Yanığın etiologiyası:
termiki yanıqlar:
Günəş yanığı
Alov yanığı
Qaynar su yanığı
Kontakt yanıqları (soba, qızmış dəmir)
Elektrik yanıqları
Aşağı gərginlik (240 V)
Yüksək gərginlik (kontakt və partlayış yanıqları)
Kimyəvi yanıqlar
Şüa yanıqları
Yaşlara görə qiymətləndirmə:
0-1 yaş – yanıqlar nadir rast gəlinir.
1-3 yaş – qaynar su ilə yanıqlar
3-9 yaş – alovla yanma. Xüsusilə qız uşaqlarında çox olur. Aşağı gərginlikli elektrik yanıqları da müşahidə olunur.
10-16 yaş - yanıq nadir hallarda müşahidə olur.
16-60 yaş – sənaye yanıqları.
60 yaşdan yuxarı – qaynar su və alov yanıqları.
Yanıq yaralarının təsnifatı:
Yanığın dərinliyinə görə təsnifat
Yanıq yarasının sahəsinə görə təsnifat
Yanıq yarasının nahiyəyə görə təsnifat
Yanıq yarasının dərinliyinə görə təsnifat:
I dərəcəli yanıqlar - sadəcə iltihaba səbəb olur, ağrılıdırlar və açıq çəhrayı rəngli eritema mövcud olur. Bu zaman yalnız epidermis zədələnir. Böyük sahələri əhatə etdikdə klinik əhəmiyyət kəsb edirlər.
II dərəcəli yanıqlar - səthi və dərin olmaqla iki yerə bölünür:
II dərəcəli səthi yanıqlar zamanı epidermis tam, dermanın isə bir hissəsi zədələnir. Klinik olaraq ikinci dərəcəli səthi yanıqlarda vezikula və suluq əmələ gəlir.
II dərəcəli dərin yanıqlar zamanı epidrmis tam, dermanın isə böyük bir hissəsi zədələnir. II dərəcəli dərin yanıqları klinik olaraq III dərəcəli yanıqdan ayırmaq çətindir. Bu yanıqlar daha ağrılıdır, təmas və iynə batırılmasına hissiyat saxlanılır. Spontan epitelizasiya 14-21 gün ərzində baş verir.
III dərəcəli yanıqlarda bütün dəri (epidermis və derma) zədələnir. Yaranın epitelizasiyası öz-özünə mümkün olmur. Dəri solğun, quru və məxməri bir görünüşüə malik olur. Bu vəziyyətə skar deyilir. III dərəcəli dərin yanıqlarda dərialtı toxumalar da sıradan çıxır. Bu yanıqlarda dəri sanki kömürləşmiş görünüşə malik olur və sinir ucları da yandığı üçün ağrı hissiyatı olmur.
Yanığın dərinliyi sadəcə faktorun təmas müddəti və şiddəti ilə müəyyən olunmur. Yanıq yarası sonrakı ilk 48-72 saatda vaskulyar dəyişikliklər və infeksiya ilə fəsadlaşa bilər. Məsələn, II dərəcəli yanıq vaskulyar tromboz nəticəsində inkişaf edən işemik nekrozla III dərəcəli yanığa keçə bilər və ya kürəkdəki II dərəcəli yanıq davamlı olaraq arxasıüstə yatmaqla III dərəcəyə çevrilə bilər.
Dostları ilə paylaş: |