Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Tam dəri qreftləri üçün donor sahələr



Yüklə 1,26 Mb.
səhifə11/28
tarix03.06.2018
ölçüsü1,26 Mb.
#52483
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

Tam dəri qreftləri üçün donor sahələr:


  1. Körpücüküstü nahiyənin dərisi

  2. Qulaq arxası nahiyənin dərisi

  3. Qulaq önü nahiyənin dərisi

  4. Üst göz qapağı

  5. Dirsək oynağının önü və qasıq büküşü nahiyəsi

  6. Bilək nahiyəsinin dərisi

  7. Aralıq nahiyəsi və böyük cinsiyyət dodaqları

  8. Süd vəzi giləsi

  9. Boyunun dərisi

Üz nahiyəsindəki kiçik, səthi dəri qüsurları üçün körpücükləri birləşdirən xəttin üzərindən götürülən tam dəri qreftləri təbii çəhrayı rəngli olur. Körpücüküstü nahiyədən böyük ölçüdə qreft götürmək mümkündür ki, bu da alın, burun, yanaqlar, üst dodaq və çənə kimi nahiyələri bağlamaq üçün lazımi qrefti təmin edir. Xüsusilə, yanıq olan xəstələrdə vahidlik nəzəriyəsinə əməl olunaraq aparılan qreftləmə ilə qreftlərin birləşmə yerləri saç xətləri və ya üzün konturları boyu gizlədilə bilər. Lakin gələcəkdə boyun disseksiyası və ya servikal fleb planlaşdırılırsa, boyun nahiyəsi istifadə edilmir. Bu məqsədlə qreftlər yumşaq dərili yaşlı xəstələrdən seçilir, gənc qadınlardan isə estetik problemlərə görə götürülmür.

Qulağın arxa səthi və ona bitişik məməyəbənzər çıxıntının saçsız sahəsindən götürülən qreftlər üz dərisi ilə yaxşı uyğunlaşır, xüsusilə, göz qapağı yerinə köçürüləcəksə, heç fərqlənmir. Tək çatışmayan cəhəti sahənin kiçik olmasıdır. 3x5 sm ölçülərində qreft götürülə bilər. Qulaq arxasındakı donor sahə birincili olaraq örtülə bilər. Lakin bəzən donor sahəyə natamam dəri qrefti qoymaq lazım gələ bilər. Dəri və qığırdaq tələb edən burun defekti rekonstruksiyasında tam dəri qrefti ilə birlikdə onun altındakı qulaq seyvanı qığırdağının bir hissəsini götürmək məsləhətdir.

Üst göz qapağı, prepitium və böyük cinsiyyət dodaqlarından tam qreftlər götürülə bilər. Prepitium və böyük cinsiyyət dodaqları, süd vəzinin gilələrinin rekonstruksiyasında müvəfəqiyyətlə istifadə olunur.

Dirsək oynağının önü və qasıq nahiyələrinin dəriləri, xüsusilə, uşaqlarda sindaktiliyanın açılması zamanı barmaq aralarında qalan dərisiz sahələri örtmək üçün istifadə olunur. Bunlardan, həmçinin, barmaq ucu yaralanmalarında, əl, üz travmalarındakı toxuma qüsurlarını örtmək üçün də istifadə olunur.


Dəri qreftinin bitişməsi üçün lazım olan şərtlər. Üç vacib nöqtə diqqət mərkəzində olmalıdır:


  1. Akseptor sahədə qan dövranının yaxşı olması

  2. Akseptor sahə ilə dəri qreftinin tam təması

  3. Kifayət qədər və uyğun granulyasiyon toxumanın olması

  1. Akseptor sahədəki qan dövranının kifayət qədər olması. Akseptor sahədəki qan dövranı qranulyasiya toxumasını qidalandıra biləcək qədər olmalıdır. Dəri qrefti yaxşı bir vaskulyar yataq üzərində yerləşdirilməlidir. Lakin dəri qrefti kiçik bir avaskulyar şəraitdə də yaşaya bilir (“bridging fenomen”). Bu vəziyyət kollateral damarların dəri qrefti ilə birləşməsi nəicəsində olur. İdeal şəraitdə kollateral dövran, hər hansı tərəfdən 0.5 sm məsafəni qidalandıra bilir. Bu, xüsusilə, açıq vətər və sinirin örtülməsində əhəmiyyətlidir. Kifayət qədər qan dövranı olan, normal şəkildə hazırlanmış akseptor sahədə 1 sm və ya daha kiçik ölçülü açıq vətər və ya sinir varsa, bütün bu sahəni bir bütöv dəri qefti ilə örtmək mümkündür. Lakin bu cür hallarda qreftdəki damarlanma daha uzun müddətdə inkişaf edir. Vətər və sinir həm xarici təsirlərdən qorunmuş, həm də onun autolizinin və ölümünün qarşısı alınmış olur.

Aşağıdakı sahələr qreftlər üçün uyğun deyil.

  • sümüküstlüyü olmayan kortikal sümük;

  • qığırdaqüstlüyü olmayan qığırdaq;

  • ətrafında kövşək birləşdirici toxuma (paratenon) olmayan vətərlər - xarici səthləri avaskulyar olduğu üçün, üstlərinə qoyulmuş dəri qreftlərini qidalandırmırlar.

  • çox qatlı yastı epitel üzərində qreft bitişmir.

  • radiasiyaya məruz qalmış sahələr - qan damarları ətrafında fibroz toxuma yarandığından qanla təchizatı pisdir.

  • piy toxuması - tərkibində derma və fassiya kimi toxumalara nisbətən daha az qan damarları vardır.

  • yaşlı qranulyasiya toxumaları. Qranulyasiya toxumaları vaxt keçdikcə vaskulyarizasiyasını itirib, fibroz toxumaya çevrilir, infeksiyalaşır. Bu sahələrə erkən qreft qoyulması lazımdır. Belə toxumalara misal xronik xoralardır.

  • yaşlı və diabetli xəstələrdə arteriosklerotik dəyişikliklər olur. Xüsusilə, topuq və ayaqdakı yaralarda bu vəziyyət nəzərə çarpandır.

  • infeksiyalaşmış sahələrdə qreft bitişmir.

  • perinevriumu olmayan sinirin üzərində qreft bitişmir.

  • təzyiq altında qalan sümük çıxıntılar üzərinə qreft qoyulmamalıdır.

Dəri qreftlərinin damarlanması. Vaskulyarizasiya bu sıra ilə olur:


  1. Plazmatik diffuziya: akseptor sahə ilə köçürülən dəri arasında damar əlaqəsi yaradılana qədər qanama mümkün olmur. Dəri qrefti üçün qanamanın tez və ya gec olmasının böyük əhəmiyyəti var. Qreftin akseptor sahə ilə damar əlaqəsi yaranırsa qreft bitişmiş sayılır. Qreft ilə akseptor sahənin ilkin adheziyası fibrin əlaqəsi ilə yaranır. Bu əlaqəni kapilliyar damarlar izləyir. Bu vaxta qədər qreft diffuziya ilə qidalanır. Qreftə illk 48 saat ərzində plazmaya bənzər maye absorbsiya olur.

  2. Qan damarlarının bir nöqtəyə gəlib birləşməsi: ilk 48 saat müddətində qrefti akseptor sahəyə bağlayan fibrin torun içində kapilyarlar böyüyür. Sonrakı 48 saat ərzində qan axımı başlayır. Qreft ilə akseptor sahə arasında damar əlaqəsi haqqında iki nəzəriyyə vardır:

  • Qreftdəki arteriya və venalar akseptor sahədəki vaskulyar qalıqlara necə gəldi birləşirlər. Bu, 4-7-ci günlərdə baş verir və 7-ci gün qreftdə həqiqi qan dövranı olur.

  • Digər bir nəzəriyyəyə görə qreftin daxilində vaskulyar qalıqlar böyüyür və tamamilə yeni bir vaskulyar şəbəkə əmələ gəlir.

Birinci nəzəriyyəni dəstəkləyənlər daha çoxdur. Qreft ilə yataq arasında anastomozlar inkişaf etdikdən və qan dövranı başlandıqdan sonra yeni vaskulyar qalıqların proliferasiyası inhibisiya olunur. Əgər qreft hematoma və seroma ilə yatağından ayrılırsa, bu təsir aradan götürülür, qranulyasiya toxumasının proliferasiyası davam edir, qreft bitişmir. Bütün bu müddət ərzində qreftin akseptor sahə ilə tam bir təması lazımdır.

Qalın dəri qreftləri nazik qreftlərə nisbətən daha gec damarlanır. Bu dermal kapillyarların anatomik lokalizasiyası ilə əlaqədardır. Kapillyar şəbəkə dermanın səthində onun dərin qatlarına nisbətən daha sıxdır.



  1. Qreft ilə akseptor yataq arasında tam təmasa mane olan səbəblər:

  • Qreftin üzərinə uyğun olmayan təzyiqin gəlməsi. Təzyiq lazımi qədər deyilsə, qıvrılmalar meydana çıxır, qreft çox gərgindirsə, akseptor yatağın girinti-çıxıntıları mane olmaz.

  • Qreftin altına mayenin yığılması. Qan, serum və irin qrefti yatağından ayırır.

  • Qreft ilə yatağı arasında hərəkətin olması. Kapillyar inkişaf pozulur, bir ətrafa qreft köçürülürsə, həmin oynaqda immobilizasiya üçün atel (atel - qırıq sümükləri, çıxığı və ya hər hansı bədən hissəsini təsbit etmək üçün alət) istifadə olunur. Gövdədə dəri qreftləri olduqda xəstə müəyyən vəziyyətdə saxlanılır, təzyiq və bükülmələrin qarşısı alınır. Üzdəki qreftləri immobilizasiya etmək, üz əzələlərinin hərəkitinin qarşını almaq çətin olduğu üçün bu nahiyəyə lokal təzyiqedici sarğı tətbiq olunmalıdır.

  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin