Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 1,26 Mb.
səhifə5/28
tarix03.06.2018
ölçüsü1,26 Mb.
#52483
1   2   3   4   5   6   7   8   9   ...   28

Eksiziya üsulları:


  1. Elliptik eksiziya: Dəri törəmələrinin kəsilib çıxarılmasında ən çox istifadə olunan üsuldur. Törəmədən asılı olaraq sadə ellips şəkilli eksiziya və ya çoxsaylı ellips şəkilli eksiziya tətbiq oluna bilər.

  • Sadə ellips şəkilli eksiziya - ideal bir ellips şəkilli eksiziyada uzun ox dəri xətlərinə paralel şəkildə planlaşdırılır və uzunluğu enindən 4 dəfə çox olur. Bundan qısa olduqda ellips şəkilli eksiziyanın uc hissəsində enli bir bucağın əmələ gəlməsi səbəbindən yara bağlandıqda burada bir qalınlıq əmələ gəlir. Bu qalınlıq uzunluq-en nisbətinin səhv təyin edilməsi ilə yanaşı, ellipsin qarşı tərəfərinin bərabər olmaması zamanı da yarana bilər. İkinci bir eksiziya ilə aradan götürülə bilər. Bir neçə ay sonra bu qalınlıq tədricən itə bilər.

  • Çoxsaylı ellips şəkilli eksiziya - çoxsaylı törəmələrin çıxarılmasında istifadə olunan bir eksiziya növüdür. Bir törəmədə eksiziya aparıldıqdan sonra qarşı-qarşıya gətirilən yara kənarlarındakı dartılma bir neçə ay sonra aradan götürülür və dəri yeni bir eksiziyaya icazə verir. Bu üsul, xüsusilə, başın tüklü hissəsinin dərisində yaranmış tüksüz sahələrin eksiziyasında daha geniş istifadə olunur. İlk eksiziya sağlam dərinin kənarından aparılır.Yara kənarının bir tərəfi sağlam dərini əhatə edir. Beləliklə, dəri altında sərbəstləşdirmə apararaq bir qədər irəliləmə əldə edilir və bu irəliləmənin ölçüsündəki çapıq toxuma xaric edilə bilər. Böyük bir qüsur beləcə bir neçə seansla aradan götürülə bilər. Lakin bu üsulun tətbiq nahiyələri üzdə - yuxarı göz qapağı, dodaq və burun dəliyində əyilmə (distorsiya) yarada biləcəyinə görə olduqca məhduddur.

  1. Pazvari eksiziya - dodaq, burun qanadı, göz qapağı, qulaq kimi sərbəst kənarı olan orqanlardakı törəmələri kənarlaşdırmaq üçün paz şəklində tətbiq olunan bir eksiziyadır. Alt dodağın 1/3-i , üst dodaq və alt göz qapağının 1/4- i bu üsulla eksiziya edilərək ilkin olaraq düzəldilir.

  2. Sirkulyar (dairəvi) eksiziya - eksiziya ediləcək törəmənin altında qığırdaq toxuma varsa, sirkulyar eksiziya və yaranan defektə də dəri qrefti tətbiq olunur. Bu, xüsusilə, burun üçün tətbiq olunur. Bədənin başqa nahiyələrindəki böyük törəmələrin çıxarılmasında da sirkulyar eksiziya istifadə olunur. Yaranan qüsur dəri qreftləriylə, lokal loskutlarla aradan qaldırılır.

Hemostaz:


  1. Koaqulyasiya: Yüksək tezlikli (2-18 milyon dövr/dəq.), yüksək amperli, aşağı voltajlı cərəyan ilə damar divarında koaqulyasiya (istinin təsirilə) yaradaraq hemostaz əmələ gətirir. Bu zaman bir qədər toxuma da zədələnə bilər. Lakin bağlamaqdan daha yaxşı üsuldur. Bu üsul, xüsusilə, orta və kiçik ölçülü damarların hemostazında istifadə olunur. Əgər koaqulyatorun ucunda incə uclu bir pinset istifadə olunub, sahənin quru olması təmin olunarsa, travma minimuma enər.

  2. Qan damarlarının tikiş materialı ilə bağlanması: Qanayan damar ucu incə uclu bir pinset ilə tutularaq ya bilavasitə bağlanır, ya da iynəyə keçirilmiş tikiş materialı ilə qonşu toxumalara keçirilərək tikilir. Kiçik və orta ölçülü damarları bağlamaq üçün 4/0 və ya 5/0 qalınlığında ketqut istifadə olunur. Böyük damarlar adsorbsiya olunmayan tikişlərlə bağlanmalıdır.

  3. Tampon: Kapilyar qanaxmalarda istifadə edilən metoddur. 5 dəqiqə tampon tətbiqindən sonra kapillyarların ucunda laxta əmələ gəlir. Tampon fizioloji məhlul ilə islanmış olduqda daha yaxşı nəticə əldə edilir.

  4. Tutub çevirmək: Yarada yad bir cisim və nekrotik material olmasını istəmədikdə istifadə olunur. Damar incə bir pinsetlə tutulur və pinset 2-3 dəfə burulur. Etibarlı bir üsul deyil.

  5. Damardaraldıcı maddələr: 1/100.000 durulaşmada epinefrin açıq yaraya tətbiq olunduqda kiçik damar qanaxmalarını dayandırır.

  6. Fibrin - Jelatin – Kollagen: Xüsusilə, kiçik boşluqların sızıntı şəklindəki qanaxmalarında tampon edilərkən hemostaz üçün istifadə olunur.

Tikiş materialları:


Tikiş materialları adsorbsiya olunanlar və adsorbsiya olunmayanlar olmaqla iki qrupa bölünürlər.

  1. Adsorbsiya olunan tikiş materialları əsasən dərialtı toxumanın tikilməsində və selikli qişanın bərpasında istifadə olunur. Tikiş açma çətin olduğundan uşaqlarda da istifadə oluna bilər.

  • Ketqut - qoyun və iribuynuzlu heyvanların nazik bağırsağının selikaltı təbəqəsindəki kollagendən düzəldilən ketqut ən tez adsorbsiya olunan tikiş materialıdır. Normal ketqutun xrom turşusuyla işlənməsindən sonra daha davamlı olan xromik ketqut əldə edilir. Normal ketqutun dartılmaya davamı 5-7 gün ərzində, xromik ketqutunki isə 10-20 gün ərzində itir. Tamamilə sorulması 2 həftə - 6 ay davam edir. Bu həm də ketqutun yerləşdirildiyi toxumadan asılıdır. Seroz və selikli qişalarda bu müddət digər toxumalara nisətən daha azdır. Normal ketqut daha çox dərialtı tikişlərdə (xüsusilə üzdə) istifadə olunur, xromik ketqut isə seroz və selikli qişa tikişlərində üstün tutulur.

  • Poliqlikol turşusu (dexon) - bir amin turşusu olan qlikol turşusunun polimerləşməsi nəticəsində əldə edilir. Ketqutdan daha möhkəmdir. Düyün etibarı yüksək, toxuma reaksiyası çox az olan bir materialdır. 14-34 gün müddətində dartılmağa davam gətirir.

  • Poliqlastin 910 (vicryl): Süd turşusu və qlikol turşusunun polimerləşməsi nəticəsində əldə edilmişdir. Dexonun bütün xüsusiyyətlərini özündə birləşdirir. 40 gün müddətində dartılmağa davam gətirir.

Faqositoz nəticəsində iltihabi reaksiya inkişaf etdiyndən ketqut adsorbsiya olunduğu halda, dexonvicryl fermentativ aktivlik ilə adsorbsiya edilir və buna görə də toxuma reaksiyası yoxdur və ya çox azdır.

  1. Adsorbsiya olumayan tikiş materialları - Güclü dartılma ilə bağlana biləcək toxumalarda və ya böyük damarların bağlanmasında istifadə olunabiləcək materiallardır.

  • Üzvi materiallar (ipək, pambıq lifi)

  • Sintetik materiallar (naylon, dacron, poliprolen)

Sintetik monoflaman materiallar digərləri ilə müqayisədə daha az reaktivdirlər və daha qüvvətlidirlər. Multiflamanlar monoflamanlara nisbətən daha çox reaksiya yaradır və kista yaranma ehtimalını artırırlar.

  1. Metal liflər.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin