Yanağın selikli qişasının bədxassəli şişləri. Bu nahiyədə epidermoid karsinoma inkişaf edir. Bu törəmələrin təxminən yarısı indifferentdir. Xoralaşma və erkən invaziya ilə yanağı tutub, bəzən dərini də perforasiya edərək orokutanoz tüpürcək fistulasına səbəb olurlar. Bu şişlərin çoxusunda ilk aşkar edildikdə belə, artıq submandibulyar düyünə metastaz müşahidə olunur. Müalicə geniş eksiziya və radikal boyun disseksiyasıdır.
Çənə şişləri Çənə şişləri iki yerdən - diş inkişaf edən toxumadan (odontogen şişlər) və sümükdən (osteogen şişlər) başlanğıc götürürlər.