Almacıq sümüyünün sınıqları Almacıq sümüyünün üz nahiyyəsində qabarıq bir vəziyyətdə yerləşməsi onun travmalar zamanı çox sınmasına səbəb olur. Göz yuvası əsasının lateral hissəsinin böyük hissəsini almacıq sümüyü təşkil edir. Ən çox almacıq-alın, almacıq-əng və almacıq-gicgah birləşmələrində əmələ gələn sınıqlara rast gəlinir ki, buna üçlü sınıqlar da deyilir. Bu zaman almacıq rotasiya etməklə yerini dəyişərək aşağıya doğru gedir. Ancaq almacıq qövsünün sınığına da rast gəlinir. Bu vaxt bu bölgədə sallanma və çənə sümüyünün koronoid çıxıntısının önə doğru gəlməsi müşahidə olunur.
Simptomlar –ağrı, yanaqda və göz yuvası altında hissiyyatın itməsi, göz qapaqlarında şişmə, əgər almacıq qövsü çənə tacının üzərinə keçmişsə ağız açıq qalır.