Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,16 Mb.
səhifə50/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   46   47   48   49   50   51   52   53   ...   76
«Yelkən» konsepti ilə yaranan dənizçiliyə dair frazeoloji ifadələr: *under canvas (yelkən altında); A small ship doesn’t ask deep waters (Yelkəni sınmış gəmiyə nə xəzri, nə gilavar tuş gələr); To give oneself up\to give in\to resign oneself to someone or smth- (*yelkəni suya salmaq-bir kəsə təslim olmaq).

Yelkəni suya vermək- yelkəni suya salmaq sinonim frazeoloji variantlardır (2: 900, 901).

Həmin adlardan biri sail-yelkən, yelkənli gəmi; üzmə; boat (s) sail-qayıq yelkəni; crossing jack sail-arxa qrot; stay sail; lower\to strike-yelkəni endirmək; hoist\to set-yelkəni qaldırmaq, açmaq; sail round the world- dünya səyahətinə çıxmaq (yelkənli gəmi ilə); azərbaycan dilində «yelkən gəmi» işlədilir. «Yelkən» sözü azərbaycan dilində bir neçə mənada işlədilir. Həmin mənalar izahlı lüğətdə bu cür əks olunmuşdur: 1.Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq. Yelkən açmaq (qaldırmaq)-yelkənləri açıb hərəkət etmək, yola düşmək. Yelkən gəmisi-yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq). Yelkənləri endirmək-hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq; 2. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. 3.Badban, çərpələng. Yelkən uçurtmaq.(3:529).

İngilis dilində «graff-sail» çəp yelkən anlamındadır.

İngilis dilində «sail» (yelkən) termini ilə əlaqədar xeyli sayda ifadələr yaradılmışdır: sailboad-yelkənli qayıq; sail-burton-yelkən yığan tal ipi; sailcloth-parusun (qalın kətan parça); sailcraft-yelkənli qayıq; sail-hook-yelkən qarmağı; sailing-boat-yelkənli qayıq; sailing-ship-yelkənli gəmsi; yelkənli qayıq; sailless- yelkənsiz; sail-loft-yelkən atelyesi; sailmaker-yelkən ustası; sailmaking-yelkən istehsalı; Yelkənli qayıqlar da növlərə ayrılır: salapooriah-salapurna (türk yelkənli gəmi), sandbagger-sandbaqqer (yelkənli yarış gəmisi), schuyt-skut (Hollandiya yelkənli gəmisi), serua-serua (hind yelkənli qayığı),

«Dəniz» konsepti vasitəsi ilə yaranan frazeologizmlər. Bunlar atributiv xarakter daşıyır. Məs.: * a good sailor (dəniz xəstəliyinə düçar olmayan insan); müqayisə bildirir: to feel quite at home\to be in ones element\to take to smth. Like a duck to water (dənizdə balıq kimi-öz oylağında olmaq); ritorik sual səciyyəli: why do you look down in the mouth?\why do you pull a long face\ why do you lose heart? (dənizdə gəmilərin batıb?); mürəkkəb cümlə biçimində olur: One is too slow for a funeral.\One is John Qong the carrier (Dənizə getsə, dənizi qurudar); obyekt xarakteri daşıyır: it may or may not come off\its none so sure\its not certain yet\it is still quite up in the air\it is a castle in the air\it is waiting for dead mens shoes (dənizdə balıq sevdası), a drop in the ocean –a drop in the bucket\next to nothing (dənizdə bir damçı) (2: 576).

«Dənizdən çıxmış balığa dönmək» frazeoloji vahidinin mənası belədir: köhnə işindən ayrılıb yeni işinə başlayınca dənizdən çıxmış balığa dönmüşdü.

«Gəmi» konsepti vasitəsi ilə yaranan frazeologizmlər: to puke overboard\to snap (drop, throw) ones cookies\to pump ship (Gəmi tutması (dəniz xəstəliyi); *a bad sailor (dəniz tutmasına düçar olan insan); a ship-timber (gəmi üçün taxta-şalban), *before the mast (gəmiçi kimi (gəmiçinin yeninə), being unjust one argues with someone about\ to chop off the limb of the tree one sits on\to saw off the bough on which one is sitting (gəmidə oturub gəmiçi ilə dava eləmək), what can’t be cured must be endured.\You must grin and bear it.(gəmidə oturub gəmiçi ilə dava etmək olmaz), a miserable\dejected\downcast\crestfallen\down in the chops\down in the dumps\down in the mouth\like a lost soul\with a face as long as a poker\with a hang-dog look on ones face (gəmiləri batmış kimi...) (2:798).


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin