Hatçinsonun melanotik çilləri (lentiqomaligna). Adətən, üzdə tünd ləkəli törəmə şəklində müşahidə olunur. Getdikcə həcmi böyüyür. Bunların 1/3-i bədxassəli melanomaya çevrilir. Etiologiyası məlum deyil, aktinik ekspozisiya səbəbindən baş verə bilər. Bədxassəli melanomaya çevrildikdə, yeni xaldan inkişaf edən melanoma ilə müqayisədə daha yaxşı proqnoza malikdir.
Müalicəsi maliqnizasiya olub-olmamasından asılı olaraq fərqlənir. Patologiyalı melanositin ekrin kanalda tük follikulları və piy vəziləri daxilində aşağıya uzanıb-uzanmadığını bilmək də vacibdir. Çil dövründə eksiziya və Mohs mikroskopik kontrollu eksiziyası faydalı üsullardır. Periferiyadan bir qədər sağlam toxuma da götürülməlidir. Küretaj və koaqulyasiya kifayət qədər dərin aparılmazsa, xəstəlik aradan götürülməz. Bəzi klinikalarda aşağı xüsusi voltajlı irradiasiya məsləhətdir. Kriodestruksiya da tətbiq oluna bilər.
Dostları ilə paylaş: |