Səhmə sabit gəlir siyasəti bir səhmin gətirdiyi gəlirlərin sabitliyi ilə ifadə olunur. Bir çox səhmdarlar üçün dividend daimi gəlir mənbəyi olduğundan investorlar, adətən, siyasətin bu növünü dəstəkləyirlər. Bundan əlavə, səhmə sabit gəlir siyasəti müəssisələrə özlərini aşağı riskli şirkət kimi səciyyələndirmək imkanı verir. Hətta zərərə düşsələr belə, şirkətlər öz dividendlərinin miqdarını qoruyub saxlamalıdırlar. Bu, sığorta şirkətləri və pensiya fondları kimi maliyyə vasitəçiləri ilə işləyən şirkətlərə kömək ola bilər.