Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə196/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   192   193   194   195   196   197   198   199   ...   303
İmmunoterapiya. Bodenham histoloji kəsiklərlə dəqiq diaqnoz qoyulan, öz-özünə reqressiya verən 234 xəstəlik haqqında bir məqalə dərc etmişdir.

Bədxassəli melanomaların yaxşı müəyyən olunan, amma nadir rast gəlinən spontan reqressiyası bədxassəli melanomalı bəzi xəstələrdə təsirli bir immun cavabın olmasına işarədir. Laborator müayinələr və klinik müşahidələr də şiş immunologiyasında humoral və hüceyrəvi immun cavabın təsirli olduğunu göstərmişdir.

Şiş invaziyasına qarşı humoral və hüceyrəvi immun cavablar arasındakı əlaqələr tam bəlli deyil. Maksimum hüceyrəvi immun cavab II səviyyə melanomalarda müşahidə olunduğu halda, V səviyyə şişlərdə isə bu cavab yox səviyyəsindədir. Humoral immun cavab da eynilə xəstəliyin erkən dövürlərində vacib, gecikmiş dövürlərində isə əhəmyyətsizdir.

Melanomanın müalicəsindən sonra pis proqnozlu xəstələrdə bir blok amili da tapılmışdır. Bu amil şiş hüceyrələrinin sitotoksik limfositlər tərəfindən parçalanmasının qarşısını alır. Xəstələrin qan zərdabında əlavə olaraq effekt amili də mövcuddur.



Melanomanın müalicəsində aşağıdakı immunoterapiya tipləri tətbiq edilir:

  1. Qeyri-spesifik immunoterapiya - qeyri-spesifik immunoterapiyada çiçək və BCG vaksinləri istifadə olunur. Ən çox istifadə olunan BCG vaksinidir. Bunlar ancaq immun cavab müşahidə olunan xəstələrdə etibarlı nəticələr verir. İnkişaf etmiş melanomalalı xəstələrdə istifadə olunsa da, bəzi müəlliflər cərrahi müalicə ilə bərabər profilaktik adyuvant kimi məsləhət görürlər. Bu məqsədlə antiparazitar preparat olan levomizol da istifadə olunur.

  2. Adoptiv immunoterapiya - adoptiv immunoterapiyada immunokompotent hüceyrə populyasiyası tətbiq olunur. Çarəsiz tətbiq olunduqda müvəqqəti remissiyalar əldə oluna bilir.

  3. Spesifik immunoterapiya - spesifik immunoterapiyada autogen və ya allogen melanoma hüceyrə preparatlarının istifadə olunur, nəticədə sitotoksik anticisimlərin artması gözlənilir. Lakin, klinik olaraq tam sağalma təmin olunmur.

  4. Kombinə olunmuş immunoxemoterapiya - xərçəng xemoterapiyasında istifadə olunan bütün preparatlar melanoma üçün də tətbiq olunmuş, lakin sistematik istifadə üçün təsirli müalicə rejimi hələ də mövcud deyil. Hazırda ən faydalı preparat dimetil triazon imidazol karboksiamiddir (DTİC). Kombinasiyada DTİC ilə bərabər BCNU (2 xlor etil, 1 nitrosorbid) və hidroksikarbomid istifadə olunur. Bundan əlavə cisplatinum, vinkristin, vinblastin, siklofosfamid, 1-fenilalanin xardalı da istifadə olunur. DTİC ilə bərabə BCG kombinasiyası da uğurlu nəticələr əldə etməyə imkan verir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin