Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə188/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   184   185   186   187   188   189   190   191   ...   303
Mohs xemocərrahiyə. Bu metodda əvvəlcə şişin klinik olaraq böyüyə biləcək ölçüsü təyin edilir. Bütün sahənin səthinə dixlorsirkə turşusu sürtülür. Bu kimyəvi məhlul epidermal proteinləri koaqulyasiya edir, sink xlorid fiksatorunun perkutan absorbsiyanı artırır. Sink xlorid məlhəmi toxumanı fiksasiya edir. Fiksasiya müddəti bir neçə saatdan 24 saata qədər ola bilər. Bu müddət ərzində su absorbsiyasını azaltmaq üçün sahə okluziv bir sarğı ilə bağlanır. Uyğun fiksasiya yarandıqdan sonra toxuma təxminən 1 sm uzunluqda, 2 sm qalınlıqda eksiziya edilməyə başlanır. Eksiziya zamanı fiksasiya olmuş toxumalarda ağrı və qanama müşahidə olunmur.

Diqqətli aparılan mikroskopik müşahidələrdə sanki dəri xərçənginin yayılmasının xəritəsini müşahidə etmək olur. Bu yolla xemocərrahiyə normal toxumaya qənaət etməyə imkan verir. Bəzi cərrahi mərkəzlərdə burun və orbitadakı böyük şişlərdə və irradiasiyadan sonra residiv verən bazosellulyar xərçəngli xəstələrdə istifadə olunsa da, bezdirici bir metod olmasına görə və histoloji kəsiklərdə çox hissə lazım olduğu vəziyyətlərdə çox istifadə edilmir.



Xemoterapiya. Çox səthi və kiçik törəmələrdə yerli sitostatik müalicə istifadə oluna bilər. Bunun üçün 5-fluorurasil kremi məsləhət görülür. Cərrahi müalicə və ya şüa terapiyası şişin inkişafını dayandıra bilmirsə, sistemli xemoterapiya istifadə olunur. Bu, eyni zamanda operabel olan şübhəli ekstensiv anaplastik xəstəlikli şəxslərdə də istifadə olunur.

Müxtəlif xemoterapiya növləri mövcuddur. Palettanın tətbiqinə görə xəstəyə əvvəl PPD dəri sınağı aparılır. 72 saat sonra test kəskin müsbət olarsa, BCG vaksini vurula bilər. Test mənfi olarsa, 1/10 ml BCG peyvəndinin 10 intradermal inyeksiyası və 10 ayrı limfa düyünü olan nahiyəyə tətbiq olunur. Bundan 7-10 gün sonra xemoterapevtik bir dərman maddəsi olan metotreksat 60 mq vena daxilinə vurulur. Əvvəlcədən qanın ümumi analizi aparılmalıdır. Müalicə həftədə bir dəfə aparılmalıdır. Müalicə 2-3 həftə ərzində effekt verir. Bəzi xəstələrdə 1-1,5 il müddətində xərçəng hüceyrələrinin inkişafının supressiyası müşahidə olunur.

Residiv müşahidə olunsa, müalicəyə daha yüksək dozada metotreksat ilə bərabər 500 mq sitoksan əlavə edilir. Bu rejim də həftədə bir dəfə tətbiq olunur. Unutmaq olmaz ki, xemoterapiya tamamilə polliativ bir müalicə metodudur. Metotreksat baş və boyunun standart başlanğıc müalicəsindən sonra residiv vermiş şişlərinin 50%-də 2-6 ay müddətində xəstəliyi tamamilə sağaldır.

Yuxarıda bəhs edilən müalicə metodlarından əlavə kiçik bazosellulyar xərçənglər üçün tətbiq olunan elektrodesikasiya və koaqulyasiya bugün tətbiq olunmayan radium müalicəsini də daxil etmək olar.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin