3.2. “İcraçı”nın öhdəlikləri:
3.2.1. Radiorabitə şəbəkəsi üçün Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarına əsasən radiotezlikləri təyin edir;
3.2.2. Ödənişlər aparıldıqdan sonra cari ilin sonunadək REV-in istismarı üçün icazə vərəqi verir;
3.2.3. Ayrılmış radiotezliklərin və radiorabitə vasitələrinin qeydiyyatını aparır;
3.2.4. Radiorabitə şəbəkəsinə təsir edən radiomaneə mənbələrini ”Sifarişçi”nin rəsmi müraciətinə əsasən araşdırır və aradan qaldırılması üzrə qanunvericiliyə uyğun tədbirləri həyata keçirir;
3.2.5. Radiotezliklərdən, çağırış siqnallarından düzgün istifadə olunmasına nəzarət edir;
3.2.6. “Sifarışçi” tərəfindən təqdim edilmiş məktub əsasında hər hansı REV-in istismarı dayandırıldıqda, həmin avadanlıqların “Sifarişçi”nin nümayəndəsi ilə nömrəli möhürlərlə möhürlənməsini təmin edir;
3.2.7. Avadanlıqların istismarının dayandırılması və möhürlənməsi “Sifarişçi” tərəfindən öhdəliklərin pozulduğu halda da aparılır;
Dostları ilə paylaş: |