Status lokalis - göz ətrafı ödem və qançır, erkən dövrlərdə üzün həmin tərəfində düzləşmənin olması, göz yuvası altının kənarında “step” müşahidə olunur, qovsün sınıqlarında sallanma, enoftalm və ekzoftalm, aşağı düz əzələnin qırılmış tərəfində sıxılma ilə əaqədar olaraq yuxarıya baxa bilməmək
Müalicə. Əsas prinsip sınıqların bərpa edilməsi və öz vəziyyətində qalmasına nail olmaqdır.
“Blowout” sınıqları “Blowout” sınıqları orbital toxumanın bir hissəsinin maksilyar cibin içinə keçməsi lə baş verən orbita əsasının sınıqlarıdır. Bu cür sınıqlar infraorbital yumşaq toxumalara penetrasiya etməyən travmatik zərbələrdən və infraorbital təyziqin artması nəticəsində baş verir. Əsasən, orbitanın əsasının arxa-içəri nahiyyəsində olur, çünki orbita əsasının ən zəif nöqtəsi bura hesab olunur.
Müalicə. Qüsur sümük qrefti və müxtəlif növdə implantlar ilə bağlana bilər. Əməliyyat çapıq toxuması inkişaf etməzdən öncə, 7-10 müddətində edilməlidir.