Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ ŞƏKİ regional məDƏNİYYƏT


Azərbaycanda yeni tarixi abidə tapılıb



Yüklə 284,42 Kb.
səhifə2/2
tarix20.05.2018
ölçüsü284,42 Kb.
#51005
1   2

Azərbaycanda yeni tarixi abidə tapılıb


(www.news.milli.az) - 28 may 2012
Bu barədə APA-ya ekspedisiyanın rəhbəri, tarixçi-etnoqraf Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, ekspedisiyanın işində əsas məqsəd XIX əsrdə gözəlliyinə, cazibədarlığına görə bütün çar Rusiyası ərazisində "Qafqazın qızılgülü" adı ilə tanınan, sonuncu İlisu sultanı Daniyal sultanın qızı, Şeyx Şamilin ikinci oğlu Qazı Məhəmmədin həyat yoldaşı Kərimət xanımın qəbrinin yerini müəyyənləşdirmək olub. Ekspedisiyanın iki ay ərzində apardığı iş uğurla nəticələnib və Şəkinin qədim qəbristanlıqlarından birində ekspedisiya üzvləri tərəfindən Kərimət xanımın qəbri aşkarlanıb.

C.Soltanov qeyd edib ki, Şeyx Şamil çar Rusiyasına təslim olduqdan sonra (26 avqust 1859-cu il) Kərimət xanım Şamilin ailə üzvlərindən biri kimi Kaluqada sürgün həyatı yaşayıb və öyrəşmədiyi iqlim şəraitinin təsiri ilə vərəm xəstəliyinə tutulub. O, çar Rusiyasının ən məşhur həkimlərinin ciddi səylərinə baxmayaraq, 1862-ci il mayın 4-də Kaluqada vəfat edib.

-32-

Doğulub boya-başa çatdığı tarixi Zaqatala dairəsinə



hədsiz məhəbbət bəsləyən Kərimət xanım ölüm ayağında İlisuda dəfn olunmasını xahiş edib. Kərimət xanımın Kaluqada xəstələnərək vəfat etməsi imperator II Aleksandrı təsirləndirib. İmperatorun göstərişi ilə Kərimət xanımın cənazəsi dörd bir yanı aypara-ulduz nişanları ilə bəzədilmiş xüsusi sarkofaqa qoyularaq atası

Daniyal sultanın sürgün həyatı keçirdiyi Nuxaya göndərilib və burada Daniyal sultanın iştirakı ilə dəfn edilib.



Kərimət xanım

-33-

C.Soltanov XIX əsr Rusiya imperiyasının tarixində cənazənin xüsusi düzəldilmiş tabuta qoyularaq belə uzaq məsafəyə göndərilməsinin analoqunun olmadığını qeyd edib: "Hətta Rusiya imperiyası qarşısında xüsusi xidmətləri olan generallar Qafqaz müharibəsində həlak olduqda cənazələri Rusiyaya göndərilmir, onları həlak olduqları yerdə dəfn edirdilər. Eyni zamanda çar Rusiyasının hakim dairələri Qafqazdakı məmurlarına göstəriş vermişdi ki, Kərimət xanımın cənazəsinin İlisu da daxil olmaqla tarixi Zaqatala dairəsinin heç bir yerində dəfn olunmasına icazə verilməsin. Çar Rusiyasının məmurları qorxurdular ki, cənazə Zaqatala dairəsində dəfn olunarsa, Kərimət xanımın qəbri əhalini çar Rusiyası əleyhinə səfərbər edən növbəti bir simvola çevrilə bilər".



C.Soltanov bildirib ki, Kərimət xanımla bağlı mövcud olan tarixi faktlar maraq kəsb etdiyindən onun dəfn olunduğu yerin dəqiqləşdirilməsi qərarına gəlinib. Sözügedən məsələ ilə bağlı təşkil edilmiş ekspedisiyanın işinə ərəbşünas mütəxəssislər, filoloqlar və sair mütəxəssislər cəlb ediliblər. Şəkinin xan qəbristanlığı da daxil olmaqla bütün qədim qəbristanlıqlar ekspedisiya üzvləri tərəfindən diqqətlə araşdırılıb. Ekspedisiyanın

topladığı Kərimət xanımın qəbirüstü başdaşı ilə bağlı bütün materiallar Zaqatala tarix -diyarşünaslıq muzeyinə gətirilib və bunlar hazırda mütəxəssislər tərəfindən araşdırılır.

-34-

QAFQAZIN CÜZEPPE QARİBALDİSİNİN

MƏZARI TAPILDI

(http://dak.az)-27.10.2015
Türkiyənin qədim qəbiristanlıqlarından birində Qafqazın Cüzeppe Qaribaldisinin-Osmanlı generalı

Məhəmməd Eminin dəfn olunduğu yer müəyyən edilib.




-35-



İmam Şamilin naibi Məhəmməd Emin bəy
ATV. az xəbər verir ki, bu barədə APA-ya tarixçi-etnoqraf Cahangir Soltanov məlumat verib.
C. Soltanov qeyd edib ki, Məhəmməd Emin XlX əsr Qafqaz müharibəsinin fəal iştirakçılarından biri olub və o, Qərbi Qafqaz dağlılarının azadlıq hərəkatına rəhbərlik edib: "Osmanlı sultanı Abdulməcidin

-36-


(hakimiyyət illəri 1839-1861) Məhəmməd Eminə xüsusi rəğbəti olub. Məhəmməd Emin sonuncu İlisu sultanı Daniyal bəyin yaxın silahdaşlarından idi. Hər ikisi azadlıq

mübarizəsinə qalxmış Qafqaz dağlılarının liderləri ilə

Osmanlı sultanları arasında poçt əlaqəsinin yaradılmasında müstəsna xidmətlər göstərib.
Həmçinin Məhəmməd Emin tarixdə baÇarıqlı diplomat kimi də qalıb. Krım müharibəsinin (1853-1856)

gedişində o, Varnada (Bolqarıstan) ingilis -fransız komandanlığının ali nümayəndələri ilə müstəqil diplomatik danışıqlar aparıb. Məhəmməd Eminin tərəfində Avropadan olan könüllülər vuruşub. Müasirləri Məhəmməd Eminin hərbi -siyasi fəaliyyətini Cüzeppe Qaribaldinin və Layoş Koşutun analoji fəaliyyətindən yüksək qiymətləndiriblər. Azərbaycanın dünya şöhrətli şərqşünas alimi Mirzə Kazımbəy Məhəmməd Eminlə şəxsən görüşüb və bu görüş alimdə böyük təəssürat yaradıb.

-37-

SONUNCU İLİSU SULTANININ

MƏZARI TÜRKİYƏDƏ TAPILDI

(news.lent.az) 13.12.2013
XIX əsr Qafqazının məşhur hərbi-siyasi xadimi, müridizm hərəkatının liderlərindən olmuş sonuncu İlisu Sultanı, general-mayor Daniyal Sultanın məzarı Türkiyənin İstanbul şəhərində, qədim qəbiristanlıqlardan birində aşkarlanıb.


Daniyal Sultan
Bu barədə APA-ya epiqrafik abidələrin tədqiqatı ilə məşğul olan ekspedisiyanın rəhbəri, tarixçi-etnoqraf

-38-


Cahangir Soltanov məlumat verib.

C. Soltanovun sözlərinə görə Daniyal Sultanın məzarı sözügedən ekspedisiyanın üzvü, Türkiyədə elmi ezamiyyətdə olan İslam hüququ üzrə doktor Əhməd Niyazov tərəfindən aşkar edilib. Bundan əvvəl də ekspedisiya üzvləri tərəfindən Daniyal Sultanın qızı, gözəlliyinə görə “Qafqazın qızılgülü” adlandırılan Kərimət xanımın məzarının dəqiq yeri müəyyənləşdirilib.

Qeyd edək ki, hər iki fakt barədə indiyə qədər elmi dövriyyədə dəqiq məlumat olmayıb.

C. Soltanov bildirib ki, Mahatma Qandinin “satyaqraxa” təlimindən çox qabaq Daniyal Sultan tarixi Zaqatala dairəsində zorakılığa qarşı dinc müqavimət yolları ilə mübarizənin əsasını qoyub (1869 – cu il) və hazırda da aktuallığını itirməyən “Qafqaz evi” ideyasının daşıyıcısı olub.


-39-


ZAQATALA TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏ KOSMOSU DOLAŞAN MUSİQİ ADLI SƏRGİ AÇILIB

(http://m.apa.az)-13 avqust 2012.

Zaqatala Tarix-Diyarşünasliq muzeyində “Kosmosu dolaşan musiqi” adi altinda sərgi açilib. Bu barədə APA-ya muzeyin direktoru Cahangir Soltanov məlumat verib.

Sərgidə zaqatalalı ustalar tərəfindən yerli materiallardan - ərik, cır xurma, armud, tut ağaclarından, qarğıdan hazırlanmış və sırf əl işləri olan qara zurna, yastı balaban, tütək, tar və sair nəfəsli, simli, zərb musiqi alətləri nümayiş etdirilib. Əl işi olan musiqi alətləri içərisində bölgədə yeganə tar düzəldən usta olan Tələt Qabulovun düzəltdiyi musiqi alətləri xüsusi yer alıb. C. Soltanovun sözlərinə görə, bu mahir tar ustasının öz emalatxanasında xüsusi ağac növlərindən hazırladığı tarlar hələ sovet dövründə bir sıra xarici ölkələrin mütəxəssislərinin diqqətini cəlb edib və xüsusi sifarişlə Qərbi Avropa ölkələrinə və Yaponiyaya göndərilib.

Bundan başqa, sərgidə XX əsrin 60-cı illərində Zaqatala bölgəsində məşhur zurna ifaçılarından olan Suvagil kəndinin sakini Əli Qurbanovun şəxsi zurnası, keçmiş SSRİ-də kosmosun tədqiqatı sahəsində aparıcı alim Cavanşir Atayevin şəxsi tarı və sair musiqi alətləri

-40-

nümayiş etdirilir. Sərgidə, həmçinin Zaqatala rayonunun



Tala kəndinin sakini Zahid Mustafayev tərəfindən ixtira

edilmiş və dövlət patenti almış, müəllif tərəfindən “Oğuz” adlanan simli musiqi alətinin orijinalı nümayiş olunur. Bu simli musiqi alətinin özəlliyi ondadır ki, onun vasitəsi ilə nəfəsli, dilli, simli və zərb musiqi alətlərinin səs tembrlərini almaq mümkündür. Mütəxəssislər bu musiqi alətinin indiyə qədər analoqunun olmadığını bildirirlər.

C. Soltanov qeyd edib ki, ekspozisiya zalına qoyulmuş və

Zaqatala bölgəsinin musiqi mədəniyyəti ilə bağlı olan, indiyə qədər dövriyyədə olmayan foto sənədlər də olduqca maraq doğurur. Bunlardan rus rəssamının çəkdiyi “Sini içərisində oynanılan Zaqatala ləzginkası” və dünya şöhrətli bəstəkar maestro Niyazinin yaradıcılığının ilk məhsullarından olan “Zaqatala süitası”nın not əlyazmasının foto surəti maestronun imzası ilə nümayiş üçün qoyulub.

C. Soltanov sərginin “Kosmosu dolaşan musiqi” adlandırılmasının da səbəblərini açıqlayıb. Bildirib ki, 1977-ci ildə sentyabrın 5-də Amerika Birləşmiş Ştatlarının Təyyarəçilik və kosmik məkanın tədqiqatı üzrə milli idarəsi (NASA) Kanaveral Burnundakı kosmodromdan Yer kürəsindən kənarda olması ehtimal edilən sivilizasiyaları aşkar edib onlarla əlaqə yaratmaq üçün fəzaya “Voyadjer – 1” adlı kosmik zond buraxıb.
-41-

Sözü gedən kosmik aparat yerdən hazırda 17 milyard kilometrdən artıq məsafədə yerləşir və Günəş sistemi hüdudlarına doğru hərəkət etməklə uçuşunu hazırda da

davam etdirir. Bu kosmik aparatın gövdəsinə qızıl suyuna çəkilmiş və yerdən kənar sivilizasiyaların nümayəndələri üçün nəzərdə tutulmuş disk yerləşdirilib. Diskə dünyanın Mürrey Sidlin, Robert Braun və sair kimi aparıcı musiqi mütəxəssislərinin seçərək NASA – ya təqdim etdikləri Yer kürəsinin müxtəlif xalqlarına məxsus musiqi nümunələri yazılıb. Həmin diskdə Qafqaz xalqlarından yalnız zurnada ifa edilən Azərbaycan melodiyaları və gürcü kişi xorunun ifası yer alıb. Bunun Azərbaycan musiqi mədəniyyətinin qədimliyini, möhtəşəmliyini, ecazkar gücünü göstərən ən parlaq nümunə olduğunu vurğulayan C. Soltanov bu gün Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq miqyasda keçirilən tədbirlərdə öndə getməsinin məhz bu tarixi köklərə malik olması ilə bağlı olduğunu qeyd edib: “Bu səbəbdən də sərgini “Kosmosu dolaşan musiqi”adlandırmışıq”.

Sərgidə “Voyadjer-1” kosmik zondunun və bu aparatın gövdəsinə yerləşdirilmiş qızıl suyuna çəkilmiş diskin foto surətləri də tamaşaçılara nümayiş etdirilir.

-42-

ZAQATALADA II YELİZAVETAYA AİD MEDALYON TAPILIB
(www.deyerler.org)-22.10.2008
http://deyerler.org/uploads/thumbs/shkil7/medalyon.gif

Zaqatala rayonunda Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon aşkarlanıb. Bu barədə məlumat verən Zaqatala rayon Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov medalyonun rayonun Maqov kəndində tapıldığını bildirib. Hazırda Böyük Britaniya kraliçası olan 82 yaşlı II Yelizavetaya aid olan bu medalyonun diametri 1,5 sm, çəkisi 0,6 qramdır. Medalyonun avers və reversində ingilis dilində "QUEEN ELIZABETH THE SECOND" sözləri yazılıb və kraliçanın başında tac olan şəkli həkk olunub.

-43-

Bu tarixi əşyanı təhlil edən muzey direktoru medalyonun müxtəlif metalların xəlitəsindən hazırlandığını, tarixi xronologiya baxımından qədim olmadığını söyləyib. XX əsrə aid tapıntının dövrümüzün məşhur dövlət xadimlərindən biri, məşhur Vindzorlar sülaləsinin nümayəndəsi, 1952-ci ildən Böyük Britaniya kraliçası olan II Yelizavetanın adı ilə bağlılığı şübhə doğurmur. C. Soltanov əşyanın tarixi dəyərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda muzey əməkdaşları tərəfindən medalyonun elmi annotasiyasının hazırlanması ilə bağlı müvafiq tədbirlər görülür.


-44-


ZAQATALADA POLŞANIN SABİQ PREZİDENTİ, MƏRHUM LEX KAÇİNSKİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MUSİQİLİ

SLAYD HAZIRLANIB

(http://apa.az) -10 aprel 2013
http://apa.az/upload/images/news/2013/april/10/big/1cf02808b0d59291a1d6538835ea2fe5.jpg

Bakı. Hafiz Heydərov -APA. Zaqatalada Polşanın sabiq prezidenti, mərhum Lex Kaçinskinin xatirəsinə həsr olunmuş musiqili slayd hazırlanıb. Bu barədə APA-ya tarixçi etnoqraf Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, müəllifi olduğu musiqili slayd Zaqatala şəhərində bir əsrdən artıq mövcud olan polyak icması haqqındadır.

-45-


C. Soltanov qeyd edib ki, 1830-1931-ci illər Varşava üsyanının məğlubiyyətindən sonra çar Rusiyası

üsyançı polyakları dəstələrlə Cənubi Qafqaza sürgün edib. Sürgün XIX əsrdə polyakların Rusiya imperiyasına qarşı sonuncu 1863-1864 illər üsyanından sonra da davam edib. Sürgün edilmiş üsyançı polyakların Cənubi Qafqazda ən çox dislokasiya olunduğu yer Zaqatala qalası olub. Slayd məşhur polyak bəstəkarı Mixal Kleofas Oqinskinin “Polonez Oqinski-Vətənlə vidalaşma” musiqisi ilə müşayiət olunub.

Slaydda həmçinin Zaqatala bölgəsinin flora və faunasını elmi cəhətdən ilk dəfə tədqiq etmiş ata və oğul Mlokoseviçlərlə bağlı sənədlər, üzərində polyakların ən qədim simvollarından olan su pərisi həkk edilmiş əşyalar nümayiş olunur.

C. Soltanov bildirib ki, slaydın Zaqatala muzeyində də nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinski 2010-cu il aprelin 10 -da Rusiyanın Smolensk vilayətində təyyarə qəzasında həlak olub.

-46-


AZƏRBAYCANIN ZAQATALA RAYONUNDA İNGİLTƏRƏ KRALI 2 – Cİ KARLIN ADI İLƏ BAĞLI MEDAL AŞKARLANIB
(http://apa.az)-22.10.2008
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda orta əsr Avropasına aid gümüş medal aşkarlanıb. Bu barədə APA-nın Şəki -Zaqatala bürosuna Zaqatala rayon Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. C. Soltanovun sözlərinə görə, medalın Avropada səlib yürüşləri zamanı və ondan sonrakı dövrlərdə yaranmış 12 dini ordenlərdən biri sayılan “Tartiyerlər” ordeninə məxsus olduğu güman edilir. O, medalın İngiltərə və Şotlandiya kralı II Karlın (1660-1685) adı ilə bağlı olduğunu da söyləyib. Hazırda tarixçilər medalın elmi annotasiyasının tərtib olunması ilə bağlı araşdırmalar aparırlar.

-47-


ZAQATALADA NEOLİT DÖVRÜNƏ AİD ARXEOLOJİ TAPINTILAR AŞKARLANIB

(http://deyerler.org)-12 mart-2008
Zaqatala. APA Azərbaycanın Zaqatala rayonu ərazisində, Alazan çayı vadisində neolit dövrünə və eramızdan əvvəl III-I minilliklərə aid olan "Yalovlu Təpə" mədəniyyəti nümunələri sayılan arxeoloji tapıntılar aşkarlanıb.

Bu barədə APA-nın Şəki –Zaqatala bürosuna Zaqatala rayon Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. C. Soltanov bildirib ki, tapıntılar Alazan çayının sol sahilində, Zaqatalanın Muğanlı kəndi yaxınlığında aşkar edilib. Ərazidə əkinçiliklə məşğul olan yerli sakinlər torpağın dərinliyindən neolit erasının daş dövrünə aid at dişi şəklində daşdan düzəldilmiş çapacaq, balıqçılıqla məşğul olan sakinlər isə Alazan çayının sol sahilindən "Yalovlu Təpə" mədəniyyətinə məxsus saxsı qablar tapıblar. C. Soltanov deyib ki, sözügedən ərazidən e.ə III – I minilliyə aid uşaq qəbirləri də aşkarlanıb. Qəbirlərdə uşaq ayağının sümükləri də var. Tapıntıları unikal adlandıran C. Soltanov sözügedən ərazinin zəngin tarixə malik olduğunu və orada arxeoloji qazıntıların aparılmasının zəruri olduğunu vurğulayıb.


-48-

POLŞALI ALİMLƏR ZAQATALAYA ELMİ EZAMİYYƏTƏ GƏLİBLƏR

(http://m.apa.az)-4 sentyabr 2015

(http://matbuat.az)-4 sentyabr 2015

Bakı.Hafiz Heydərov – APA. Polşalı alimlər Zaqatala rayonuna elmi ezamiyyətə gəliblər.Bu barədə APA – ya Zaqatala Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib.


-49-


O bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Polşa Respublikasından olan alimlər -etnoqrafiya elmləri doktoru İrena Katoviç Barovi və tarix elmləri doktoru Qjeqoj Rıjevski Zaqatala Tarix- Diyarşünaslıq Muzeyinə elmi ezamiyyətə gəliblər: “Hər iki tədqiqatçı XIX əsrdə Polşa üsyanları zamanı Qafqaza sürgün edilmiş polyakların taleyinin öyrənilməsi sahəsində məşhur olan mütəxəssislərdir. Məlum olduğu kimi, sürgün edilmiş polyakların çoxsaylı icması Zaqatalada XIX əsrin axırlarına qədər yaşayıb”.

-50-


ZAQATALADA XIX ƏSRƏ AİD

MƏKTUBLAR AŞKAR EDİLİB

(www.azertag.az) -09.10.2014
Zaqatala rayon Tarix – Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində XIX əsrə aid məktublar aşkar edilib.

Muzeyin direktoru, tarixçi-etnoqraf Cahangir Soltanov bildirib ki, məktublardan dördü XIX əsrdə Qafqazın tanınmış hərbi – siyasi xadimi, müridizm hərəkatının liderlərindən biri, sonuncu İlisu sultanı Daniyal bəyə aiddir. Bu məktublar Daniyal bəy tərəfindən yazılıb və məktublara onun şəxsi möhürü vurulub. Digər məktub isə Qərbi Qafqaz dağlılarının azadlıq mübarizəsinə rəhbərlik etmiş Məhəmməd Əminə ünvanlanmış möhürlü məktubdur.

Tarixçi deyib ki, Məhəmməd Əmin XIX əsr Qafqaz müharibəsinin tanınmış hərbi-siyasi xadimlərindən biri olub. O, 1839-1861-ci illərdə hakimiyyətdə olmuş Osmanlı sultanı Abdulməcidin xüsusi rəğbətini qazanmaqla, Osmanlının generalı rütbəsini alıb. Məhəmməd Əmin Krım müharibəsi (1853-1856) zamanı ingilis-fransız komandanlığının nümayəndələri ilə Bolqarıstanın Varna şəhərində müstəqil diplomatik danışıqlar aparıb.
-51-

C.Soltanovun bildirdiyinə görə, bu sənədlər indiyədək elmi dövriyyədə olmayıb. Bu məktublar çar Rusiyasını uzun illər ərzində lərzəyə salmış müridizm hərəkatında Daniyal sultanın oynadığı rolun aydınlaşdırılmasında, eləcə də XIX əsr Qafqaz müharibəsinin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Tapılmış sənədlər tarix – diyarşünaslıq muzeyinin əlyazmalar fonduna daxil edilib.


-52-


ZAQATALA TARİX – DİYARŞÜNASLIQ MUZEYİNDƏ QƏDİM ƏLYAZMALAR VƏ KİTABLAR BƏRPA EDİLİR

(http://azertag.az)11.07.2015

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Azərbaycan əlyazması tarixi əsərlərinin qorunması sahəsində aparılan işə uyğun olaraq Zaqatala Tarix – Diyarşünaslıq Muzeyinin əməkdaşlarından Ruhəngiz Əhmədova, Aynur Rəcəbova, Aynur Mirzəyeva, Samirə Qurbanova, Şahru Zərqənəyeva bu ilin yanvar ayında Konya bölgə yazma əsərlər kitabxanasında və Süleymaniyyə yazma əsərlər kitabxanasında təşkil edilmiş əlyazmaların qorunması, təmizlənməsi, bərpa edilməsi ilə bağlı xüsusi olaraq təşkil edilmiş təlim kurslarında iştirak edərək rayona qayıdıblar.

Hazırda Zaqatala Tarix -Diyarşünaslıq Muzeyində qədim əlyazmaların və kitabların bərpası işi aparılır və artıq 50-yə yaxın kitab muzey işçiləri tərəfindən bərpa edilib.

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin tariximizin qorunması, bərpası, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı işlərin içərisində kitabların bərpası işi xüsusi olaraq fərqlənir və gələn qonaqların, rayon ictimaiyyətinin diqqətini cəlb edir.

-53-

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi 1967-ci ildə yaradılıb. Muzey Azərbaycanın rayonları arasında ilk yaranmış muzeylərdən biridir və burada əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur. 2000-dən çox əlyazma və kitabların qorunduğu muzeyin əsas fondunda 4685 eksponat var.



-54-

AZƏRBAYCANLI TARİXÇİ POLŞANIN DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLÜB

(http://m.apa.az)- 11 noyabr 2013
Azərbaycanlı tarixçi – etnoqraf Cahangir Soltanov Polşanın dövlət mükafatı olan “Bene Merito” ilə təltif edilib. APA – nın məlumatına görə, mükafat hər il 11 noyabr tarixində qeyd edilən, Polşanın müstəqillik gününə həsr edilmiş təntənəli mərasimdə, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda tərəfindən C. Soltanova təqdim edilib.
c:\documents and settings\user\мои документы\downloads\img-20170720-wa0026.jpg

-55-


Qeyd edək ki, C. Soltanov Azərbaycanda bu mükafata layiq görülən yeganə şəxsdir. O, Zaqatalada XIX əsrin əvvəllərində yaranmış polyak icmasının tarixi, bu icmanın məşhur şəxsiyyətlərindən olan tanınmış təbiətşünas alimlərdən Lyudviq, Leonid, Boris Mlokoseviçlərin fəaliyyətlərini araşdırmaqla məşğul olub.
http://www.baku.msz.gov.pl/thumb/resource/ba589b24-dd22-40fa-b37d-7f3231d71790:jcr?w=621&h=86
C. Soltanov Zaqatala polyaklarının polkovnik Dombrovskinin iştirakı ilə imam Hacı Murtuzun başçılıq etdiyi 1863-cü il üsyanında iştirak etmələri barədə maraqlı faktlar da aşkarlayıb.

-56-


CƏNAB C.SULTANOVUN “BENE MERİTO” ORDENİ İLƏ TƏLTİF OLUNMASI

(http://baku.mfa.gov.pl) -12 noyabr-2013
8 noyabr 2013-cü il tarixində Müstəqillik Gününün qeyd olunması çərçivəsində Polşa Respublikasının Bakıdakı Səfiri cənab Mixal Labenda Zaqatala Tarix – Diyarşunaslıq Muzeyinin direktoru, cənab Cahangir Sultanovu “Bene Merito” ordeni ilə təltif etmişdir.
dsc_8432
Cənab C.Sultanov 24 dekabr 1958-ci il tarixində Almaniya Demokratik Respublikasının Qardelegen

-57-


şəhərində anadan olub. 1981- ci ildə Bakı Dövlət

Universitetinin tarix fakülətisini bitirmişdir. İxtitsasça etnoqrafdır. Hazırda yuxarıda qeyd olunan muzeyin direktor vəzifəsində çalışır.

Cənab C.Soltanov peşə və şəxsi həyatının böyük bir hissəsini Zaqatalada yaşayan polyakların fəaliyyətini təsdiq edən sübutları toplamaq və qorunmasına həsr edib. Cənab Soltanov muzeyin müdiri olaraq, tarix küləklərinin Zaqatalaya göndərdiyi polyakların, əsasən də, zooloq və botanik, Zaqatalada ilk muzeyin banisi Leonid Mlokoşeviçin bir növ varisi oldu. Muzeydə polyaklarla bağlı sənəd və əşyalar üçün xüsusi yer ayırmışdır. Cənab C.Soltanov topladığı məlumatları “Zaqataladan milyon qızılgül və ya qəhraman və qızılgüllərin unudulan tarixi” adlı kitabında əks etmişdir. Həmçinin yerli pedaqoji fakültədə əsas mövzusu regionun polyak sakinləri haqqında mühazirələr oxuyur. O, həmçinin Polşa Respublikasının Bakıdakı Səfirliyinin obelisk və müstəqillik uğrunda mübarizələri səbəbindən bu rayona göndərilən polyakların xatırə lövhəsinin yerləşdirilməsi səylərini dəstəkləyir.

Qeyd edək ki, C. Soltanov Azərbaycanda bu mükafata layiq görülən yeganə şəxsdir. O, Zaqatalada XIX əsrin əvvəllərində yaranmış polyak icmasının tarixi, bu icmanın məşhur şəxsiyyətlərindən olan tanınmış


-58-

təbiətşünas alimlərdən Lyudviq, Leonid, Boris

Mlokoseviçlərin fəaliyyətlərini araşdırmaqla məşğul olub.

C. Soltanov Zaqatala polyaklarının polkovnik Dombrovskinin iştirakı ilə imam Hacı Murtuzun başçılıq etdiyi 1863-cü il üsyanında iştirak etmələri barədə maraqlı faktlar da aşkarlayıb.


AZƏRBAYCANLI TARİXÇİ POLŞANIN

DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLÜB

(www.dakaz.org)

Azərbaycanlı tarixçi – etnoqraf Cahangir Soltanov Polşanın dövlət mükafatı olan “Bene Merito” ilə təltif edilib. APA – nın məlumatına görə, mükafat hər il 11 noyabr tarixində qeyd edilən, Polşanın müstəqillik gününə həsr edilmiş təntənəli mərasimdə, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda tərəfindən C. Soltanova təqdim edilib.

C. Soltanov Zaqatala polyaklarının polkovnik Dombrovskinin iştirakı ilə imam Hacı Murtuzun başçılıq etdiyi 1863-cü il üsyanında iştirak etmələri barədə maraqlı faktlar da aşkarlayıb.

-59-


ZAQATALA TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN DİREKTORU POLŞANIN “BENE MERİTO” FƏXRİ NIŞANI İLƏ TƏLTİF EDİLMİŞDİR

(azertag.az)-13.11.2013
Bakı, 13 noyabr (AZƏRTAC). Polşa Respublikasının Müstəqillik Günü ilə bağlı tədbirlər çərçivəsində bu ölkənin Bakıdakı səfiri Mixal Labenda Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Sultanova Polşa Xarici İşlər Nazirliyinin “Bene Merito” fəxri nişanını təqdim etmişdir. Polşanın Azərbaycandakı səfirliyindən  AZƏRTAC-a bildirmişlər ki, Cahangir Sultanov peşə və şəxsi həyatının böyük bir hissəsini XIX əsrdə Zaqatalada yaşamış polyakların fəaliyyətini əks etdirən sübutların toplanmasına və qorumasına həsr etmişdir. Muzeyin direktoru olaraq C.Sultanov zamanın hökmü ilə Zaqatalaya göndərilən polyakların, əsasən də zooloq və botanik, bu rayonda ilk muzeyin banisi Leonid Mlokoşeviçin bir növ varisi hesab edilir. Muzeydə polyaklarla bağlı sənəd və əşyalar üçün xüsusi yer ayrılmışdır. C.Sultanov topladığı məlumatları “Zaqataladan milyon qızılgül və ya qəhrəman və

qızılgüllərin unudulan tarixi” adlı kitabına daxil etmişdir. O, həmçinin yerli pedaqoji təhsil ocağında regionun polyak sakinləri haqqında mühazirələr oxuyur.

-60-

ZAQATALA TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN DİREKTORU

DÜNYASINI DƏYİŞİB

(medeniyyet.az)-13.07.2016
c:\documents and settings\user\мои документы\downloads\img_0003.jpg
Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov 2016-cı il iyulun 6- da vəfat etmişdir.

Cahangir Əli oğlu Soltanov 1958-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. 1981 – ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Zaqatala rayonunun Lahıc kəndində tarix müəllimi kimi başlamış, rayon Komsomol Komitəsinin I katibi, rayon Xalq

-61-

Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Fındıqçılıq



sovxozunun direktoru, 2007 -ci ildən Tarix – diyarşünaslıq muzeyinin direktoru vəzifələrində çalışmışdır.

O, rayonun keçmişi ilə bağlı dəyərli faktları üzə çıxarmış, 2014-ci ildə tarixi faktlarla zəngin “Zaqataladan milyon qızılgül” kitabı çap olunmuşdur. Tarixçi – etnoqraf kimi Zaqatala – Qax – Balakən zonasında yaşayan xalqların tarixini gələcək nəsillərə çatdırmaq üçün bütün qüvvəsini sərf etmiş, gözəl ziyalı kimi tanınmışdır.

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi və kollektivi Cahangir Soltanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin

-62-

DÖVRÜ MƏTBUATDA ÇIXAN MƏQALƏLƏRİ


  1. Soltanov ,Cahangir

Zaqatalanın tarixi – siyasi həyatının müəyyən dövrlərində İslam faktoru [Mətn]:/C.Sultanov// Bakı İslam Universiteti Zaqatala şöbəsinin Elmi Məcmuəsi.-2008.- № 03.-S.173-185


  1. Soltanov ,Cahangir

Tarixi Zaqatala Dairəsində Cazba Təriqəti:Bəzi şərhlər və mülahizələr [Mətn]:/C.Sultanov// Bakı İslam Universiteti Zaqatala şöbəsinin Elmi Məcmuəsi.-2009.- № 04.-S.173-183
KİTABLARI
Солтанов, Джангир

Миллион роз из Закаталы, или История героев и роз, уходящая от славы к забвению/Million Roses from Zakataly or History of heroes and roses fading away from glory into oblivion[текст]:/ Д.Солтанов, Д.Солтанов; K.:« Новый друк»,2014,-304с.; ил.; 30 cм ,-1000 экз İSBN978-617-635-049-1

-63-

MÜNDƏRİCAT


Düşüncə dünyasından xəyal dünyasına gedən yol...................................................................................3

Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz və İsmayıllı Tarix-Diyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi..................................................................8

Soltanov Cahangir ..........................................................11

Soltanov Cavanşir..........................................................15

Zaqataladan milyon qızılgül............................................19

Qızılgüllər haqqında........................................................19

Qəhrəmanlar haqqında....................................................24

Zaqatala Tarix – Diyarşünaslıq muzeyinin direktoru, tarixçi -etnoqraf Cahangir Soltanovun işlədiyi dövrdə APA və qəzetlərə verdiyi müsahibələr...........................30



Azərbaycanda qədim “İncil” kitabı tapılıb......................30

Azərbaycanda yeni tarixi abidə tapılıb ...........................32

Qafqazın Cüzeppe Qaribaldisinin məzarı tapıldı..............................................................................35

-64-


Sonuncu İlisu Sultanının məzarı Türkiyədə tapıldı.....38

Zaqatala tarix-diyarşünasliq muzeyində Kosmosu dolaşan musiqi adlı sərgi açılıb....................................................40

Zaqatalada II Yelizavetaya aid medalyon tapılıb............43

Zaqatalada Polşanın sabiq prezidenti, mərhum Lex Kaçinskinin xatirəsinə həsr olunmuş musiqili slayd hazırlanıb………………………………...............……..45

Azərbaycanın Zaqatala rayonunda İngiltərə kralı 2-ci Karlın adı ilə bağlı medal aşkarlanıb……......…………47

Zaqatalada neolit dövrünə aid arxeoloji tapıntılar aşkarlanıb…………………...............................……….48

Polşalı alimlər Zaqatalaya elmi ezamiyyətə gəliblər……………………............................................49

Zaqatalada XIX əsrə aid məktublar aşkar edilib..............................................................................51

Zaqatala Tarix-Diyarşünaslıq muzeyində qədim əlyazmalar və kitablar bərpa edilir..............................53

Azərbaycanlı tarixçi Polşanin dövlət mükafatına layiq görülüb............................................................................55

Cənab C.Sultanovun “Bene Merito” ordeni ilə təltif olunması……………………………………………….57

-65-
Azərbaycanlı tarixçi Polşanın Dövlət mükafatına layiq görülüb............................................................................59

Zaqatala Tarix-diyarşünaslıq muzeyinin direktoru Polşanın “Bene Merito” fəxri nişanı ilə təltif edilmişdir........................................................................60

Zaqatala Tarix-diyarşünaslıq muzeyinin direktoru dünyasını dəyişib.............................................................61

Dövrü mətbuatda çap olunanməqalələri........................63

Kitabları..........................................................................63



-66-



Yüklə 284,42 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin