Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 362 Kb.
səhifə4/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   2   3   4   5   6   7   8   9   ...   28
91653725-Maliyyə-menecmenti

Qiymətli kağızlar bazarı – maliyyə bazarının əsas hissəsidir, alqı satqısını təmin etmək üçün fəaliyyət göstərir. Qiymətli kağızlar bazarı maliyyə bazarının səmərəli fəaliyyət göstərən başlıca elementlərindən biri olmaqla iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə vəsaitlərinin operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir sahədir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

Qiymətli kağızlar bazarı kapital formasından istehsal formasına keçməsinə kömək edir. О, bank kredit sistemini tamamlayır və onunla qaşlılıqlı əlaqədə fəaliyyət göstərir.

Kapital bazarının tərkib hissələrindən biri olan qiymətli kağızlar bazarının funksiyasını ayırmaq üçün əmtəə bazarı və maliyyə bazarı arasında kapitalın hərəkətlərinin mahiyyətini və mexanizmini müəyyənləşdirmək lazımdır. Sonuncu halda sadəcə maliyyə bazarında deyil, qiymətli kağızlar bazarında fəaliyyət göstərən kapitalın problemini ayırmaq lazımdır.

Ümumi şəkildə qiymətli kağızlar bazarı – iştirakçıların qiymətli kağızlar buraxılışı və tədavül zamanı yaranan iqtisadi münasibətlərin əsası kimi qiymətləndirmək olar. Bütün qiymətli kağızların pul kapitalından törəmədiyini nəzərə alaraq qiymətli kağızlar bazarını bütövlükdə maliyyə bazarına aid etmək düzgün olmazdı. О halda ki, qiymətli kağızlar bazarı kapitala olduğu kimi pula əsaslanır, fond bazar adlanır, məhz bu keyfiyyətdə о maliyyə bazarının əsas tərkib hissəsi kimi çıxış edir.

Qiymətli kağızlar bazarının ümumbazar funksiyalarına aiddir:


  1. Kommersiya funksiyası

  2. Qiymət funksiyası

  3. İnformasiya funksiyası

  4. Tənzimləyici funksiya

Qiymətli kağızlar bazarının səciyyəvi funksiyalarına isə aiddir:

  1. Yenidən bölgü

  2. Maliyyə və qiymət risklərinin sığortası funksiyası

Qiymətli kağızlar bazarının əsas hissəsi müəyyən bazarda ticarətin üsuludur. Bu nöqteyi nəzərdən qiymətli kağızlar bazarının tərkibində aşağıdakı bazarları qeyd etmək olar:

1. Birinci və ikinci dərəcəli

2. Təşkil olunmuş və təşkil olunmamış

3. Birja və birjadankənar

4. Ənənəvi və kompyuterləşdirilmiş

5. Kassa və təcili

İnkişaf etmiş ölkələrin qanunvericiliyində qiymətli kağızlar bazarı səhm və qiymətli istiqrazların hərəkəti kimi verilir. Bütün digər qiymətli kağızlar diskont bazarını təşkil edir.

Qiymətli kağızlar bazarının formalaşması üçün aşağıdakılar təmin olunmalıdır:



  1. emitent və investorların sayının artırılması;

  2. qiymətli kağızların hərəkətini və infrastrukturunu reqlamentləşdirən normativ sənədlərin öyrənilməsinin təşkili;

  3. qiymətli kağızlarla aparılan əməliyyatların nəzarətdə olması.

Qiymətli kağızlar bazarı iqtisadi sahələrə vəsaitlərin cəlb edilməsinə təkcə yeni gəlirlərin əldə edilməsi deyil, həm də əvvəllər qazanılmış gəlirlərin qorunub saxlanması və artırılması məqsədini daşıyır. Qiymətli kağızlar bazarının köməyi ilə əsas iqtisadi operatorlar arasında: əmtəə və xidmət istehsalçıları ilə müəssisələr arasında, maliyyə vasitəçiləri ilə kredit institutları, banklar, sığorta şirkətləri, fond birjaları arasında əlaqələr daha da güclənir.

Qiymətli kağızlar bazarı ilə əlaqədar aparılan təhlilləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, müasir şəraitdə maliyyə bazarının tərkib hissəsi kimi qiymətli kağızlar bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək, onların düzgün istiqamətləndirilməsini təmin etmək, dövlətin maliyyə və pul-kredit siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Xüsusilə də bazar iqtisadiyyatı sistemli ölkələr üçün bu bazarın inkişafı müstəsna əhəmiyyət kəsb edir.

Qiymətli kağızlar bazarının idarə olunması sistemi bu bazarın infrastrukturunun funksional, texniki və təşkilati yarımsistemləri ilə yanaşı qiymətli kağızlar bazarının fəaliyyətini təmin edir. Hər bir idarəetmə sistemi kimi, qiymətli kağızlar bazarının tənzimlənməsi sistemi onun məqsədləri, strategiyası və vəzifələrinə uyğun qurulur və iki yarımsistemdən - idarəedici yarımsistem və idarəedilən yarımsistemdən ibarətdir. Onlardan birincisi idarəetmənin subyekti, ikincisi isə obyekti kimi çıxış edir.


Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin