar təmir olunmuşdur.

Bütün bunlara baxmayaraq bir çox məsələlər həllini gözləyir.

Kitabxanada istilik sistemi yoxdur. Bu da qış aylarında kitabxananın işinə mənfi təsir göstərir. Bir neçə kitabxana filiallarının yeni binaya və əsaslı təmirə ehtiyacı var.

Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2016–cı ilə yeni uğurlarla qədəm qoyur. Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Salyan Rayon İcra Hakimiyyətinin bütün göstəriş və tapşırıqlarına əsaslanaraq Salyan rayon Mərkəzi Kitabxana Sistemi bundan sonra oxuculara yüksək və günün tələblərinə uyğun səviyyədə xidmət göstərəcək.



Qeyd: Forma1,Forma 2, Forma 3 cədvəlləri hesabata əlavə olunur
Yüklə 83,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin