Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Terminologiya məsələləri. Bakı, Elm, 2015, 172 səh



Yüklə 1,16 Mb.
səhifə2/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   2   3   4   5   6   7   8   9   ...   76
Terminologiya məsələləri. Bakı, Elm, 2015, 172 səh.
ISBN 5-8066-1711-4

460200000

655(07)-2015
Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnsti­tu­tu,“Ter­mi­no­lo­gi­ya məsələləri”. əlaqə: 510-20-56; http://www.terminologiya.org; e-mail: sayalisadigova@ yahoo.com.



© «Elm» nəşriyyatı, 2015
ÖN SÖZ
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quru­cu­luq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyasının davamlı həya­ta keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqti­sadi və milli-mənəvi inkişafına, ölkənin beynəl­xalq aləmə fəal inteq­ra­­si­yasına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorun­masına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqa­mət­lərindən biridir.

Müasir cəmiyyətdə elmlər ümumi xarakter kəsb etməklə müxtəlif sahə­­­lərə bölünür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar siste­mi­nin formalaşması elm sahələrində müəyyən terminlər sisteminin yaran­­ma­sına səbəb olur. Ayrı-ayrı bilik sahələrinə aid terminlərə xas olan xüsu­­siy­yətlərin ümumi cəhətləri xüsusi olaraq, yəni müstəqil şəkil­də onla­rın öyrənilməsini tələb edir.



Müasir dövrdə yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteq­­rasiya, qarşılıqlı əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin bir çox fəaliyyət sahə­lə­ri­nə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın əsa­sını təşkil edən terminologiya dəyişir, yeniləşir. Elmi-texniki tərəqqi, icti­­mai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyiş­mə­si­ni və inkişafını şərtləndirir. Cəmiyyətdə baş verən yeniliklər ictimai hadisə­ olan dildə əks olunur. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan prob­lem­lərdən başlıcasi da terminologiyada baş verən dəyişiklikləri nə­zərə alaraq, onun inkişafını düzgün istiqamət­lən­dir­mək­dir. Son illər cəmiy­yətdə sürətlə gedən inkişaf yeni biliklərə qısa zaman­da yiyələn­mə­yi tələb edir. Elm və texnikanın inkişafı, ona uyğun yeni sahələrin, istiqa­mət­­lərin yaranması, elmin müx­tə­lif sahələrinin bir-birinə qovuşması, yeni terminlərin və anlayışların yaran­masına səbəb olur. Ona görə də bu sahələri əhatə edən, müasir elm və texnikanın tələblərinə cavab verən lüğətlərin və ensiklope­di­ya­la­rın nəş­ri zamanın tələbatına çev­ril­mişdir. Bütün bu vəzifələrin həll edilməsi sürət­lə qloballaşan, bütöv­ləşən bəşəri elmi-texniki areala qovuşan Azər­bay­can el­minin və elmi dilinin inkişafının tənzimlən­mə­sin­də mühüm ad­dım­­dır. Bu baxımdan termi­no­­logiyanın aktual problemlərini həll etmək, baş verən dəyişik­lik­ləri nizama salmaq qarşıda duran ən vacib prob­lem­lər­dəndir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin