AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ QISAMÜDDƏTLİ NOTLARININ E M İ S S İY A P R O S P E K T İ
Emitentin tam adı və hüquqi ünvanı: Azərbaycan Respublikası Mərkəzi Bankı;
AZ 1014, Bakı şəhəri, R.Behbudov küç., 90.
Qısamüddətli notların buraxılışı haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul etmiş orqanın adı:26 dekabr 2016-cı il, Mərkəzi Bankın İdarə Heyəti
Qısamüddətli notların buraxılacağı təqvim ili: 2017-ci il
Notların nominal dəyər üzrə ümumi məbləği: 260 000 000 manat
Qısamüddətli notların nominal dəyəri: 100 manat
Buraxılan qısamüddətli notların sayı: 2 600 000 ədəd
Hər bir qısamüddətli notla təsbit edilən hüquqlar: notun sahibinotun ödənilməsi tarixindəemitentdən notun nominal dəyərini almaq hüququna malikdir. Qısamüddətli notlarla alqı-satqı, girov, REPO və digər əqdlər bağlanıla bilər.
İlkin yerləşdirilmə zamanı təqdim edilə biləcək qeyri-rəqabətli sifarişlər üzrə limitin həcmi: hər bir buraxılış üzrə Mərkəzi Bank tərəfindən müəyyən olunur.
Alıcıların qısamüddətli notları ala biləcəkləri yer: “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti; Bakı şəhəri, Bül-Bül pr., 19 və ya Azərbaycan Respublikasının Mərkəzi Bankı (Blumberq Ticarət Platformasında).
Qısamüddətli notların uçotu və onlara olan hüquqların keçməsi üzrə xidmətləri göstərən depozitar: “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti; Bakı şəhəri, Bül-Bül pr., 19
Azərbaycan Respublikası Mərkəzi Bankınınsədrinin müavini