Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 52,67 Kb.
səhifə5/21
tarix01.01.2022
ölçüsü52,67 Kb.
#105491
1   2   3   4   5   6   7   8   9   ...   21
İstanbul turizm mərkəzi

Bosfor boğazının hər iki sahilində, Qızıl Buynuz buxtası və Mərmərə dənizinin şimal-şərq hissəsini əhatə edən İstanbul, nəinki Türkiyənin,Yaxın və Orta Şərqin, hətta dünyanın ən böyük və ən gözəl şəhərlərindən hesab olunur.Qızıl Buynuz buxtası şəhəri iki yerə bölür: qədim və yeni şəhər:İstanbulun Asiya və Avropa

hissələri arasında əlaqə körpülər,katerlər vasitəsilə həyata keçirilir. İmperator sarayının,Cıdır meydanının şəhərin qala divarlarının qalıqları möhtəşəm,gümbəzli kilsə tikililəri, o cümlədən Bizans memarlığının gözəl nümunəsi olan Aya Sofiya məbədi İstanbulda bizans dövrünün gözəgəlimli tarixi-memarlıq abidələrindəndir.Aya Sofiya məbədi 537-ci ildə tikilmiş, 15-ci əsrdə məscidə çevrilmiş,1935-ci ildən muzey kimi fəaliyyət göstərir.Bəyazidiyyə(1506), Süleymaniyyə(16-cı əsr), və Əhmədiyyə(Göy məscid-1616) məscidləri türk memarlığının gözəl nümunələridir.Şəhərin görməli yerləri arasında Yeddi Gümbəz qəsri, Qalat qülləsi(5-ci əsr) xüsusilə seçilir.

İstanbulda bir sıra muzeylər, o cümlədən türk silahlarının, sultanlara məxsus qiymətli əşyaların, tətbiqi incəsənət əsərlərinin və Məhəmməd peyğəmbərə (S) məxsus əşyaların zəngin koleksiyası toplanmış Top Qapı muzeyi, Qədim Dünya abidələri və Qədim Şərq abidələri muzeyləri fəaliyyət göstərir.İstanbul muzeylərindən biri olan Dolma Baxça sarayında çox qiymətli və əntiq əşyalar toplanmışdır.Rus padşahı Nikolayın Sultana bəxş etdiyi və çəkisi 4500 kq olan çılçıraq bu əşyalardan biridir.

İstanbul bazarları və karvansaraları da turistlərin diqqətindən yayınmır.Şəhərin və eləcə də bütün Türkiyənin ən böyük bazarı olan Qapalı Çarşı bir neçə məhəllədə yerləşir.Bazarın içərisində olan irili-xırdalı dükanların sayı 4 minə yaxındır.Bu bazarda dükanlarla yanaşı kafelər, restoranlar, banklar da fəaliyyət göstərir.Türkiyənin ən böyük karvansarası da İstanbuldadır.Əvvəllər burada eyni vaxtda 1000-dən artıq at və qatır yerləşə bilərdi.İndi bu karvansarada yerli sənətkarların emalatxanaları yerləşir.



Yüklə 52,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin