Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 52,67 Kb.
səhifə1/21
tarix01.01.2022
ölçüsü52,67 Kb.
#105491
  1   2   3   4   5   6   7   8   9   ...   21

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ



AZƏRBAYCAN TURİZM İNSTİTUTU
Turizm biznesinin təşkili və texnologiyası kafedrası

"TURIZMIN ƏSASLARI" fənnindən


“Türkiyə timsalında dünya turizminin inkişafı” mövzusunda

KURS İŞİ

Turizm və otelçilik” ixtisası üzrə əyani şöbənin



I kurs tələbəsi Fidan Firudinli

Müəllim: BAHADUR BİLALOV




BAKI-2009


PLAN

Giriş.
I FƏSİL. Türkiyə turizmi. Türkiyənin turizm mərkəzləri.
Türkiyə turizmi haqqında ümumi məlumat.
Türkiyənin tanınmış turizm mərkəzləri.
Türkiyədə turizm sənayesi.
II FƏSİL. Türkiyədə inkişaf etdirilən turizm növləri.

Türkiyənin bir sıra turizm növləri.

Türkiyənin əsas kurortları.

Nəticə.


GİRİŞ

Ümumiyyətlə, turizm fransız mənşəli söz olub, mənası “səyahət,səfər etmək” deməkdir.Qeyd edək ki, müasir turizmin banisi Tomas Kukdur.Turizm potensialına malik hər bir ölkə turizmin inkişafına böyük diqqət və qayğı göstərir, o cümlədən, Türkiyə. Dünya turizminin tərkib hissəsi sayılan Türkiyə turizmi günü-gündən inkişaf edir.

“Türkiyə timsalında dünya turizminin inkişafı” mövzusuda yazdığım kurs işi iki fəsildən ibarətdir. I fəsildə Türkiyə turizmi və Türkiyə turizm mərkəzləri haqqındadır. Bu fəsildə Türkiyə və Türkiyə turizminin tarixi, eyni zamanda ölkənin turizm mərkəzləri haqqında ümumi məlumat vermişəm. Hamıya məlumdur ki, Türkiyənin İstanbul, Ankara, Antalya və digər iri turizm mərkəzlərində turizm sürətlə inkişaf edir.Maddi-mənəvi dəyərlərə malik bu bölgələr bütün dünyada məşhurdur.Həmçinin, fəsildə Türkiyənin turizm sənayesinin inkişafında həyata keçirdiyi tədbirlər haqqında bir sıra məlumatları əks etdirmişəm. Bildiyimiz kimi, Türkiyə dövləti turizm sənayesinin inkişafına və bu sahə üçün ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirir.

II fəsildə isə qeyd etdiyim məlumatlar, əsasən, Türkiyənin əsas kurort yerləri və turizm növləri barəsindədir. Məsələn, ölkədə inkişaf etdirilən mağara, sağlamlıq, yayla, dağ və qış turizm növləri, o cümlədən, qolf, dini, alpinizm, ov turizm növləri turistlərin böyük marağına səbəb olur.

Beləliklə, Türkiyədə turizm sahəsində böyük irəliləyişlər əldə olunmuşdur.Eyni zamanda turizm Türkiyə iqtisadiyyatına da təsir göstərir. Belə ki, turizm sahəsindən əldə etdiyi gəlirlər hesabına onun iqtisadiyyatı da inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda Türkiyə qabaqcıl ölkələr sırasındadır.



Yüklə 52,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin