Adsorbsiya olumayan tikiş materialları - Güclü dartılma ilə bağlana biləcək toxumalarda və ya böyük damarların bağlanmasında istifadə olunabiləcək materiallardır.
Üzvi materiallar (ipək, pambıq lifi)
Sintetik materiallar (naylon, dacron, poliprolen)
Sintetik monoflaman materiallar digərləri ilə müqayisədə daha az reaktivdirlər və daha qüvvətlidirlər. Multiflamanlar monoflamanlara nisbətən daha çox reaksiya yaradır və kista yaranma ehtimalını artırırlar.
Metal liflər.
Tikiş izinə təsir edən amillər. Tikiş izi - dəri səthində tikiş materialından asılı olaraq inkişaf edən bir izdir. Aparılan araşdırmalarda bu izin qalmasına təsir edən bir çox amillər aşkar edilmişdir:
Tikişin çıxarılma vaxtı - tikiş 14-cü gün çıxarıldıqda həmişə bir iz qalır. 7-ci gün çıxarıldıqda heç bir iz qalmadığı güman edilir. Üzdə əməliyyatdan sonrakı 3-cü gündə tikişlər ara buraxılaraq 1/4-i qalacaq şəkildə çıxarılır və bir neçə gün müddətinə dəri lenti istifadə edilə bilər. Ətraflarda və gövdənin ön səthində yaranın açılmasının qarşısını almaq üçün tikişlər 7-ci gün sökülür. Beldə və ayaqda tikişlər 10-14-cü gün sökülür və təbii olaraq tikiş izi qalır.
Dartılma - tikiş izinin əsas səbəbi düyünün çox sıxılması və ya yara kənarının yana doğru çəkilməsidir. Erkən əməliyyatsonrakı dövrdə inkişaf edən ödemə görə hər bir tikişə əlavə bir dartılma yüklənəcəyi unudulmamalıdır. Yara kənarlarını birləşdirə biləcək gərginlikdən bir qədər artığı tikiş üçün kifayətdir. Əgər dəridən böyük bir törəmə çıxarılmışsa və ya yara kənarlarına şaquli uzanan bir əzələ mövcuddursa, yara kənarlarının yana dartılmasının qarşısını almaq üçün dəri altına tikiş qoyulduqdan sonra dəri tikilməlidir.
Tikişin yara kənarında məsafəsi - geniş atılan tikişlərdə daha çox tikiş izi qalması təbiidir. Üz nahiyyəsində tikişin giriş dəliyinin yara kənarından olan uzaqlığı 2-4 mm olmalıdır.
Tikiş qoyulan nahiyə - qaydalara riayət olunarsa və ya dəri yağlı olduqda üzdə, həmçinin, nazik dəridə (göz qapağı, selikli qişalar) adətən tikiş izi qalmır. Lakin döş sümüyü üzərində, çiyinlərdə, gövdədə və ətraflarda diqqət edilsə də, müəyyən qədər iz qalır.
İnfeksiya - tikiş izi yaranmasına səbəb olur. İnfeksiya inkişaf edərsə təcili olaraq tikişlər sökülməli, isladılmış ilıq sarğı qoyulmalıdır. Naylon və ya monoflaman polad liflə atılan tikişlərin infeksiya yaratma ehtimalı olduqca azdır.