Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,16 Mb.
səhifə54/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   50   51   52   53   54   55   56   57   ...   76
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu

Rəyçilər: filologiya elmləri doktoru İ.Tahirov

filologiya üzrə fəlsəfə doktoru İ.Abdullayeva

İradə Qəniyeva

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TOPONİM TƏRKİBLİ FRAZEOLOJİ İFADƏLƏR
Açar sözlər: dillər, toponimlər, frazeoloji ifadələr, kommunikativ, tərkib

Ключевые слова: языки, топонимы, фразеологические выражения, коммуникативный, компонент.

Key words: languages, toponyms, idiomatic expressions, communicative, component.
Toponimlər dildə və nitqdə coğrafi obyekt, yaşayış məskəni adı bildirməklə yanaşı, həm ayrılıqda, həm də frazeoloji vahidlərin tərkibində işlənərək məcazi mənalar ifadə edir. İstər Azərbaycan, istərsə də ingilis dillərində işlənən toponim tərkibli frazeoloji vahidlərdə özünü göstərən obraz­lılıq, emosionallıq, informativlik, ekspressivlik, yığcamlıq, sərrastlıq, ahəngdarlıq və s. kimi xüsusiyyətlər onları həm dil, həm də nitq nümunələrinə çevir­mişdir. Frazeoloji vahidlərin komponentləri müstəqil mənadan məhrum olub, ümumi bir mənanın yaranmasına xidmət edir. Hər iki dildəki frazeoloji vahidlərin bir qismi xalq tərəfindən digər bir qismi isə yazıçılar tərəfindən yaradılmışdır. Onlardan idiomlar, atalar sözləri, zərbi-məsəllər xalq yaradıcılığının, aforizmlər, ibarələr və hikmətli sözlər isə sənətkar yaradıcı­lı­ğı­nın məhsuludur.

Xalq öz ağıllı və müdrik sözlərinin məna dərinliyinə fikir verdiyi kimi ifadə formasını da gözəlləşdirmişdir. Atalar sözləri, xalq məsəlləri və idiomların tərkibini təşkil edən səslərin və sözlərin yaratdığı ahəngdarlıq, melodiya, daxili qafiyə, vəzn və s. oxucuya ləzzət verir, onun estetik zövqünü oxşayır. Bu poetik keyfiyyətlər bədii əsərin əsas tələbləri, ümumi ahəngi ilə birləşərkən daha təsirli olur. [2, s.140]

a) Azərbaycan dilində tərkibində yer, məkan bildirən sözlər işlənən frazeoloji vahidlərdə konkret yer adlarına ingilis dilli vahidlərlə müqayisədə daha az təsadüf olunur. Azərbaycan dilindəki belə sabit birləşmələrin əksəriyyətində ümumi yer – məkan nəzərdə tutulur. Misallara müraciət edək:

Dərə xəlvət, tülkü bəy.

Dağdan, dərədən danışmaq.

Elə bil alçaq dağları bu yaradıb.

Ağır gedən dağlar aşar.

b) İngilis dilində isə belə frazeoloji ifadələrə misal olaraq aşağıdakıları göstər­mək olar:

to the same reason that Aberdeenshire cats never drink milk – imkan xaricində olmaq

the black bear in Ardenqorxu yaradan

has gone over Assford [Asfordby] Bridge backwards – tərsinə iş görmək

carry (send) owls to Athens – mənasız iş görmək.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin