Gəlirlərin daimi pay siyasəti mənfəətin bir hissəsindən səhmdarlara dividend şəklində daimi faiz ödənməsi deməkdir. Mənfəətin həcmi daimi olmadığına görə bu halda dividendlərin mütləq həcmi tez-tez dəyişilə bilər. Mənfəət azaldıqca müvafiq olaraq dividendlərin həcmi də azalır, şirkət zərərə düşdükdə isə dividendin ümumiyyətlə kəsilməsi mümkündür.
Güzəşt siyasətində dividend siyasətinin bu növündən istifadə edilərkən səhmlərə aşağı məbləğdə sabit dividend ödənilməsi və uğurlu illərdə faizlərin artırılması nəzərdə tutulur. Faiz ödəmələri müntəzəm aparılmır. Belə siyasət bütövlükdə şirkətin fəaliyyət çevikliyini müəyyən etsə də, investorlarda dividendləri gözlədikləri məbləğdə ala biləcəklərinə şübhə yaradır. Səhmdarlar belə qeyri-müəyyənliyi xoşlamırlar. Bu siyasət yalnız gəlirlər dəyişkən olanda səmərə verə bilir.