Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 362 Kb.
səhifə5/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   2   3   4   5   6   7   8   9   ...   28
91653725-Maliyyə-menecmenti

İdarəedici yarımsistemə aşağıdakılar daxildir:

  • Qiymətli kağızlar bazarında məqsədyönlü fəaliyyət göstərən dövlət orqanları və özünütənzimləmə təşkilatları;

  • Qanunvericilik infrastrukturu, yəni fond bazarına aid normativ sənədlər;

  • Fond bazarının etikası;

  • Adət və ənənələr.

İdarəedilən yarımsistem isə bazarın yuxarıda deyilən funksional, texniki və təşkilati infrastrukturundan ibarətdir.

Hər iki yarımsistemin öz funksiyaları var. İdarəedici yarımsistemin funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir. İdarəedilən yarımsistemin, yəni idarəetmə obyektinin funksiyaları isə maliyyə resurslarının axınının təşkili, qiymətli kağızların keyfiyyətinin təmin olunması və bazarın informasıya təminatı əhatə edir.

Bazarın idarə olunması prosesi informasıyanın qəbul olunması, ötürülməsi, işlənməsi və istifadə olunmasını nəzərdə tutur. Bu vəzifənin həlli müasir hesablama texnika və texnologiyasının tətbiqinə, lokal qiymətli kağızlar bazarına xidmət göstərən telekommunikasiya sistemlərinin inkişafına əsaslanır.

Hər bir sistemin idarəedilməsi prosesinin həlledici məqamı məqsədin müəyyən edilməsidir. Qiymətli kağızlar bazarının idarə edilməsi sisteminin məqsədi bazarın sabitliyinin, tarazlığının və səmərəliliyinin təmin edilməsidir. Lakin bununla iş bitmir. Məqsədin müəyyən edilməsi ilə bərabər bazarın idarəedilməsi prosesi tənzimləmə mexanizminin yaradılmasını da daxil edir. Tənzimləmə mexanizminə isə idarəetmə vasitələri, hüquqi, normativ və informasiya təminatı daxildir. Dövlət tənzimlənməsi ilk növbədə normativ-hüquqi aktlara əsaslanır. Hüquqi təminat qanunvericilik aktları, fərmanlar, qərarlar, sərəncamlar və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir. Normativ təminata təlimatlar, normativlər, normalar, metodik göstərişlər və izahatlar, həmçinin bazarın peşəkar iştirakçıları təşkilatların təsdiq etdiyi qaydalar aiddir. İnformasiya təminatına müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir.

Əlbəttə ki, ölkəmizdə hal-hazırda mövcud olan normativ-hüquqi bazanı fond bazarının yüksək inkişaf etdiyi ölkələrdəki qiymətli kağızlar üzrə qanunvericilik aktlarının çoxcildlik külliyatı ilə müqayisə etmək yersiz olardı. Ölkəmizdə qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi üzrə başlıca sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsini, "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və b. qanunları, QKDK-ın normativ sənədlərini aid etmək olar.

İlkin bazar mərhələsində dövlət tənzlmlənməsi emissiya prospektlərinin dövlət qeydiyyatı və bazarın peşəkar iştirakçılarının attestasiyası, onların bazar fəaliyyətinin lisenziyalaşdırılması vasitəsilə qiymətli kağızların tədavülə buraxılma­sının vahid qaydalarının təmin edilməsinə yönəlmişdir.

İkinci bazarda isə dövlət nəzarəti bazarının peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırlması və qiymətli kağızlar bazarında müəyyən fəaliyyət növlərinin həyata keçirilməsinə hüquq verən ixtisas attestatlarının verilməsi, həmçinin antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət vasitəsilə baş verir.

Qiymətli kağızlar bazarının tənzimlənməsi fond əməliyyatlarının keçirilməsini nizamlaşdırmağa, onları müəyyən qayda və tələblərə tabe edilməsinə imkan verən konkret metod və üsulların vahid sistem şəklində birləşdirilməsidir. Bu, qiymətli kağızlar bazarının bütün iştirakçılarının qarşılıqlı maraqlarının tarazlığının qüvvədə olan qanunvericilik çərçivəsində təmin edilməsi mexanizmidir.

Qiymətli kağızlar bazarının tənzimlənməsinin bir neçə metodu məlumdur:


  • Qiymətli kağız buraxılışının, emissiya prospektlərinin qeydiyyatı;

  • Bazarın peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması;

  • İnvestisiya təsisatlarının mütəxəssislərinin attestasiyası;

  • İnvestorların sığortalanması;

  • Emitentlərin maliyyə vəziyyətinə auditor və reytinq nəzarəti;

  • Fond əməliyyatlarının keçirilməsinə nəzarət;

  • Mübadilə və klirinq korporasiyalarının qeydiyyatı və fəaliyyətlərinə nəzarət;

  • Qüvvədə olan qanunvericiliyə əsasən informasiyanın açıqlanması və dərc olunması.

Dünya təcrübəsində qiymətli kağızlar bazarının tənzimlənməsin iki modelindən istifadə olunur.

Birinci modelə görə fond bazarının tənzimlənməsi dövlət orqanları tərəfindən keçirilir. Nəzarət, yoxlama qaydaların müəyyən edilməsi üzrə səlahiyyətlərin kiçik qismini dövlət qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə həvalə edir.

İkinci modelə görə əsas nəzarət mövqelərinin dövlətin əlində qalması ilə yanaşı səlahiyyətlərin mümkün olan maksimal həcmini özünütənzimləmə təşkilat­larına (qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə) ötürülür. Nəzarətin təşkili və həyata keçirilməsində əsas yer sərt göstərişlərə deyil, forma­laş­mış ənənələrə, razılaşdırma və danışıqlara verilir.

Azərbaycanın fond bazarı bu sahənin baş orqanı olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, həmçinin Milli Bankın mühüm tənzimləyici rolu üzərində qurulmuşdur. Milli Bank kommersiya banklarına qiymətli kağızlar bazarında fəaliyyət hüququ verir və fəaliyyətə nəzarət edir. Eyni zamanda, Milli Bank dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə baş agent kimi çıxış edir. Lakin, onların buraxılışına tam həcmdə və vaxtında geri alınmasına görə məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. Yerli (bələdiyyə) qiymətli kağızların buraxılışı haqqında qərar "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və bələdiyyələrin nizamnamələrinə müvafiq qəbul olunur, buraxılışın tənzimlənməsi isə QKDK tərəfindən həyata keçirilir.

Təsərrüfatçılığın bazar əsaslarına keçilməsi ilə təkcə müəssisə rəhbərlərinin deyil, idarəetmədə ikinci dərəcəli rol oynayan maliyyə menecerlərinin də rolu son dərəcə artır. Maliyyə mənbələrinin axtarılıb tapılması və təmərküzləşdirilməsi, daha səmərəli istiqamətlərə yönəldilməsi, qiymətli kağızlarla aparılan əməliyyatlar və maliyyə menecmentinin digər cəhətləri bazar iqtisadiyyatı şəraitində müəssisələrin maliyyə xidmətləri üçün həlledici məsələlərdir.

Maliyyə menecmentinin düzgün təşkili ən sərfəli şərtlərlə əlavə maliyyə ehtiyatları cəlb etməyə, onları daha böyük səmərə ilə investisiya qoyuluşuna yönəltməyə, maliyyə bazarında qiymətli kağızlar alıb-satmaqla gəlirli əməliyyatlar həyata keçirməyə imkan verir. Sonuncu məsələ inkişaf etmiş müəssisələr üçün çox mühüm əhəmiyyət kəsb edir. Maliyyə bazarında uğurlu əməliyyatlar aparmaq hərtərəfli bilik, zəngin təcrübə və erudisiya tələb edir.

Müəssisələrdəki maliyyə xidməti işçiləri maliyyə bazarını öyrənməli, qiymətli kağızların müxtəlif növlərinə olan tələbi, bazarın fəaliyyətində baş verə biləcək dəyişiklikləri təhlil etməlidirlər.
4. Maliyyə menecmentinin planlaşdırılması – Bazar iqtisadiyyatı şəraitində biznesin idarə edilməsi xeyli mürəkkəbləşir. İstehsal fondlarının genişlənməkdə olan dövriyyəsinin maliyyə ehtiyatları ilə fasiləsiz və tam təminatı üçün planlaşdırma son dərəcə vacib bir işdir. Biznesin planlaşdırılması sistemində maliyyə planlaşdırması mühüm yer tutur, lakin bu, köhnə iqtisadi sistemdəki planlaşdırmadan köklü surətdə fərqlənir. Burada söhbət mərkəzləşdirilmiş qaydada müəyyən olunan planlardan deyil, demokratik prinsiplərə əsaslanan, çoxukladlı mülkiyyət formaları şəraitində fəaliyyət göstərən müəssisələrin özlərinin müəyyən müddət üçün sərbəst tərtib etdikləri planlardan gedir.

İnkişaf etmiş ölkələrdə biznes planı əhatə dairəsindən asılı olmayaraq bütün müəssisələrdə tutulur və onların fəaliyyət istiqamətlərini müəyyənləşdirir. İqtisadi inkişaf səviyyələri nə qədər yüksək olsa da, həmin ölkələrdə maliyyə planlaşdırması öz əhəmiyyətini itirmir və daim təkmilləşməkdə davam edir.

Maliyyə və təsərrüfat azadlığı şəraitində müəssisələr planlaşdırmadan öz fəaliyyətlərinin səmərəsini daha da yüksəltmək məqsədilə istifadə edirlər. Buna görə də maliyyə planlaşdırması prosesində müəssisənin daxili ehtiyatlarının daha da çoxaldılmasına, istehsal güclərindən daha yüksək məhsuldarlıqla istifadə olunmasına, material, əmək və pul ehtiyatlarının daha rentabelli şəkildə işlədilməsinə, istehsalın ən yaxşı təşkilinə və s. xüsusi diqqət yetirilir.

Bazar münasibətlərinə keçid maliyyə planlaşdırılması metoduna əsaslanır. Xatırladaq ki, keçid dövründə mülkiyyət münasibətləri dəyişir, istehsal prosesində çətinliklər yaranır. Bazarın yaxın gələcəkdəki vəziyyəti və müəssisənin fəaliyətinin bazar dinamikasına uyğunluğu yetərincə dəqiq hesablanarsa, onda daha uzaq perspektivdə baş verə biləcək prosesləri də proqnozlaşdırmaq olar. Buna görə də maliyyə planlaşdırması bir tərəfdən müəssisənin yaxın gələcək üçün maliyyə göstəricilərinin dəqiq hesablanmasını, digər tərəfdən isə inandırıcı və çoxtərəfli xarakter daşıyan proqnoz hesablamalarını əhatə edir.

Birillik müddəti əhatə edən maliyyə prosesləri müəssisənin gəlirlər və xərclər balansı formasında əvvəlcədən pul hesabı ilə qurulan maliyyə planında göstərilir. Bu balans müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri, yığımları və məsrəfləri əks etdirir. Belə bir planın tərtib edilməsi müəssisənin fəaliyyətinin bütün tərəflərinin nəzərə alınmasını, bu zaman istehsal, məişət, investisiya, sosial sahə və s. ilə bağlı olan müvafiq göstəricilərdən istifadə olunmasını tələb edir.

Ümumi maliyyə nəticələrini, mənfəət və zərərləri, həmçinin buraya daxil olan büdcəyə və büdcədənkənar fondlara ödənişləri, ehtiyat fondunun böyüklüyünü, xalis mənfəəti, maliyyə bazarında toplanmış maliyyə ehtiyatlarını və onlardan istifadə istiqamətlərini yalnız bu məlumatlar əsasında dəqiq hesablamaq mümkündür.

Bu balansı hazırlayarkən müəssisələrin maliyyə xidmətləri bir sıra prinsiplərə, göstəricilərə və maliyyə normalarına əməl etməlidirlər. İlk növbədə maliyyə göstəriciləri və normaları hesablanır, onlar başqa plan göstəriciləri ilə əlaqələndirilir. Məsələ burasındadır ki, iqtisadiyyatın mərkəzləşdirilmiş amirlik sistemi ilə idarə olunduğu keçmiş dövrdən fərqli olaraq bazar iqtisadiyyatı şəraitində əsas maliyyə göstəricilərini və normalarını araşdırmağa yardımçı ola biləcək konkret və dəqiq göstəriciləri müəyyənləşdirmək mümkün deyil. Bir çox göstəricilər bazarın diktəsi ilə müəyyənləşdirilir. Maliyyə planlaşdırılması zamanı cari dəyər, gələcək dəyər, inflyasiya səviyyəsi kimi göstəricilər böyük önəm kəsb etsə də, onlar bazar səviyyəsinin təsiri ilə tez-tez dəyişilir. Borc vəsaitləri norması (leverage ratio), likvidlik, rentabellilik və gəlirlilik normaları, bazar dəyəri norması kimi maliyyə normalarını bilmədən korporasiyalarda maliyyə planlaşdırmasını səmərəli şəkildə həyata keçirmək mümkün deyil. Borc vəsaitləri norması şirkətin börc yükünün nə qədər olduğunu bildirir. Bu norma uzunmüddətli borcların və lizinq dəyərinin uzunmüddətli borcların məbləğinə, lizinqin və səhmin (yaxud uzunmüddətli borcların) dəyərlərinin səhmin dəyərinə olan nisbəti ilə müəyyən edilir. Likvidlik norması şirkətin mövcud aktivləri hansı tezliklə nağdlaşdıra biləcəyini göstərir. Bu göstərici xalis cari aktivlərin ümumi aktivlərə, yaxud cari aktivlərin cari öhdəliklərə nisbəti ilə tapılır. Rentabellilik və gəlirlilik norması müəssisə aktivlərinin səmərəliliyini və gəlirlilik səviyyəsini göstərir. Bu istiqamət üzrə müxtəlif göstəricilər hesablanır. Bazar dəyəri norması investorların müəssisə aktivlərini qiymətləndirmə səviyyəsini əks etdirir. Bu norma bir səhm dividendinin aksiyanın dəyərinə, yaxud səhmin dəyərinin bir səhmin balans dəyərinə nisbəti ilə ölçülür. Maliyyə göstəricilərinə və normalarına dair məlumatların hesablanması üçün müxtəlif iqtisadçılar bu istiqamətdə maliyyə planının ayrı-ayrı göstəricilərinin səviyyəsini müxtəlif bucaqlardan əks etdirən müxtəlif norma və göstəricilər təklif edirlər.

Maliyyə göstəriciləri haqq-hesaba vurulandan sonra bütövlükdə bir neçə istiqamət əsasında tərtib olunan maliyyə planının layihəsi hazırlanır:




  1. Yüklə 362 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin