Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Dövlət borcunun idarə edilməsi



Yüklə 362 Kb.
səhifə19/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
91653725-Maliyyə-menecmenti

Dövlət borcunun idarə edilməsi – dövlət tərəfindən uyğun borc mənbələrinin tapılması, cəlb edilmiş vəsaitlərin səmərəli istifadə olunması, borcun qaytarılması məqsədilə pul fondlarının səfərbər edilməsi və son nəticədə qaytarılmasından ibarət tədbirlər kompleksidir. Dövlət borcu idarə edilərkən həmin borc prolonqasiyaya (müddətin uzadılması), konversiyaya (şərtlərin dəyişdirilməsi), konsolidasiya və limitləşdirməyə məruz qala bilər. Dövlət borcunun idarə olunması prosesində aşağıdakılar yerinə yetirilir: Azərbaycan Respublikasının dövlət borcalmalarının strategiyası hazırlanır; borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları qiymətləndirilir; dövlət borcunun və dövlət zəmanətinin müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş yuxarı hədlərinə (limitlərinə) əməl olunması təmin edilir; dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və onların vaxtında qaytarılması təmin edilir; dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunu təkmilləşdirmək sahəsində zəruri tədbirlər görülür; dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatları aparılır; dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir.

8. Mənfəətin bölüşdürülməsi – Müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi sisteminə hazırda qoyulan başlıca tələb ondan ibarətdir ki, o, istehlak və yığıma yönəldilən vəsaitlər arasında optimal nisbətlərin müəyyən edilməsi əsasında geniş təkrar istehsalın maliyyə resurslarına tələbatı təmin etməlidir.

Mənfəətin bölüşdürülməsi və ondan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi zamanı hər şeydən əvvəl rəqabət mühitinin vəziyyəti nəzərə alınmalıdır. Çünki bu, müəssisənin istehsal potensialının əhəmiyyətli dərəcədə genişləndirilməsi və yeniləşdirilməsi zərurətini diqtə edir. Buna uyğun olaraq mənfəətdən istehsalın inkişafı fondlarına ayırmaların miqyası müəyyən edilir. Bu fondun resurslarından kapital qoyuluşlarının maliyyələşdirilməsi, dövriyyə vəsaitlərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin təmin edilməsi, yeni texnalogiyaların tətbiqi, əməyin mütərəqqi metodlarına keçilməsi və s. üçün istifadə olunur. Müəssisənin mənfəətinin bölüşdürülməsinin ümumi sxemi aşağıdakı kimidir:


Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin