Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə185/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   181   182   183   184   185   186   187   188   ...   303
Bazosellulyar xərçənglər. Lokal bir maliqnizasiya göstərən bu xərçənglər yavaş inkişaf edirlər. Belə bir xərçəng bir il və ya daha çox bir müddət ərzində yalnız iki qat böyüyə bilər. Başqa cür desək bunlar ildə 0,5 sm qədər böyüyürlər. Spinosellulyar xərçənglərə nisbətən bazosellulyar xərçənglər 3-4 dəfə çox rast gəlinir. Piy vəzilərinin çox olduğu nahiyələrdə, ən çox baş və boyunda müşahidə olunurlar. Yumşaq, boza çalan, çəhrayı, çox halda dəri səthinin bilavasitə altında, teleangiektazik görünüşdədir. Bəzən piqmentli bir görünüşlə bədxassəli melanomadan çətin seçilir.

Dörd cür törəmə tipi məlumdur:



  1. Erkən törəmə. Tək düyün halında olub, açıq çəhrayı rəngdədir. Üzərində teleangiektaziyalar var. Buna düyünlü tip də deyilir. Digər bir forma kənarları bir qədər qabarıq, üzəri qabıqlı və ortası düzgün sağalmış kimi görünən törəmələrdir.

  2. Rodent xorası. Adətən, törəmənin əmələ gəlmə vaxtından asılı olaraq kiçik və ya böyük olmaqla mərkəzində xora olan ağrısız, kənarları qabarıq və kəskin bir törəmədir. Erkən lokal invaziya və destruksiya bazosellulyar xərçəngin bu formasının ən xarakterik xüsusiyyətisdir. Ən çox burun dəliyinin kənarlarında müşahidə olunur.

  3. Multisentrik (superficial epiteliomatoz). Adətən, böyük ölçüdə olmaqla ən çox gövdədə müşahidə olunur. Səthi quru və bəzi yerlərdə qabıqlı olur. Bəzən infeksiyalaşır və ekzemaya bənzəyir. Törəmənin mərkəzi hissələrində öz-özünə sağalma və fibroz müşahidə oluna bilər.

  4. Piqmentli bazosellulyar xərçəng. Qabarıq formada olan bazosellulyar xərçənglərin əsas hissəsi piqmentlidir. Bunları piqmentləşmiş seboreyalı adenomadan və melanomadan fərqləndirmək lazımdır.

Leverin klinik təsnifatında bazosellulyar xərçəngin 7 formasından bəhs edilir. Bunlar:

  1. Düyünlü xoralı tip

  2. Piqmentli bazosellulyar xərçəng

  3. Morfeaya bənzər və ya fibroz bazosel xərçəng

  4. Səthi bazosellulyar xərçəng

  5. Xərçəngönü fibroepitelioma

  6. Nevoid bazosellulyar epitelioma

  7. Xətti bazosellulyar nevus

Qrabb və Smitə görə klinik təsnifatda isə bazosellulyar xərçəng beş yerə bölünür :

  1. Papula mirvariyə bənzər forma

  2. Sistik forma

  3. Skleroz və ya Morfeik formalar

  4. Skatrisial forma

  5. Piqmentləşmiş forma

Yuxarıda deyildiyi kimi bazosellulyar xərçəngin müalicəsində ən yaxşı metod 0,5-0,7 sm ətrafdan, infiltrasiya etmiş formalarda isə 1,5 sm uzaqdan aparılan sadə eksiziyadır. Qüsur lazım gəlsə qreft və ya fleb ilə bağlanılır. İkinci müalicə metodu şüa terapiyadır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin