Dəri polipləri (acrochordon-soft, fibroma-cutaneus tag). Kiçik xoş xassəli dəri şişləridir. Əsasən, boyun, qoltuqaltı, qasıq və bəzən gövdədə müşahidə olunur. Yumşaq konsistensiyalı, 1-6 mm ölçülü, ayaqcıqlı olan bu şişlər qəhvəyi rəngli və ya dəri rəngində olurlar. Histopatologiyasında birləşdirici toxuma və ətrafında nazik epidermis müşahidə olunur. Müalicəsində sirkə turşusu, fenol, koaqulyasiya və eksizya məsələhət görülür.
Mukoz kistalar.Xoş xassəli şişlər olub, 1mm-dən 2 sm-ə qədər ölçüdə ola bilirlər. Alt dodaqda, bəzən isə dilin üzərində müşahidə olunur. Kistalar epitellə deyil, qranulyasiya toxuması ilə əhatə olunur. Müalicəsində eksizya və koaqulyasiya məsləhət görülür.