Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,16 Mb.
səhifə8/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   4   5   6   7   8   9   10   11   ...   76
Russian shirt – kosovorotka (boynu (yaxası) bükülən köynək);

Cowboy shirt – kovboyka (köynək növü) – cowboy – çoban adı ilə əlaqədardır.

  1. əşyanın istifadəsinə görə nominasiya:

body – shaper – (to shape one`s body – bədəni düzəltmək söz birləşməsindən əmələ gəlmişdir) – qadın fiqurasini korreksiya edən trikotaj parçadan qrasiya;

windcheater, windbreaker (wind – külək sözündən əmələ gəlmişdir) – plaş.



  1. hərəkətin tərzinə görə nominasiya:

combination (to combine – birləşdirmək sözündən) – kombinasiya;

loose overall (loose – boş sözündən) – balaxon.



  1. yer adı ilə bağlı nominasiya:

Oxford shoes – (Oxford – şəhər adı) – bağları olan ayaqqabı;

İndian sari – hind sarisi (qadınlar üçün geyim növü).



  1. geyim tərzinə görə nominasiya:

underwear (under – alt, wear – geyinmək) – alt paltarı

outer garments (out – çöl, bayır, garments – geyim) – üst paltarları, çöl paltarları.



  1. bu və ya digər hissənin olması və yaxud olmaması ilə əlaqədar nominasiya:

button – through – dress (button – düymə), through – içindən, içərisindən, dress – paltar) – düyməli paltar;

pleated skirt – (pleat – qat, skirt - ətək, yubka) – qat –qatlı ətək, yubka;

pinafore dress (pinafore – önlük) – önlüklü paltar.


  1. əşyanın əlamətlərinə görə nominasiya:

tights – (tight – dar sifətindən əmələ gəlmişdir) – kolqotka;

string – (string – xətt ismindən əmələ gəlmişdir) – stringlər (qadınlar üçün alt paltarı növü);

short coat (short – qısa, coat – palto) – qısa palto;

short fur coat (short – qısa, fur –xəz, coat – palto) – qısa xəz (palto).



  1. geyimin funksiyasına görə nominasiya:

hospital gown – xəstəxana xalatı;

training suit – məşq paltarı;

gym – shoes – idman ayaqqabısı (kedlər);

running – shoes – rahat idman ayaqqabısı (krossovka);

waterproof (coat) – su keçirməyən palto.


  1. yaşa və cinsi mənsubiyyətə görə nominasiya.

Buraya uşaq paltarları – children`s garments, qadın geyimləri – ladie`s clothes və kişi geyimləri – men`s clothes daxildir.

Qeyd etmək lazımdır ki, uşaq paltarları yaşa müvafiq seçilir, onlar tədricən sadədən mürəkkəbə doğru inkişaf edir, məsələn:

nightie – gecə köynəyi (uşaqlar üçün),

diaper, nappy – tuman (çağalar üçün);

baby`s vest – çağalar üçün köynək.

cap – uşaq papağı; bib – döşlük (çağalar üçün).

Qadın geyimləri ingilis dilində öz çoxçeşidliyi və rəngarəngliyi ilə seçilir, məsələn: casual dress, formal dress, summer dress, woolen dress, cocktail dress, low – cut dress, evening dress, evening gown; business suit, pants suit; button – through dress, pinafore dress, house dress; maternity wear, maternity dress;

sweater, jersey, cardigan, jacket, vest;

blouse, shirt, tunic, T – shirt, tank top, halter top;

skirt, miniskirt, long skirt, pleated skirt, black skirt;

pants, slacks, trousers, jeans, denims, shorts;

bathing suit, swimsuit, bikini.

Kişi geyimləri də öz çoxçeşidliyi və rəngarəngliyi ilə seçilir,

məsələn:business suit, three – piece suit, tuxedo, tail coat, tails, black tie, white tie;trousers, slacks, jeans, denims, shorts;

jacket, blazer, vest;

sweater, turtleneck, sweater, pullover, jumper, sweatshirt;

shirt, polo – shirt, T – shirt, tank top;

warm – up suit, training – suit, trunks;

bathing trunks, swimtrunks;

overalls, work clothes, uniform;

Underwear, hosiery, sleepwear, robes;

socks, slouch socks, knee – high socks;

pijamas, sleepshirt, night – gown,

housecoat, robe, bathrole, terry – cloth robe.



  1. İngilis dilində həmçinin geyim adlarında bu və ya digər mövsümlə və ya günün hissəsi ilə əlaqədar olan ikinci dərəcəli nominasiya mövcuddur, məsələn:

winter coat – qış paltosu;

summer clothes – yay paltarı;

winter boots – qış ayaqqabısı;

evening dress – gecə (ziyafət) paltarı;

snow suit – uşaq kombinezonu (qış üçün);

night gown – gecə köynəyi (qadınlar üçün) (Vikipediya – free Encyclopedia).

Qeyd etmək lazımdır ki, həm ingilis, həm də Azərbaycan dillərində geyim adlarında mövsümlə və yaxud günün bu və ya digər hissəsi ilə əlaqədar olan ikinci dərəcəli nominasiya və ya motivləşmə mövcuddur, bu ümumi cəhət kimi çıxış edir. Demək olar ki, hər iki dildə əksər geyim adlarına aşağıdakı təyinləri night – gecə, evening – axşam, morning – səhər, winter – qış, summer – yay artırmaqla, biz artıq motivləşmiş geyim və ayaqqabı adlarını düzəldə bilərik, məsələn:

winter coat, summer dress, evening dress;

qış paltosu, yay paltarı, gecə paltarı.

Yuxarıda verilmiş təsnifata əsasən demək olar ki, nominasiya növləri çoxdur və onların xarakteri müxtəlifdir. İngilis dilindəki geyim adları polisistemi olduqca mürəkkəbdir, motivləşmə üsulları spesifikdir. Belə bir nəticəyə gəlmək olur ki, geyim adları müxtəlif prinsiplərə əsasən verilir və onları da ayrı – ayrı qruplar üzrə ümumiləşdirmək olar. Beləliklə, müəyyən motivləşmiş əlamətlərin ümumiləşdirilməsi nominasiya prinsipinin yaranmasına gətirib çıxarır və bu meyardan çıxış edərək, Azərbaycan dilindəki geyim adlarının aşağıdakı ikinci dərəcəli nominasiya növlərini və yaxud motivasiya prinsiplərini fərqləndiririk:

1) istifadə olunan materiala görə nominasiya:

çit paltar, yun əlcək, xəz palto, dəri gödəkcə, ipək yaylıq, yun jaket, kətan köynək, velvet penjək, maxer şərf.

2) insan bədəninin hissələrinə görə nominasiya:

ayaqqabının burnu, beli kəsik paltar; qolu qısa paltar, qolu uzun paltar, qolsuz paltar, boynu açıq paltar, boynu bağlı paltar, uzunboğaz jaket.



  1. yaş və cinsi mənsubiyyətə görə nominasiya, məsələn:

uşaq paltarı, qadın paltarı, kişi şalvarı, kişi köynəyi, uşaq papağı.

  1. Sosial və milli mənsubiyyətə görə nominasiya:

cərrah xalatı, ləzgi corabı, ləzgi papağı, kazaki papağı, çərkəzi papağı, dənizçi paltarı, hərbi geyim, polis geyimi və s.

  1. geyimin istifadəsinə görə nominasiya: ev paltarı, ziyafət paltarı, toy paltarı, iş paltarı, çimərlik paltarı.

  2. ilin fəsillərinə görə nominasiya: qış paltosu, yay paltarı, qış ayaqqabısı.

  3. geyimin bu və ya digər hissəsində yerləşən detalına görə nominasiya, məsələsi: ön kökatma (paltarda), arxa cib, ön cib, qat-qat ətək.

  4. geyimin bir hissəsinin bütöv geyim vasitəsilə adlandırılması, məsələn: şalvar balağu, papaq bağı, balağın aşağısı, qolun ağzı, ayaqqabı bağı, paltarın ətəyi.

  5. geyimin funksiyasına görə nominasiya: məşq paltarı, balet paltarı, idman ayaqqabısı, xəstəxana xalatı və s.

  6. geyimin formasına əsasən adlandırma, məsələn:

yaxası açıq paltar, uzunboğaz qofta, yaxası bağlı paltar, düz paltar, beli kəsik paltar, klyoş ətək (gen ətək).

  1. ölçü və kəmiyyətə görə nominasiya: əlli iki ölçüdə papaq, qırx altı ölçüdə gödəkcə, əlli ölçüdə paltar.

  2. müəyyən əlamətlərə və keyfiyyətə görə nominasiya:

saya (bir rəngli) paltar, astarlı pencək, xal-xal jaket, zolaqlı penjək, rəngbərəng paltar, bağlı ayaqqabı, açıq ayaqqabı.

  1. peşə və sənət ilə əlaqədar olan nominasiya: həkim xalatı, cərrah xalatı, rəqqasə paltarı, gimnast paltarı, güləşçi geyimi, idmançı paltarı, dənizçi geyimi, aşpaz paltarı, polis geyimi.

  2. səs təqlidi nəticəsində yaranmış geyim (ayaqqabı) adları, məsələn: şapşap.

  3. iş prosesi ilə əlaqədar nominasiya. Bu adlandırma bilavasitə üç qrupa ayrılır:

1. prosesi bildirən nominasiya: tikmə, büzmə, naxış vurma, toxuma, yunu əyirmə və s.

2. geyimlə əlaqədar olan sənətləri bildirən nominasiya: toxucu, dərzi (paltar tikən), çəkməçi və s.

3. sənət bildirən leksik vahidlər: papaqçılıq və s.

16) yer adları ilə bağlı nominasiya: Gəncə, Basqal, Şəki, Nerati kəlayağıları, panama – papaq növü (Panama ölkəsinin adından götürülmüşdür, rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir).

Beləliklə, ingilis və Azərbaycan dillərindəki geyim adlarının semantik zonalara və yaxud motivləşmə prinsiplərinə əsasın kontrastiv təhlili göstərir ki, hər iki dildə geyim adlarında ümumi xüsusiyyətlər təzahür etsə də, hər iki müqayisə olunan dil həmçinin spesifik xüsusiyyətlərə malikdir. Məsələn, ingilis dilində səs təqlidi nəticəsində yaranmış geyim adı mövcud deyil, halbuki Azərbaycan dilində şapşapı səs təqlidi nəticəsində əmələ gəlmişdir. Azərbaycan dili geyim adlarında əsas motivləşmə əlaməti kimi geyimin funksionallığını ön plana çəkir. İngilis dilində, Azərbaycan dilində olduğu kimi geyimin materialı, forması və geyim tərzi böyük əhəmiyyət kəsb edir. Geyimlərin forması hər iki dildə olduqca tutumlu sistem təşkil edir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin