Gəncə 1941-1945 illərdə
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. "Barbarossa planı"na görə alman ordusu ildırım sürətilə Sovet ordusuna ağır zərbələr endirməli, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi. Almaniyanın işğalçılıq planında Azərbaycan xüsusi yer tuturdu. Azərbaycanın sərvətləri, Qərb və Şərq arasındakı əlverişli strateji coğrafi mövqeyi faşistlərin diqqətini cəlb edirdi.
Müharibənin ilk günlərindən Azərbaycan xalqı da SSRİ-nin başqa xalqları ilə birlikdə işğalçılara qarşı mübarizəyə qalxdı.Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar ya-radıldı.
Müharibə illərində Azərbaycan zəhmətkeşləri ölkənin müdafiə fonduna 15 kq qızıl, 1000 kq gümüş, tank kolon-nası və təyyarə eskadrilyasının təşkili fonduna 230 mln. manat, 75 mln. ton neft, 5 mln. tondan artıq benzin ver-mişdilər.
Müharibənin ilk günlərindən minlərlə Azərbaycan və-təndaşı cəbhələrdə düşmənə qarşı mərdliklə vuruşurdu. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında gedən dö-yüşlərdə kiçik leytenant İsrafil Məmmədov böyük qəhrəmanlıq göstərdi və azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Müasir dövr şöbəsinin II dünya müharibəsinə aid salonunda İ.Məmmədovun büstü, onun şəxsi əşyaları və foto şəkilləri verilmişdir.
Ağır döyüşlərdə əsir düşmüş və faşist əsir düşərgələrinə salınmış əsirlərin çoxu əsarətdən qurtulmaq üçün mübarizəni davam etdirir, düşərgədən qaçıb partizanlara qoşulurdu. Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatlarında da iştirak edirdilər. Ekspozisiyamızda partizan hərəkatlarında iştirak etmiş Hümmət Namazovun, Qəhrəman Əsgərovun, M. Qulubəyovun, Mirdaməd Seyidovun, İsgəndər Orucovun, Zülfüqar Məmmədovun foto şəkilləri və dövrü mətbuatda onların haqqında məqalələr verilmişdir.
Dostları ilə paylaş: |