2. Müqavilənin dili Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda, müqavilə beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
3. Tərəflərin öhdəlikləri
3.1. “Sifarişçi”nin öhdəlikləri: Radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini “İcraçı”ya təqdim edir;
Radiorabitə şəbəkəsində olan bütün dəyişikliklər haqqında “İcraçı”ya 10 (on) iş günü ərzində məlumat verir;
Radiotezliyin və REV-in istismarı üçün cavabdeh şəxsi təyin edir;
Qüvvədə olan mövcud tariflərə uyğun ödənişləri bu Müqavilədə nəzərdə tutulmuş qaydada təmin edir;
“Sifarişçi” ayrılmış radiotezliklərdən istifadə etməklə onların istifadəsinə icazə verilmiş ərazidə radiorabitə şəbəkəsini qurur, mövcud qanunvericiliyə eyni zamanda, Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ), həmçinin sahə üzrə digər beynəlxalq təşkilatların tövsiyələrinə və qərarlarına, müvafiq standartlara uyğun xidmət göstərməyinə, “İcraçı” tərəfindən təsdiqlənmiş “Efirdə radiomübadilənin aparılması haqqında” təlimata uyğun işin qurulmasına zəmanət verir.
.Radiotezliklərdən, REV-dən və çağırış siqnalından düzgün istifadə olunmasını təmin edir;
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara qanunvericiliyə uyğun xüsusi icazələrin alınmasını təmin edir;
Ayrılmış radiotezliklərdə və şəbəkədə istifadə olunan REV-dən təyinatı üzrə istifadəyə nəzarət üçün “İcraçı”nın (о cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin) nümayəndələrinə istənilən vaxt qanunvericiliyə uyğun yerində texniki baxış keçirilməsi üçün tam şərait yaradır və tələb edilən müvafiq sənədləri təqdim edir;
Qeydiyyatdan keçməyən REV-lərin istismarı aşkar edilərsə, bu halda “Sifarişçi” həmin REV-lərin onun balansına mədaxil olduğu gündən mövcud tariflərə uyğun hesablanmış məbləğin ödənilməsini təmin edir və belə hallara görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyət daşıyır;
“Sifarişçi” tərəfindən REV-in istismarına verilən icazə şərtlərinin pozulması faktları aşkar edildikdə, həmin avadanlıqların “İcraçı” tərəfindən möhürlənməsinə şərait yaradır.
“İcraçı” tərəfindən təqdim edilmiş hesab bu müqavilənin 4-cü bəndində göstərilən müddət ərzində ödənilmədikdə bu hal ödəmə şərtinin pozulması kimi qəbul edilir və verilən icazələrə məhdudiyyət qoyulur və ya onlar ləğv edilir. Eyni zamanda, “İcraçı” tərəfindən radiotezliklərin geri alınması üçün aidiyyəti üzrə tədbirlər görülür.
Möhürlənmiş REV-in “İcraçı”nın icazəsi olmadan möhürünün açılmasına, həmin avadanlığın satılmasına, təqdimetmə formasından asılı olmayaraq üçüncü şəxsə verilməsinə və yaxud balansdan çıxarılması hallarına yol vermir;
“Sifarışçi” tərəfindən təqdim edilmiş məktub əsasında hər hansı REV-in istismarı dayandırıldıqda, həmin avadanlıqların “Sifarişçi”nin nümayəndəsi ilə nömrəli möhürlərlə möhürlənməsini və möhürlərin qorunmasını təmin edir;
Radiorabitə şəbəkəsində istismar edilən REV-lər üçün qanunvericiliyə uyğun icazə vərəqələri alır və həmin icazə vərəqələri əsasında onların istismarını təmin edir;
“İcraçı” tərəfindən tələb olunduğu təqdirdə ”Sifarişçi” istismar edilən REV-lər və radiotezliklər haqqında məlumatın əldə edilməsi üçün müvəqqəti və ya daimi əsaslarla şəbəkə (data) mərkəzinə girişə icazə verir;
“İcraçı” tərəfindən göndərilən xəbərdarlıqlara uyğun operativ tədbirlər görür və nəticəsi barədə “İcraçı”ya məlumat verir;
Radiomübadilə prosesində məxfiliyin qorumasını təmin edir.
Radiorabitə şəbəkəsinin işini fəaliyyətdə olan digər şəbəkələrə radiomaneələr yaratmamaqla təşkil edir və maneə təsiri olduqda həmin maneələrin aradan qaldırılmasını qısa müddətdə təmin edir.