Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə191/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   187   188   189   190   191   192   193   194   ...   303
Təsnif olunmamış melanomalar. Dırnaq altında olan (subungual) melanoma, melanomaların 3%-ni təşkil edir. Qara irqdə daha çox müşahidə olunur. 5 illik yaşam faizi 37,9%-dir.

Amelanotik bədxassəli melanoma, diaqnoz və müalicədə gecikmə yaradan təsnif olunmamış bir formadır. Greeley, Middleton və Curtinə görə (1965) nəhəng tüklü nevuslardan 10% hallarda bədxassəli melanoma inkişaf edir. Bu törəmələrdə bədxassəli melanomanın üzə çıxması, düyünlü inkişaf və görünüşdə bu dəyişikliyin meydana çıxmasıyla müşahidə olunur. Pis proqnozuna görə maliqnizasiya inkişaf etdikdə 5 illik yaşama mümkün olmur. Nəhəng tüklü nevuslarda maliqnizasiya inkişaf etmədən mərhələli eksiziyalar vasitəsilə çıxarılma məqsədəuyğundur.

Bədxassəli mavi nevuslar nadir bir şiş növü olub, təcrid olunmuş halda ola bilərlər. Bunlar dermanın dərinliyində xoş xassəli melanotik şiş olan mavi nevusun bəd xassəli formasıdır. Bədxassəli mavi nevus ən çox əl və ayaq arxası ilə budlarda olur.

Birincili forması məlum olmayan bədxassəli melanomanın dəqiq rastgəlmə tezliyi məlum deyil. Birincili törəmənin olmaması, immun cavabın sistemli metastazın qarşısını ala bilməməsilə izah edilə bilər. Proqnozu pisdir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin