Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,16 Mb.
səhifə22/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

Bəzi tədqiqatlarda endoforanın üç alt qrupları qeyd olunur: anafora, katafora və özünə- referensiya [12]. Anafora və katafora ilə yanaşı “ self-reference” kimi “özünə istinad” yaxud “ özünə- referensiya” da endoforanın III növü kimi göstərilir. Deməli, anafora geri istinad, katafora irəli istinad, III altqrup kimi qəbul edilən isə özünə istinad kini səciyyələnir. Ə. Abdullayev linqvistik termin olaraq referensiaynın dildə işlənməsinin məqsədini belə səciyyələndirir: “müxtəlif obyektləri, ayrı-ayrı cisimləri, xassələri, münasibət və faktları, onların həqiqi qiymətlərini müəyyən obyektiv aləmdə qeyd etmək üçün sözlər və ya refrensial ifadələr işlədilir” [13, 163].


Endoforaya əks olan termin kimi eksofora işlənir. Əgər endofora mətn daxilində əlaqənin reallaşdıran dilçilik hadisəsidirsə, eksofora mətndən xaricdə olandır. Eksofora endoforadan fərqli olaraq diskurs çərçivəsindəki, yəni mətnin içərisində baş verən irəli və geri istinad olaraq əvəzliklə hər hansı bir sözün əvəzlənməsi olmayıb, mətndən kənarda [14], mürəkkəb sintaktik bütövün sərhədlərindən, hüdudlarından xaricdə olan, daha geniş və zahiri kontekstin bir hissəsi əvəzində işlənmək üçün qəbul edilən termindir. Məsələn:

“He is sitting on the bench.” cümləsinə nəzər salaq. Bu cümləyə əgər ayrıca, mətnin içərisində deyil, ayrı şəkildə rast gəlinərsə, onda buradakı “he” (o) III şəxs tək əvəzliyi oxucuya hələ məlumat verilməyən bir şəxsə aid olur və eksoforik ifadə kimi işlənir. Başqa sözlə desək, mətndə “he” şəxs əvəzliyinin ayrılıqda kimə istinad etdiyini göstərən yetərli məlumat olmur. “He” əvəzliyini işlətməklə yazıçı ya oxucuların əvvəldən bu şəxslə bağlı məlumatlı olduğunu düşünə bilər, ya da özü dinləyicilərinə həmin şəxsi göstərmək niyyətində ola bilər. Hər iki halda “he” əvəzliyinin işarələdiyi şəxs haqqında mətndə əvvəlcədən məlumat verilmir və buradan bəlli olur ki, eksoforik termin dəqiq mənası əvvəlcədən deyil, daha sonra açıla bilən sözdür. Beləliklə, əgər endoforik əlaqə özünün hər iki formasında, yəni həm geri istinad olaraq anafora, həm də əvvələ istinad olaraq katafora formalarında yalnız mətn içərisində təzahür edirsə, eksofora mətn xaricində, əlahiddə şəkildə, daha böyük kontekst çərçivəsində olur. Məsələn:

"Whenever the people are well-informed, they can be trusted with their own government."(Thomas Jefferson) (O zaman ki, insanları yaxşı məlumatlandırırlar, onlar öz hökumətlərinə inandırıla bilərlər)."Human beings are the only creatures on earth that allow their children to come back home." (Bill Cosby) (İnsanlar yer kürəsində yeganə varlıqlardır ki, öz balalarına geri evə qayıtmağa icazə verirlər) [14].

Yuxarıda verilmiş cümlələrdəki əvəzlikli təkrarlar mürəkkəb sintaktik bütövük komponentlərini deyil, daha böyük mətnə aid olan eksoforik təkrarlardır. Çünki, bu təkrarların anlaşılması insanın birbaşa dünyəvi və mədəni bilgiləri sayəsində mümkünləşir.

Eksoforik təkrarların bir növü kimi homofora [15] dilçilik termini kimi işləkliyi ilə diqqəti cəlb edir. Homofora xüsusi bir kontekstin səciyyəvi xüsusiyyətlərindən daha böyük mədəni bilgilər və digər ümumi biliklərdən asılı olan referensiya, istinad, aidiyyət formasıdır [16]. Bəzən mətn xaricində deyil, elə mətn daxilində aydın və ciddi tərzdə öz izahını tapmayan, əvvəl və yaxud da sonra aydınlaşdırılmayan bir istinad bəndinə rast gəlinir. Belə bir fikrin anlaşılması insanın özünün mədəni və dünyəvi biliyi sayəsində özünə istinad sayəsində anlaşılır və başa düşülür. Homofora kimi qəbul edilən bu terminin izahına nümunə əsasında nəzər yetirək. Məsələn, “the Queen” birləşməsinın mənasını yalnız həmin ölkədə olarkən danışılan zaman kimə aid olduğu müəyyənləşdirilə bilər. Danışanın yerləşdiyi məkan söhbətin dünyada olan digər kraliçalardan getdiyini deyil, həmin ölkənin kraliçasına aid olduğunu bildirir. Əvəzliklərdə olan homoforik istinad, yaxud referensiya dedikdə bəzən “o yaradandır”, “o hər şeyə qadirdir”, “o bağışlayandır” kəlməllərindəki “o” əvəzliyi ilə uca “Allah” kəlməsinin nəzərdə tutulduğu insanın dini, dünyəvi və mədəni bilikləri əsasında başa düşülür.

Beləliklə, yuxarıda nəzərdən keçirdiyimiz geri, yəni əvvəlki mətnə istinad olan anaforanın, irəli istinad, yəni sonrakı mətnə aid olan kataforanın hiperonimi və superordinatı endofora mətn daxilində olan bağlılığı, komponentlərin əlaqələnməsini, yəni koheziyanı yaradan termin kimi səciyyələnərkən, onun tam əksi kimi eksofora mətndən xaricdə daha döyük kontekstlərdə öz təzahürünü tapır. Bu terminlərin yetərincə izahı bu dil hadisələri arasındakı fərqi və müxtəlifliyi daha da aydın olaraq göstərir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin